2012-11-16
Nazir Elmar Məmmədyarov Cibuti Respublikasında keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının “Davamlı inkişaf üçün həmrəylik” adlı 39-cu sessiyası çərçivəsində Fələstin nümayəndə heyətinin başçısı Nabil Şaat ilə görüşmüşdür
Cari ilin 15 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Cibuti Respublikasında keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının “Davamlı inkişaf üçün həmrəylik” adlı 39-cu sessiyası çərçivəsində Fələstin nümayəndə heyətinin başçısı Nabil Şaat ilə görüşmüşdür. 
 
Görüşdə Nabil Şaat İsrailin son günlər Qəzza bölgəsinə hücumu və itkilər barədə məlumat verərək, BMT Təhlükəsizlik Şurasının iclasının çağırıldığını və dünya ölkələrinin buna reaksiya verməli olduğunu bildirmişdir. 
 
Nazir Elmar Məmmədyarov baş vermiş hadisə ilə əlaqədar narahatçılığını ifadə etmiş və Fələstinin BMT-nin tamhüquqlu üzvü olması məsələsinin ölkəmiz tərəfindən dəstəkləndiyini bir daha qarşı tərəfin diqqətinə çatdırmışdır. 
 

 

növbəti xəbər əvvəlki xəbər