2012-11-16
Nazir Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliyinin Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək üçüncü Sir Bani Yas Forumunda iştirak etmək məqsədilə bu ölkəyə səfər edəcəkdir
Birləşmiş Ərəb Əmirliyinin Xarici İşlər Naziri Abdullah bin Zayed Əl Nahyan Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovu Əbu Dabidə keçiriləcək üçüncü Sir Bani Yas Forumunda iştirak etməyə dəvət etmişdir.
 
Xarici İşlər Naziri Elmar Məmmədyarovun Birləşmiş Ərəb Əmirliyinin Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək üçüncü Sir Bani Yas Forumunda iştirak etmək məqsədilə cari ilin 16 noyabr tarixində bu ölkəyə səfəri başlayır.  
 
Orta Şərqdə sülh və təhlükəsizlik mövzusuna həsr olunmuş Forumda dünyanın bir sıra ölkələrinin sabiq və hazırkı xarici işlər nazirləri, nüfuzlu ictimai-siyasi xadimlər və elm adamları iştirak edəcəklər. 

 

növbəti xəbər əvvəlki xəbər