2012-11-14
Azərbaycanın Dubay şəhərindəki Baş konsulu konsul patentini Dubay Əmirinin müavininə təqdim etmişdir
Cari ilin 12 noyabr tarixində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə mövcud protokol qaydalarına əsasən konsul patentinin əslini Dubay Əmirinin müavini, Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Naziri şeyx Həmdan Bin Raşid Ali Məktuma təqdim etmişdir.
 
Baş konsul Pərviz İsmayılzadə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırmış və fəaliyyəti dövründə dost və qardaş ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə səy göstərəcəyini bildirmişdir. 
 
Şeyx Həmdan Ali Məktum öz növbəsində Dubayda Baş Konsulluğun açılmasını yüksək qiymətləndirmiş və bunun ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyindən əminlik ifadə etmişdir.

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər