2012-11-12
Nazir Elmar Məmmədyarov Argentinanın ölkəmizdəki müvəqqəti işlər vəkilini qəbul etmişdir
Cari ilin 12 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Argentina Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Xorxe Raballonu fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
 
Görüşdə Azərbaycan ilə Argentina arasında münasibətlərin inkişafından məmnunluq ifadə edilmişdir.
 
Müvəqqəti işlər vəkili Azərbaycandakı fəaliyyətindən razı qaldığını bildirmiş və Argentinanın ölkəmizlə münasibətlərinin inkişafında maraqlı olduğunu diqqətə çatdırmışdır.
 
Görüş zamanı iki ölkə arasında səfərlər mübadiləsinin həyata keçirilməsinin vacibliyi qeyd olunmuşdur.
 
Nazir Elmar Məmmədyarov Xorxe Rabbaloya gələcək fəaliyyətində uğurlar arzulamışdır.

 

növbəti xəbər əvvəlki xəbər