2012-11-12
Nazir Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın ölkəmizdəki apostol nunsisini qəbul etmişdir
Cari ilin 12 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın ölkəmizə yeni təyin olunmuş apostol nunsisi Marek Solçinskini qəbul etmişdir.
 
Görüşdə Azərbaycan ilə Vatikan arasında münasibətlərin yüksək səviyyədə olduğu məmnuniyyətlə qeyd edilmişdir.
 
Nazir Elmar Məmmədyarov Marek Solçinskini təbrik etmiş və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu etmişdir.
 
Həmçinin, görüş zamanı regionda gedən proseslər ətrafında fikir mübadiləsi aparılmışdır.
 
  
 

 

növbəti xəbər əvvəlki xəbər