2012-11-12
İƏT Baş katibi Ekmələddin İhsanoğlu Nazir Elmar Məmmədyarova təşəkkür məktubu göndərmişdir

İslam Əməkdaşlığı Təşkilatının Baş Katibi İkmaləddin İhsanoğlu Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarova  təşəkkür məktubu göndərmişdir. 

İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Baş Katibi İkmaləddin İhsanoğlu Xarici İşlər Naziri Elmar Məmmədyarova göndərdiyi təşəkkür məktubunda ölkəmizin bu nüfuzlu beynəlxalq təşkilata etdiyi 3 milyon ABŞ dolları məbləğində könüllü maliyə yardımını yüksək qiymətləndirmiş və dəstəyə görə minnətdarlıq ifadə etmişdir. 

İslam Əməkdaşlığı Təşkilatının Baş Katibi qeyd etmişdir ki, Azərbaycan bu təşkilata üzv olduğu gündən qurumun fəaliyyətinə əhəmiyyətli dərəcədə dəstək vermişdir. Azərbaycan 2006-2007-ci illərdə İƏT Xarici İşlər Nazirləri Komitəsinin Sədri kimi təşkilatın On illik Fəaliyyət Planında qeyd edilən məqsədlərə nail olunmasında yüksək səviyyədə və tərifəlayiq rol oynamışdır. 

Baş Katib Azərbaycanın Xarici İşlər Nazirini əmin etmişdir ki, ölkəmizin təşkilata etdiyi bu könüllü yardımı İƏT Sammitləri və Konfransları tərəfindən qəbul olunmuş qətnamələrə uyğun olaraq üzv dövlətlərin gözləntilərinin həyata keçirilməsi üçün sərf ediləcəkdir. 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər