2012-11-07
Nazir Elmar Məmmədyarov ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçi qəbul etmişdir
Cari ilin 7 noyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 
 
Görüşdə mətbuat, jurnalistika və kiber təhlükəsizlik məsələləri, eləcə də ATƏT-in təşkilat kimi gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Xanım Dunya Miyatoviç ATƏT-in Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirmişdir. 
 

Nazir Elmar Məmmədyarov ölkəmizin ATƏT-lə əməkdaşlığının genişləndirməyi və bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulamışdır.  

  

növbəti xəbər əvvəlki xəbər