2012-11-07
Nazir Elmar Məmmədyarov Əfqanıstanın Rabitə və İnformasiya Texnologiyaları Naziri Sanqin Əmirzai ilə görüşmüşdür
Cari ilin 7 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Əfqanıstanın Rabitə və İnformasiya Texnologiyaları Naziri Sanqin Əmirzai ilə görüşmüşdür.
 
Əfqanıstanlı Nazir Azərbaycanın Əfqanıstana göstərdiyi yardım və dəstəyə görə təşəkkür etmiş və ölkəsində gedən inkişaf prosesindən danışmışdır. Əfqanıstanda İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsinin inkişafından danışan Sanqin Əmirzai, bu sahədə ölkəmizlə əməkdaşlığın gücləndiriməsində maraqlı olduqlarını diqqətə çatdırmışdır. Sanqin Əmirzai onu da bildirmişdir ki, Azərbaycandan olan iş adamlarının ölkəsinə investisiya yatırmalarında maraqlıdırlar. 
 
Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı səviyyəsindən məmnunluq ifadə etmiş və Azərbaycanın Əfqanıstana hər zaman yardım göstərməyə hazır olduğunu bildirmişdir. Həmçinin, Nazir Elmar Məmmədyarov Əfqanıstanlı Nazirə regionda ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr haqda məlumat vermişdir.
 
  

 

növbəti xəbər əvvəlki xəbər