2012-11-07
AYOL-un loqosunun və digər atributlarının hazırlanması üçün litvalı gənclər arasında keçirilən müsabiqənin nəticələri müəyyənləşmişdir
“Litva Azərbaycanlı Gənclər Təşkilatı” (AYOL)-dan verilən məlumata görə, təşkilatın loqosunun və digər atributlarının hazırlanması üçün litvalı gənclər arasında keçirilən müsabiqənin nəticələri artıq müəyyənləşmişdir. Bildiririk ki, müsabiqəyə yerli gənclər xeyli maraq göstərmiş ve çox sayda logo hazırlayıb göndərmişlər. Təqdim edilmiş loqolar arasından ən uğurluları seçilmiş və  qaliblər mükafatlandırılmışlar. 
 
6 noyabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə qaliblərlə səfirliyimizdə görüşmüş, azərbaycanlı və litvalı gənclər arasında mövcud  dostluq əlaqələrindən söhbət açmışdır. Səfir gəncləri yeni ideyaları ilə daim fəal olmağa çağırmışdır. 
 
Görüşdə iştirak edən AYOL-un sədri Samir Musayev, təşkilatın fəallarından Aysel Sultan AYOL-un fəaliyyəti barədə  məlumat vermiş, iki ölkə gənclərinin iştirakı ilə həyata keçirilən müştərək layihə və işlərdan danışmışlar.
 
Görüşün sonunda, qaliblərə AYOL-un sertifikatı təqdim edilmiş, hədiyyələr verilmişdir.
 
Xatırladaq ki, Litva Azərbaycanlı Gənclər Təşkilatı  AYOL Litva Respublikasında təhsil alan Azərbaycanlı tələbərin təşəbbüsü ilə 26 iyun 2012-ci il tarixdə yaranmış və bir sıra uğurlu layihələri həyata keçirmişdir. 
 
  
 
  
 
 
 

 

növbəti xəbər əvvəlki xəbər