2012-11-07
Yunanıstanda nəşr olunan “Politistiki Diplomatia” dərgisində “Azərbaycan – xalqları və qitələri birləşdirən” başlıqlı məqalə dərc edilmişdir
Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfiri Rəhman Mustafayevin bu ölkədə nəşr olunan “Politistiki Diplomatia” dərgisinin 2012-ci il oktyabr-noyabr buraxılışında “Azərbaycan – xalqları və qitələri birləşdirən” başlıqlı məqaləsi dərc edilmişdir.
 
Məqalədə Azərbaycanın regionda və beynəlxalq münasibətlərdə artmaqda olan mövqeyi, onun müstəqil, tarazlı və ardıcıl xarici siyasəti haqda söz açılır. Həmçinin məqalədə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin mühüm rolu, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi barəsində ətraflı məlumat verilir.

 

növbəti xəbər əvvəlki xəbər