2012-10-31
ABŞ Dövlət Katibi Hillari Klinton Nazir Elmar Məmmədyarova Qurban bayramı münasibəti ilə təbrik məktubu ünvanlamışdır
Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Hillari Klinton Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarova Qurban bayramı münasibəti ilə təbrik məktubu ünvanlamışdır. 
 
Təbrikdə H. Klinton Qurban bayramı münasibətilə təbrik etməkdən məmnunluq ifadə etmiş və dünya müsəlmanlarının bu ilki Həcc ziyarətinin qəbul olunmasını arzu etdiyini bildirmişdir.  
 

 

növbəti xəbər əvvəlki xəbər