English Version
MFA MFA
MFA
HomeMail
Language
shar
MFA
pxl
pxl
Azərbaycan Respublikası
pixel
Diplomatik Xidmət
pixel
Xarici siyasət və beynəlxalq münasibətlər
pixel
Konsulluq xidməti
pixel
Normativ hüquqi əsaslar
pixel
Çıxışlar
pixel
XİN-bəyanatları
pixel
Diplomatiya Aləmi Jurnalı
pixel
Təlim-Tədris Mərkəzi
pixel
Xəbərlər
pixel
Linklər
pixel
İşə qəbul
pixel

Diplomatik Nümayəndəliklər

pxl
«Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında
Daimi Nümayəndəliyi haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

22 iyun 2006-cı il, N422.



1. «Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.



Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında

Daimi Nümayəndəliyi haqqında

ƏSASNAMƏ



I. Ümumi müddəalar


1. Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi (bundan sonra - Daimi Nümayəndəlik) beynəlxalq təşkilatda Azərbaycan Respublikasını təmsil edən diplomatik xidmət orqanıdır. Daimi Nümayəndəlik Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsis edilir. Daimi Nümayəndəlik Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra - Nazirlik) rəhbərlik etdiyi diplomatik xidmət orqanlarının vahid sisteminə daxildir.

2. Daimi Nümayəndəlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, «Diplomatik xidmət haqqında» Azərbaycan Respublikasının Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Nazirliyin əmr, sərəncam və göstərişlərini, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, eləcə də beynəlxalq hüququn digər tətbiq edilə bilən normalarını, beynəlxalq təşkilatın qaydalarını, beynəlxalq təşkilatın yerləşmə dövləti ilə (bundan sonra - yerləşmə dövləti) sazişi rəhbər tutur və yerləşmə dövlətinin qanunvericiliyini nəzərə alır.

3. Daimi Nümayəndəlik beynəlxalq təşkilatda Azərbaycan Respublikasının vahid xarici siyasət xəttinin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir və bu məqsədlə Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanlarının, idarə, təşkilat və müəssisələrinin nümayəndəliklərinin, nümayəndə heyətlərinin və mütəxəssis qruplarının beynəlxalq təşkilatın orqanlarının fəaliyyətində iştirakını əlaqələndirir və işi üzərində nəzarəti həyata keçirir. Adı çəkilən nümayəndəliklər, nümayəndə heyətləri və mütəxəssis qrupları öz fəaliyyətini Daimi Nümayəndəlik ilə razılaşdırmalı və öz fəaliyyəti barədə Daimi Nümayəndəliyə məlumat verməlidirlər.

4. Daimi Nümayəndəliyin binasında və ya onun ərazisində, Daimi Nümayəndənin iqamətgahında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır. Daimi Nümayəndəliyin binasında və ya onun ərazisində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan dilində və beynəlxalq təşkilatın rəsmi dillərindən birində, habelə yerləşmə dövlətinin dövlət dilində (dövlət dillərində) «Azərbaycan Respublikasının (beynəlxalq təşkilatın adı) yanında Daimi Nümayəndəliyi» yazısı olan lövhə vurulur. Daimi Nümayəndənin nəqliyyat vasitəsi üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı yerləşdirilir. Azərbaycan Respublikasının dövlət rəmzləri beynəlxalq təşkilatın və yerləşmə dövlətinin protokol təcrübəsi nəzərə alınaraq istifadə olunur.

5. Daimi Nümayəndəlik, Daimi Nümayəndəliyin əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri yerləşmə dövlətində beynəlxalq hüquq normalarına və həmin dövlətin qanunvericiliyinə uyğun olaraq, immunitet və imtiyazlardan istifadə edirlər. Daimi Nümayəndəliyin əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri yerləşmə dövlətinin qanunvericiliyinə, adət və ənənələrinə hörmət etməli, yerləşmə dövlətinin daxili işlərinə qarışmaqdan və daxili işlərinə qarışmaq kimi təfsir oluna bilən hərəkətlərdən çəkinməlidirlər.

6. Daimi Nümayəndəlik Nazirlik tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, ştamplara, blanklara və bank hesablarına malikdir.

7. Azərbaycan Respublikasının mülkiyyəti olan Daimi Nümayəndəliyin torpaq sahələri, binaları, qurğuları və digər əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Daimi Nümayəndəliyə təhkim olunur.

8. Daimi Nümayəndəlik ona təhkim olunmuş əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnu Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirir.


II. Daimi Nümayəndəliyin əsas vəzifələri


9. Daimi Nümayəndəliyin əsas vəzifələri aşağıdakılardır:

9.1. öz səlahiyyətləri daxilində beynəlxalq təşkilatda Azərbaycan Respublikasını təmsil etmək;

9.2. beynəlxalq təşkilatda Azərbaycan Respublikasının vahid xarici siyasət xəttini öz səlahiyyətləri daxilində həyata keçirmək;

9.3. beynəlxalq təşkilatda Azərbaycan Respublikasının milli maraqlarını, o cümlədən suverenliyini, təhlükəsizliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, siyasi, iqtisadi və digər maraqlarını diplomatik üsul və vasitələrlə öz səlahiyyətləri daxilində təmin etmək və müdafiə etmək;

9.4. yerləşmə dövlətində Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarını öz səlahiyyətləri daxilində müdafiə etmək;

9.5. beynəlxalq təşkilatın fəaliyyətində Azərbaycan Respublikasının iştirakını öz səlahiyyətləri daxilində təmin etmək;

9.6. rəsmi nümayəndə heyətlərinin səfərlərinin hazırlanmasına və həyata keçirilməsinə öz səlahiyyətləri daxilində kömək etmək.


III. Daimi Nümayəndəliyin funksiyaları


10. Daimi Nümayəndəlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

10.1. müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikasının Nazirlər Kabinetini və Nazirliyi beynəlxalq təşkilatın fəaliyyət məsələləri barədə məlumatlandırır;

10.2. beynəlxalq təşkilatda Azərbaycan Respublikasının xarici və daxili siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında rəsmi məlumatın yayılmasını öz səlahiyyətləri daxilində təmin edir;

10.3. beynəlxalq təşkilat çərçivəsində beynəlxalq müqavilələrin və beynəlxalq təşkilatın fəaliyyətinə aid olan məsələlərə dair digər sənədlərin layihələrinin hazırlanmasında, beynəlxalq təşkilat çərçivəsində beynəlxalq müqavilələrin bağlanması, icrası, ləğv edilməsi və qüvvəsinin dayandırılması barədə təkliflərin hazırlanmasında öz səlahiyyətləri daxilində iştirak edir;

10.4. öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının beynəlxalq təşkilatın və ya onun bölmələrinin katibliklərində, eləcə də beynəlxalq təşkilatın digər yerlərdə fəaliyyət göstərən nümayəndəliklərində işə qəbulu ilə bağlı beynəlxalq təşkilat qarşısında məsələ qaldırır və bu məsələnin müsbət həlli üçün kömək göstərir;

10.5. Azərbaycan Respublikasının üzvü olduğu beynəlxalq təşkilatın məqsəd və prinsiplərinin həyata keçirilməsində, onun qərarlarının və Azərbaycan Respublikasının beynəlxalq təşkilat qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsində, beynəlxalq təşkilat çərçivəsində qəbul edilmiş və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası üzərində ümumi müşahidənin həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir;

10.6. yerləşmə dövlətində yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasına və əməkdaşlığın inkişafına öz səlahiyyətləri daxilində yardım edir;

10.7. Azərbaycan Respublikasına, onun xarici siyasət təşəbbüslərinə münasibətdə müsbət mövqenin təşəkkül tapmasına öz səlahiyyətləri daxilində kömək göstərir;

10.8. öz səlahiyyətləri daxilində beynəlxalq təşkilatın fəaliyyətini, beynəlxalq təşkilata üzv dövlətlərin və beynəlxalq təşkilat yanında müşahidəçi missiyaların beynəlxalq təşkilat çərçivəsində əməkdaşlığının səviyyəsini və əsas təmayüllərini müəyyən edir və təhlil edir;

10.9. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Nazirliyin tapşırıqlarını yerinə yetirir, həmçinin Azərbaycan Respublikasının digər dövlət hakimiyyəti orqanlarının Nazirliklə razılaşdırılmış müraciətlərinə baxır;

10.10. yerli icra hakimiyyəti və özünüidarə orqanlarının, idarə, təşkilat və müəssisələrinin müraciətlərinə baxır;

10.11. beynəlxalq təşkilatda akkreditə olunmamış üçüncü dövlətin xahişi ilə həmin üçüncü dövlətin və onun vətəndaşlarının maraqlarını beynəlxalq razılaşmalar əsasında müdafiə edir;

10.12. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər funksiyaları həyata keçirir.


IV. Daimi Nümayəndəliyin hüquqları


11. Daimi Nümayəndəlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

11.1. öz səlahiyyətləri daxilində rəsmi nümayəndə heyətlərinin səfərlərinə dair Nazirliyə təkliflər vermək;

11.2. beynəlxalq təşkilatın katibliyi, beynəlxalq təşkilata üzv dövlətlərin daimi nümayəndəlikləri və beynəlxalq təşkilat yanında müşahidəçi missiyaları, habelə Daimi Nümayəndəliyin səlahiyyətlərinə aid məsələlər üzrə yerləşmə dövlətinin dövlət və özünüidarə orqanları, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), elmi və mədəni dairələri, kütləvi informasiya vasitələri, habelə yerləşmə dövlətində fəaliyyət göstərən diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq və regional təşkilatlar ilə işgüzar əlaqələr qurmaq və inkişaf etdirmək;

11.3. Daimi Nümayəndəliyin səlahiyyətinə aid olan məsələlərin həll olunması üçün Azərbaycan Respublikasının dövlət orqanlarından, eləcə də yerli icra hakimiyyəti və özünüidarə orqanları, idarə, təşkilat və müəssisələrindən müəyyən olunmuş qaydada sənədləri, məlumat və digər xarakterli materialları almaq;

11.4. öz səlahiyyətləri daxilində konfranslar, görüşlər və digər tədbirlər təşkil etmək;

11.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.


V. Daimi Nümayəndəliyin fəaliyyətinin təşkili


12. Daimi Nümayəndəliyə Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında səlahiyyətli nümayəndəsi olan Azərbaycan Respublikasının Daimi Nümayəndəsi başçılıq edir. Daimi Nümayəndə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir və geri çağırılır. Daimi Nümayəndə beynəlxalq təşkilatda Azərbaycan Respublikasını təmsil edir.

13. Ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə və sağlamlıq vəziyyətinə malik olan Azərbaycan Respublikasının vətəndaşı Daimi Nümayəndə təyin edilə bilər.

14. Daimi Nümayəndə təyin olunmuş şəxsin yerləşmə dövlətində fasiləsiz iş müddəti, bir qayda olaraq, beş ildir. Bu müddət Azərbaycan Respublikasının Prezidenti tərəfindən uzadıla bilər.

Daimi nümayəndənin və ya Daimi nümayəndəliyin digər əməkdaşları Azərbaycan Respublikasının və ya yerləşmə dövlətinin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, habelə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl geri çağırıla bilərlər.

Daimi nümayəndə və ya Daimi nümayəndəliyin digər əməkdaşlarının vaxtından əvvəl geri çağırılmasına, onlarla birlikdə yaşayan ailə üzvlərinin yuxarıda göstərilən əməllərin törədilməsində təqsirli bilinməsi də əsas ola bilər.

15. Daimi Nümayəndə Daimi Nümayəndəliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır, göstəriş və tapşırıqların yerinə yetirilməsinə görə Nazirlik qarşısında hesabat verir.

16. Daimi Nümayəndə:

16.1. Daimi Nümayəndəliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

16.2. dövlət sirrinin və qanunla mühafizə edilən digər sirlərin qorunmasını təşkil edir; 16.3. Daimi Nümayəndəliyə ayrılan dövlət vəsaitinin səmərəli sərf olunması və maliyyə intizamına riayət olunması üzərində nəzarəti öz səlahiyyətləri daxilində həyata keçirir;

16.4. öz səlahiyyətləri daxilində Daimi Nümayəndəliyin fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir;

16.5. öz səlahiyyətləri daxilində Daimi Nümayəndəlikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və Nazirliyin əmr, sərəncam və göstərişlərinin icrasını təşkil edir və onların yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirir;

16.6. Daimi Nümayəndəliyin əməkdaşlarını lazımi iş şəraiti ilə təmin edir, müəyyən olunmuş qaydada Daimi Nümayəndəliyin fəaliyyəti ilə bağlı Nazirliyə təkliflər irəli sürür;

16.7. Nazirliyin razılığı ilə xidməti ezamiyyətlərə gedir;

16.8. Daimi Nümayəndəliyin xüsusi fərqlənmiş əməkdaşlarının Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilməsi üçün, habelə Daimi Nümayəndəliyin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görülməsi üçün Nazirliyə təqdimat verir;

16.9. Daimi Nümayəndəliyin diplomatik xidmət əməkdaşlarının rütbədə və vəzifədə yüksəldilməsi, Daimi Nümayəndəliyin diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidmətini həyata keçirən şəxslərinin xaricdəki iş müddətinin «Diplomatik xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq uzadılması haqqında Nazirliyə müəyyən olunmuş qaydada təklif verir;

16.10. Daimi Nümayəndəliyin diplomatik və inzibati-texniki əməkdaşlarının məzuniyyətləri və ezamiyyətləri barədə əmrlər verir;

16.11. Daimi Nümayəndəliyin ştatdankənar vəzifələrinə Nazirlik ilə razılaşdıraraq işə qəbul edir və işdən azad edir, ştatdankənar vəzifələrdə çalışan əməkdaşların məzuniyyətləri və ezamiyyətləri barədə əmrlər verir;

16.12. Daimi Nümayəndəliyin əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin Azərbaycan Respublikasına və digər ölkələrə səfərləri ilə bağlı məsələləri öz səlahiyyətləri daxilində həll edir;

16.13. öz səlahiyyətləri daxilində Daimi Nümayəndəliyin, onun əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görür, fövqəladə vəziyyət şəraitində Daimi nümayəndəliyin işini və yerləşmə dövlətindəki Azərbaycan Respublikasının vətəndaşlarının hərəkətlərini Azərbaycan Respublikasının həmin dövlətdəki Səfirliyi ilə (olduğu halda) əlaqələndirməklə təşkil edir;

16.14. beynəlxalq hüquqa və yerləşmə dövlətinin qanunvericiliyinə görə Daimi Nümayəndəliyə, onların əməkdaşlarına və ailə üzvlərinə, diplomatik poçta və onu daşıyan şəxslərə, həmçinin immunitet və imtiyazlara hüququ olan Azərbaycan Respublikasının digər vətəndaşlarına verilən immunitet və imtiyazların təmin olunması məqsədi ilə öz səlahiyyətləri daxilində lazımi tədbirlər görür;

16.15. Daimi Nümayəndəliyin və yerləşmə dövlətində yerləşən Azərbaycan Respublikasının digər qurumlarının heyətinə beynəlxalq təşkilatda Azərbaycan Respublikasının maraqlarını layiqli təmsil etmələri, eləcə də yerləşmə dövlətinin qanunvericiliyinə, adət və ənənələrinə hörmət etmələri üçün tövsiyələr verir;

16.16. yerləşmə dövlətində keçirilən beynəlxalq konfranslarda və görüşlərdə iştirak edir, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada beynəlxalq müqavilələr imzalayır;

16.17. Azərbaycan Respublikasının dövlət orqanlarının nümayəndə heyətlərinin və mütəxəssis qruplarının qərarları və hərəkətləri Azərbaycan Respublikasının maraqlarına cavab vermədiyi halda, Nazirliyə məlumat verir və Nazirlik bu məlumat əsasında həmin dövlət orqanlarının nümayəndə heyətlərinin və mütəxəssis qruplarının işinə vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı həmin dövlət orqanları qarşısında məsələ qaldırır;

16.18. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, digər səlahiyyətləri həyata keçirir.

17. Daimi Nümayəndə vəzifəsi vakant olduqda və ya Daimi Nümayəndə öz vəzifələrini icra etmək iqtidarında olmadığı halda, onun funksiyalarını Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən təyin olunan Daimi Nümayəndənin səlahiyyətlərini icra edən şəxs yerinə yetirir.

Əgər Daimi Nümayəndə eyni zamanda yerləşmə dövlətində Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiridirsə, Daimi Nümayəndənin funksiyalarını Azərbaycan Respublikasının müvəqqəti işlər vəkili yerinə yetirir.

Müvəqqəti işlər vəkilinin və ya Daimi Nümayəndənin səlahiyyətlərini icra edən şəxsin adı Daimi Nümayəndə tərəfindən və ya Daimi Nümayəndə bunu etmək iqtidarında olmadığı halda, Nazirlik tərəfindən müvafiq beynəlxalq təşkilata bildirilir.

18. Daimi Nümayəndəliyin strukturu və ştat cədvəli Nazirlik tərəfindən təsdiq edilir.

19. Daimi Nümayəndəliyin maddi-texniki təminatı Nazirlik tərəfindən həyata keçirilir.

20. Daimi Nümayəndəliyin əməkdaşlarının hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi, Nazirliyin normativ aktları və vəzifə təlimatları ilə müəyyən olunur. Daimi Nümayəndəliyin əməkdaşları Daimi Nümayəndəyə, o olmadığı halda isə, Azərbaycan Respublikasının müvəqqəti işlər vəkilinə və ya Daimi Nümayəndənin səlahiyyətlərini icra edən şəxsə tabedir və onun əmr və göstərişlərini yerinə yetirməyə borcludurlar.

21. Daimi Nümayəndəliyin işi müəyyən olunmuş qaydada Nazirlik tərəfindən təsdiq edilmiş illik iş planı əsasında təşkil olunur.

22. Daimi Nümayəndəliyə qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının digər dövlət orqanlarının nümayəndələri ezam oluna bilərlər. Daimi Nümayəndəliyə ezam olunmuş Azərbaycan Respublikasının digər dövlət orqanlarının nümayəndələri öz qərarlarını və hərəkətlərini Daimi Nümayəndə ilə razılaşdırmalıdırlar.

23. Daimi Nümayəndəlikdə Azərbaycan Respublikasının və yerləşmə dövlətinin qanunvericiliyinə uyğun olaraq, ümumtəhsil məktəbi və məktəbəqədər müəssisə fəaliyyət göstərə bilər.

24. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmkarlar ittifaqı istisna olmaqla, Daimi Nümayəndəlikdə siyasi partiyaların, dini təşkilatların və qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) bölmələri yaradıla bilməz.



pxl Home Top pxl
pxl