English Version
MFA MFA
MFA
HomeMail
Language
shar
MFA
pxl
pxl
Azərbaycan Respublikası
pixel
Diplomatik Xidmət
pixel
Xarici siyasət və beynəlxalq münasibətlər
pixel
Konsulluq xidməti
pixel
Normativ hüquqi əsaslar
pixel
Çıxışlar
pixel
XİN-bəyanatları
pixel
Diplomatiya Aləmi Jurnalı
pixel
Təlim-Tədris Mərkəzi
pixel
Xəbərlər
pixel
Linklər
pixel
İşə qəbul
pixel

Diplomatik Nümayəndəliklər

pxl
UNESCO-AZƏRBAYCAN ƏLAQƏLƏRİ


      Azərbaycan Respublikası 3 iyun 1992-ci ildə UNESCO-ya üzv qəbul edilmiş, 1996-cı ildə isə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.
      Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev 1993-cü ilin dekabr ayında Fransaya səfəri zamanı UNESCO-nun İqamətgahında olmuş və təşkilatın Baş Direktoru ilə görüşmüşdür.
      Keçən dövr ərzində Azərbaycan UNESCO-nun aşağıdakı Konvensiyalarına qoşulmuşdur:

      1. Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il Konvensiyası (1993) və ona dair İkinci Protokol (2000);
      2. Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 16 noyabr 1972-ci il Konvensiyası (1993);
      3. Avropa regionu dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 21 dekabr 1979-cu il Konvensiyası (1994);
      4. Asiya və Sakit Okean dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 16 dekabr 1983-cü il regional Konvensiyası (1995);
      5. Müəlliflik hüququ haqqında 6 sentyabr 1952-ci il Ümumdünya Konvensiyası (1997);
      6. Avropa regionunda ali təhsil ixtisaslarının tanınması haqqında Konvensiya (1998);
      7. Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il Konvensiyası (1997);
      8. Başlıca olaraq su quşlarının məskəni kimi beynəlxalq əhəmiyyətə malik su-bataqlıq yerləri haqqında 2 fevral 1971-ci il Konvensiyası (2001);
      9. Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz istehsalında mühafizəsi haqqında 29 oktyabr 1971-ci il Konvensiyası (2001);
      10.Beynəlxalq xüsusi hüququ unifikasiya institutunun (UNIDROIT) oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərlər haqqında 1995-ci il Konvensiyası (2003)

Azərbaycan UNESCO-nun üç ixtisaslaşmış qurumunun üzvüdür:

      1. Hüqüq Komitəsi
      2. Bioetika üzrə Hökumətlərarası Komitə (İBC)
      3. Mədəni dəyərlərin qeyri qanuni mənimsənilməsi təqdirində onların öz vətəninə qaytarılması Hökumətlərarası Komitəsi
      UNDP/UNESCO əməkdaşlıq çərçivəsində Bakıda, Sumqayıtda və Naxçıvanda informatika sahəsində elmi-tədris mərkəzləri yaradılmışdır. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində radio-televiziya tədris studiyası yaradılmışdır.

Bakıda UNESCO-nun köməyi ilə 15 konfrans və seminar keçirilmişdir:

      1. 1996 - Füzulinin anadan olmasının 500 illik yubileyi ilə əlaqədar;
      2. 1997 - texniki peşə təhsilinin problemlərinə dair;
      3. 1999 - tərcüməçilik problemlərinə dair;
      4. 2000 - Kitabi Dədə Qorqudun 1300 illik yubileyi ilə əlaqədar;
      5. 2001 - Qafqaz dövlətlərinin Pedaqoji ali məktəblərinin ikinci regional toplantısı;
      6. 2001 - N.Tusinin anadan olmasının 800 illik yubileyi ilə əlaqədar;
      7. 2001 - Mədəni irsin qorunmasına dair normativ aktlara həsr olunmuş beynəlxalq seminar;
      8. 2001 - “Rəqəmli ipək yolu” regional seminar;
      9. 2002 - XX əsrin ən mühüm hadisələri haqqında ;
      10. 2003 - Mirzə Kazımbəyin 200 illik yubileyinə dair;
      11. 2003 - GÖÜAM ölkələri arasında mədəni dəhlizə dair;
      12. 2003 - UNESCO Türk Dövlətlərinin Kosmik Nəsil Forumu;
      13. 2003 - Professional fəaliyyətdə İnformasiya və Kommunikasiya Texnologiyalarının istifadə edilməsində professional təcrübənin artırılmasına dair seminar;
      14. 2004 -Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında konvensiyanın 50 illiyinə dair;
      15. 2004 -UNESCO (ASPnet) üzrə milli koordinator və bu şəbəkəyə daxil olmuş məktəblərin müəllimləri üçün “Keyfiyyətli təhsil təcrübədə” mövzusunda regional seminar.

UNESCO kafedraları:

      1. İnsan hüquqları, demokratiya və sülh;
      2. Tərcüməçilik, dilmanclıq və terminologiya.

Aşağıdakı sahələr üzrə Milli Komitələr yaradılıb:

      1. Muzeylərin Beynəlxalq Şurası (İCOM);
      2. Sosial Dəyişikliklərin İdarə edilməsi (MOST);
      3. Beynəlxalq Hidroloji Proqram (İHP);
      4. İnsan və Biosfer Proqramı (MAB);
      5. Beynəlxalq Bioetika Komitəsi (İBC);
      6. Beynəlxalq Musiqi Şurası;
      7. Beynəlxalq Teatr İnstitutu.

UNESCO-nun yardımı ilə aşağıdakı kitab və kitabçalar Azərbaycan dilinə tərcümə olunub:

      1. UNESCO-nun Beynəlxalq Normativ Aktları;
      2. BMT-nin İnsan hüquqları Beynəlxalq Müqavilələr toplusu;
      3. UNESCO-nun dözümlülük haqqında bəyannaməsi;
      4. İnsan hüquqları: suallar və cavablar;
      5. Demokratiyaya giriş: 80 sual və cavab;
      6. BMT-nin Sülh Mədəniyyəti haqqında Bəyannaməsi;
      7. Sülh dəsti adlı tədris vəsaiti;
      8. Sülh mədəniyyəti nədir?
      9. Assosativ Məktəblər Layihəsinin şəbəkəsi;
      10.Azərbaycan və UNESCO (1992-2002) ;
      11.UNESCO-nun mədəni müxtəliflik haqqında Bəyannaməsi.
      12.Azərbaycanda çoxdilli ünsiyyətin inkişafı (2001). Yeni qlobal kontekstdə Azərbaycanda tərcümə, dilmanclıq və terminologiyanın gələcək perspektivlərinə həsr olunmuş konfransın nəticələri. (Bakı, may, 1999)
      13.İnsan Haqlarının Qorunması: Beynəlxalq və Azərbaycan mexanizmləri

      Bakı şəhərinin tarixi mərkəzi olan İçəri Şəhər memarlıq kompleksi 2000-ci ilin dekabr ayında Ümumdünya İrs Siyahısına salınmışdır. Lakin UNESCO-nun İçəri Şəhərlə bağlı tövsiyələri tam yerinə yetirilmədiyinə görə o, 4 iyul 2003-cü il tarixdə Ümumdünya İrs Komitəsinin 27-ci sessiyasında UNESCO-nun təhlükədə olan abidələr siyahısına daxil edilmişdir.
      Azərbaycanın muğam ustası Alim Qasımov UNESCO/Beynəlxalq Musiqi Şurasının 1999-cu ildə birinci mükafatını qazanmışdır.
      2000-ci ildə Azərbaycanda Beynəlxalq Sülh Mədəniyyəti İli geniş qeyd edilmiş, Manifest-2000 adı ilə 400 mindən çox imza toplanmış, seminarlar, sərgilər, konsertlər təşkil edilmiş, həmin tarixə həsr edilmiş xüsusi marka və konvertlər buraxılmışdır.
      2003-cü ilin noyabr ayının 7-də Azərbaycan Muğamı UNESCO-da bəşəriyyətin qeyri maddi irsinin şah əsəri elan olunmuşdur. Onu da qeyd edək ki, UNESCO Qərargahının binasında üzv dövlətlərin hədiyyə etdiyi müxtəlif sənət əsərləri vardır. Onların arasında 1983-cü ildə UNESCO-ya təqdim olunan Lətif Kərimovun memar Əcəmiyə həsr etdiyi xalçası da vardır.
      UNESCO-nun Baş Direktoru iki dəfə, 1996-cı ildə cənab Federiko Mayor və 2000-ci ildə cənab Koiçiro Matsuura, eyni zamanda Baş Direktorun mədəniyyət məsələləri üzrə müavini cənab Munir Buşenaki 2003-cü ildə Azərbaycana səfər etmişdir.
      2004-cü ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyeva UNESCO-nun Baş Direktoru Koiçiro Matsuura ilə görüşmüşdür.
      Azərbaycan Respublikasının nümayəndələri vaxtaşırı olaraq UNESCO çərçivəsində keçirilən konfranslarda, seminarlarda və digər tədbirlərdə iştirak edirlər.
pxl Home Top pxl
pxl