Azərbaycan nümayəndələrinin Amerika Dövlətləri Təşkilatının Baş Assambleyalarında iştirakı
Azərbaycana Amerika Dövlətləri Təşkilatında
Təşkilatın Daimi Müşahidəçisi Statusunun verilməsi
Amerika Dövlətləri Təşkilatının Daimi Şurası Azərbaycan Respublikası hökumətinin ona Amerika Dövlətləri Təşkilatının daimi müşahidəçisi statusunun verilməsi təklifini(DŞ\doc 3412\01) və bu məsələdə Hüquqi-Siyasi işlər üzrə komitənin hesabatını(DŞ \HSMK-1771\01) nəzərdən keçirərək,
BA-nın 50(İ-O\71) qərarına əsasən Baş Asambleyanın AÖT-na daimi müşahidəçi statusunu yaratdığını və Daimi Şuraya bu statusun verilməsi üzrə kriteriya və vaxt müddətinin müəyyənləşdirilməsi tapşırığını verdiyini, eyni zamanda DŞ-nın407(573\84) saylı qərarına əsasən istənilən dövlətin BA-nın50(İ-O\71) saylı qərarına uyğun olaraq AÖT-na daimi müşahidəçi statusunu almaq barədə təkliflə çıxış edə biləcəyini nəzərə alaraq,
Qərar verir:
1. Baş Asambleyanın 50(İ-O\7) və Daimi Şuranın 407(573\84) saylı qərarlarına uyğun olaraq Azərbaycan Respublikasına AÖT-na daimi müşahidəçi statusu verilsin.
2 .Daimi Şuranın 407(573\84) saylı qərarının 7-ci paraqrafına uyğun olaraq AR Hökuməti həmin təşkilatın orqanları ,agentlikləri və qurumlarına daimi müşahidəçi akkreditə etməyə çağırılsın.
3. Azərbaycan Respublikası Hökuməti bu barədə xəbərdar edilən kimi Baş Katibin Amerika daxili ixtisaslaşmış təşkilatlar da daxil olmaqla, həmin təşkilatın orqanları ,agentlikləri və qurumlarına bu qərar barədə müvafiq məsləhətlər verilməsi xahiş edilsin.
Baş Asambleyanın
788(1270\01) saylı qərarı
5 aprel 2001-ci il