English Version
MFA MFA
MFA
HomeMail
Language
shar
MFA
pxl
pxl
Azərbaycan Respublikası
pixel
Diplomatik Xidmət
pixel
Xarici siyasət və beynəlxalq münasibətlər
pixel
Konsulluq xidməti
pixel
Normativ hüquqi əsaslar
pixel
Çıxışlar
pixel
XİN-bəyanatları
pixel
Diplomatiya Aləmi Jurnalı
pixel
Təlim-Tədris Mərkəzi
pixel
Xəbərlər
pixel
Linklər
pixel
İşə qəbul
pixel

Diplomatik Nümayəndəliklər

pxl
“İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ MİLLİ FƏALİYYƏT PLANI”
İLƏ ƏLAQƏDAR GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR
A R A Y I Ş


     Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli 208 saylı Sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. 19 may 2004-cü il tarixli 231 saylı sərəncamın icrası ilə əlaqədar DİN-in tərkibində İnsan Alverinə qarşı Mübarizə idarəsi yaradılmış və Daxili İşlər Nazirinin müavini Milli Koordinator təyin edilmişdir.
     2004-cü il ərzində respublika üzrə insan alveri cinayətləri ilə bağlı 115 cinayət faktı qeydə alınmışdır. Qeyd olunan faktlarla bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində 106 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, 240 nəfər qurban müəyyən edilərək müayinə olunmaları məqsədi ilə sağlamlıq mərkəzlərinə göndərilmişlər. Həmin qurbanlardan 231-i Azərbaycan, 6-ı Özbəkistan, 2-i Rusiya, 1-i isə Gürcüstan vətəndaşları olmuşlar.
     Əməkdaşların insan alverinə qarşı mübarizədə peşəkarlığının yüksəldilməsi, müvafiq qanun pozuntularının keyfiyyətli sənədləşdirilməsi, əməliyyat-axtarış fəaliyyətinin forma və üsullarından səmərəli istifadə edilməsi məqsədi ilə peşə dərsləri təşkil edilmiş, beynəlxalq təcrübədən istifadə olunmuşdur.
     2004-cü il ərzində ABŞ-ın Azərbaycandakı Səfirliyi vasitəsi ilə həmin dövlətin insan alveri cinayətləri üzrə təcrübəli iki mütəxəssisi 15 gün müddətində İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları ilə seminar-treninqlər keçirmişlər. Həmçinin, idarə əməkdaşları ötən ildə 6 dəfə digər dövlətlərdə bu növ cinayətlərlə mübarizə üzrə keçirilən seminarlarda iştirak etmişlər.
     Vətəndaşların ölkədən qanunsuz çıxarılması, qanunvericilikdə nəzərdə tutulmayan məcburi əməyə cəlb edilməsi və insan alveri məqsədilə istismar olunmalarından qorunması işinin təmin edilməsi üçün Milli Təhlükəsizlik, Xarici İşlər, Ədliyyə və Səhiyyə Nazirlikləri, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı əlaqələr yaradılmışdır.
     Azərbaycan Respublikası tərəfindən 2000-ci ilini dekabrın 12-də imzalanmış və 2003-cü ilin mayın 13-də Azərbaycan Respublikasının qanunu ilə təsdiqlənmiş BMT-nin «Transmilli mütəşəkkil cinayətkarlığa qarşı» Konvensiyasının və onu tamamlayan «İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması» haqqında Protokolun, eləcə də 2002-ci ilin sentyabrın 20-də qəbul edilmiş «İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında» Brüssel Bəyannaməsinin müddəaları insan alveri cinayətləri ilə mübarizənin təşkil edilməsi və həyata keçirilməsində əsas yer tutur.
     BMT- nin qeyd edilən Konvensiya və protokollarına qoşulmuş Azərbaycan Respublikası öz milli qanunvericiliyini beynəlxalq normalara uyğunlaşdırmış, hüquqi islahatların aparılması əsasında 2000-ci ilin sentyabrın 1-də qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsində insan alverinin müxtəlif formalarında təzahür edən fahişəliyə cəlb etmə, seksual xarakterli zorakılıq hərəkətləri, seksual xarakterli hərəkətlərə məcbur etmə, yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız hərəkətlərə cəlb etmə, yetkinlik yaşına çatmayanın alqı-satqısı və s. cinayət əməllərinə görə bir neçə müstəqil normalarda cinayət məsuliyyəti nəzərdə tutulmuşdur:
     - CM-nin 150-ci, 151-ci, 171-ci, 173-ci, 243-cü maddələri.
     2004-cü ilin birinci yarım ili ərzində aşağıdakı maddələr üzrə bir neçə faktlar aşkar edilmişdir:
     150-ci maddəsi «Seksual xarakterli zorakılıq hərəkətləri» ilə 28 fakt;
     151-ci maddəsi «Seksual xarakterli hərəkətlərə məcbur etmə» ilə 2 fakt;
     171-ci maddə «Yetkinlik yaşına çatmayanları fahişəliyə və əxlaqsız hərəkətlərəcəlb etmə» ilə 4 fakt;
     173-cü maddə «Yetkinlik yaşına çatmayanın alqı-satqısı» ilə 3 fakt;
     243-cü maddə»Fahişəliyə cəlb etmə» ilə 14 fakt.
     Cinayət Məcəlləsinin göstərilən maddələri ilə təhqiqat və ibtidai istintaq növündə ibtidai araşdırma aparılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 215-ci maddəsinə əsasən Daxili işlər orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Qanunvericiliyə görə prokurorluq həmin cinayətlərin ibtidai araşdırılması zamanı prosessual rəhbərliyi həyata keçirir və məhkəmədə həmin cinayət işləri üzrə ittihamı müdafiə edir.
     İnsan alveri kimi ictimai təhlükəli əməlin özlüyündə müstəqil cinayət tərkibi nəzərdə tutulan norma kimi Cinayət Məcəlləsinə «İnsan alveri» adı altında (144-1 maddəsinin) əlavə edilməsindən ötrü Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qanunvericilik təşəbbüsü ilə müraciət olunmuşdur.
     Bundan əlavə Milli Fəaliyyət Planında nəzərdə tutulmuş insan alveri ilə mübarizədə «xüsusi polis qurumu» Azərbaycan Respublikası Daxili işlər nazirliyinin Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin tərkibində insan alverinə qarşı mübarizə idarəsi təsis edilmişdir.
     İnsan alveri cinayətlərinin təqibi həmin cinayətlərin müəyyən edilməsi, insan alveri cinayəti törətmiş şəxsin ifşa olunması, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin həyata keçirilməsi, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, insan alveri cinayəti törətmiş şəxsə cəza təyin edilməsindən ibarətdir.
     Keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olmuşdur ki, 45 nəfər insan alveri qurbanından 32 nəfəri - Azərbaycan, 5 nəfəri - Özbəkistan, 2 nəfəri - Rusiya və 1 nəfəri - Gürcüstan vətəndaşıdır. Onları qazanc əldə etmək məqsədilə fahişəliyə cəlb edən 29 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin faktların ikisi mütəşəkkil dəstə, beşi qrup şəklində törədilmişdir.
     Azərbaycan Respublikası Daxili işlər nazirliyi İnsan alverinə qarşı mübarizə idarəsi fəaliyyətə başladığı tarixdən 19 cinayət faktı aşkar etmiş və həmin faktlar üzrə 21 cinayət işi başlamışdır.
     Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə ilə məşğul olan müvafiq dövlət strukturları BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və bu yönümdə fəaliyyətin gücləndirilməsi üçün əlavə tədbirlər görür.
     Eyni zamanda, dövlət strukturları tərəfindən «İnsan alverinə qarşı mübarizə haqqında» və «İnsan alverinə qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi haqqında» (Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəlləsinə) Qanun layihələrə hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.
pxl Home Top pxl
pxl