English Version
MFA MFA
MFA
HomeMail
Language
shar
MFA
pxl
pxl
Azərbaycan Respublikası
pixel
Diplomatik Xidmət
pixel
Xarici siyasət və beynəlxalq münasibətlər
pixel
Konsulluq xidməti
pixel
Normativ hüquqi əsaslar
pixel
Çıxışlar
pixel
XİN-bəyanatları
pixel
Diplomatiya Aləmi Jurnalı
pixel
Təlim-Tədris Mərkəzi
pixel
Xəbərlər
pixel
Linklər
pixel
İşə qəbul
pixel

Diplomatik Nümayəndəliklər

pxl
Kütləvi informasiya vasitələri
Azərbaycanda kütləvi informasiya vasitələri
sahəsində mövcud vəziyyət haqqında arayış


Bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil KİV formalaşmaqdadır. Dövlət “dördüncü hakimiyyət” adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılmışdır. Hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün qeyri-məhdud imkanlar yaradılmışdır.

Yeni redaktədə qəbul edilmiş “KİV haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlar, Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin gücləndirilməsi haqqında 20 iyul 2001-ci il tarixli Prezident Fərmanı və Kütləvi informasiya vasitələrinə dövlət qayğısının gücləndirilməsi üzrə əlavə tədbirlər haqqında 27 dekabr 2001-ci il tarixli Prezident Fərmanı ifadə azadlığı və KİV-in müstəqilliyini təmin edir, KİV azadlığını məhdudlaşdıran inzibati tədbirlərin tətbiqinin mümkünlüyünü istisna edir.

Azərbaycan mətbuatının 130 illik yubileyi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 iyun tarixli sərəncamı ilə təntənəli şəkildə qeyd edilmiş, bir sıra qəzetlərə və informasiya agentliklərinə birdəfəlik maliyyə yardımı göstərilmiş, mətbuat işçilərinə fəxri adlar və Prezident təqaüdü verilmişdir.

Mətbuatın maddi-texniki və maliyyə bazasını möhkəmləndirmək üçün 2006-cı il fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının ödənilməsi barədə” Sərəncam imzalanmışdır. Sərəncama əsasən qəzetlərin “Azərbaycan” nəşriyyatına olan 450 min ABŞ dolları həcmində borcu dövlət büdcəsindən ödəniləcəkdir. Xüsusilə qeyd etmək lazımdır ki, borcları ödənilən qəzetlərin arasında aparıcı müxalifət qəzetləri də vardır.

Yuxarıda sadalanan tədbirlərin nəticəsidir ki, Azərbaycan Respublikası KİV-in keyfiyyət və kəmiyyət göstəricilərinə görə MDB və Şərqi Avropa ölkələri arasında aparıcı yerlərdən birini tutur. Bu ilin sentyabr ayına kimi 2678 kütləvi informasiya vasitəsi qeydiyyatdan keçmiş, 2609 mətbu nəşr, 41 televiziya və radio, 28 informasiya agentliyinin dövlət reyestrinə alınmışdır. Azərbaycanda İctimai televiziya 2005-ci il avqustun 30-dan fəaliyyət göstərir.

Qəzet və jurnalların yalnız 15 faizi hökumət strukturları tərəfindən təsis edilmişdir. Qəzetlərin 65 faizindən çoxu müxalifət yönümlü siyasi və ictimai təşkilatlara, özəl strukturlara və hüquqi şəxslərə məxsusdur.

Rəsmi informasiya əldə edilməsinə hökumət strukturları tərəfindən heç bir məhdudiyyət qoyulmur. Müxtəlif nazirliklərin və digər dövlət orqanlarının mətbuat xidmətləri rəsmi informasiyanın ictimaiyyətə çatdırılmasına cavabdehdirlər. Bundan əlavə, jurnalistlərin informasiya əldə etməsi işini daha da yüngülləşdirmək üçün “İnformasiya əldə etmək haqqında” qanun qəbul olunmuş və o, 2005-ci il sentyabrın 30-da qüvvəyə minmişdir. Qanun hər kəsin sərbəst, maneəsiz və bərabər şərtlərlə informasiya əldə etməsi üçün dövlət qurumları və əlaqədar təşkilatlarla yanaşı, bütün hüquqi şəxslər üzərinə böyük öhdəliklər qoyur.

Etnik və dini azlıqların KİV-dən sərbəst faydalanmalarına heç bir məhdudiyyət qoyulmamışdır. Etnik azlıqların dillərində qəzetlər dərc edilir və ya xaricdən gətirilir.

Teleradio yayımı sahəsində əhəmiyyətli qanunvericilik tədbirləri görülmüşdür. “Teleradio yayımı haqqında” qanun 2002-ci ilin iyun ayında qəbul edilmiş və həmin ilin oktyabr ayında qüvvəyə minmişdir. 5 oktyabr 2002-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Avropa Şurası standartlarına tam uyğun olan Milli Teleradio Yayımı Şurasının yaradılması haqqında fərman imzalamışdır. Milli Teleradio Yayımı Şurası 2003-cü ilin yanvarında təsis edilmişdir. Şuranın 9 üzvündən 6-sı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmişdir. Şura müvafiq qanuna uyğun olaraq teleradio yayımı, yayım kanallarına lisenziyaların verilməsi və onların fəaliyyətinin monitorinqi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə cavabdehdir. Qeyd olunmalıdır ki, yarandığı gündən Şura öz qarşısında duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirmişdir.

İfadə və informasiya azadlığının təmin edilməsi istiqamətində növbəti mühüm addım 2003-cü il mart ayının 15-də Azərbaycan jurnalistlərinin ilk konqresində Mətbuat Şurasının yaradılması olmuşdur. Bu orqan müstəqil surətdə, dövlətin heç bir müdaxiləsi olmadan jurnalistlərin özləri tərəfindən yaradılmışdır. Müstəqil orqan olan Mətbuat Şurasının əsas funksiyası KİV ilə fərdlər, həmçinin KİV ilə özəl şirkətlər arasında mübahisələrin məhkəmə çəkişmələrinədək aradan qaldırılmasından ibarətdir. Şura həmçinin qəzetlərin monitorinqi və özünün hazırlayıb qəbul etdiyi jurnalist etikası kodeksinin müddəalarının həyata keçirilməsi funksiyalarını yerinə yetirir.

Qəzetlərin heç biri öz dövriyyələrində məhdudiyyətlərlə üzləşmirlər. Bütün qəzetlər ölkə üzrə sərbəst yayılır.

Yekunda vurğulanmalıdır ki, Azərbaycan Hökuməti Azərbaycan Respublikasında ifadə və informasiya azadlığının təmin edilməsi sahəsində beynəlxalq təşkilatlarla qarşılıqlı anlaşma və konstruktiv yanaşmaya əsaslanaraq əməkdaşlığı davam etdirməyə hazırdır və bu əzmdədir. Beynəlxalq təşkilatlar tərəfindən jurnalistlərin peşəkarlığının yüksəldilməsinə yardım, jurnalistika sahəsində özünütənzimləməyə dəstək, o cümlədən yaxınlarda yaradılmış media strukturlarına köməklik, eləcə də ifadə və informasiya azadlığı sahələrində Avropa standartlarının tətbiqi istiqamətində məlumatlılıq səviyyəsinin artırılması Azərbaycan Hökuməti tərəfindən yüksək dəyərləndirilərdi. Bu yardım əhəmiyyətli stimul ola bilər və ölkəmizdə medianın inkişafına müsbət töhfə vermiş olar.

pxl Home Top pxl
pxl