English Version
MFA MFA
MFA
HomeMail
Language
shar
MFA
pxl
pxl
Azərbaycan Respublikası
pixel
Diplomatik Xidmət
pixel
Xarici siyasət və beynəlxalq münasibətlər
pixel
Konsulluq xidməti
pixel
Normativ hüquqi əsaslar
pixel
Çıxışlar
pixel
XİN-bəyanatları
pixel
Diplomatiya Aləmi Jurnalı
pixel
Təlim-Tədris Mərkəzi
pixel
Xəbərlər
pixel
Linklər
pixel
İşə qəbul
pixel

Diplomatik Nümayəndəliklər

pxl

Azərbaycan Respublikası Milli Məclisində
parlamentlərarası əlaqələr üzrə işçi qrupları



Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının siyahısı


Azərbaycan Respublikasının Milli Məclisi xarici ölkələrin parlamentləri ilə sıx əməkdaşlıq edir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisi parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Qərar qəbul etmişdir. Hazırda 60-dan yuxarı işçi qrupu fəaliyyət göstərir.

Bəzi ölkələrin parlamentlərində də Azərbaycan Respublikası Milli Məclisi ilə əməkdaşlıq üzrə işçi qrupları mövcuddur. Hazırda, xarici dövlətlərdəki səfirliklərimiz akkreditə olunduqları ölkələrin Parlamentləri ilə Azərbaycan Milli Məclisi arasında əməkdaşlıq üzrə işçi qruplarının yaradılması sahəsində müvafiq iş aparır.


Parlamentlərarası İttifaq ilə əlaqələr

Parlamentlərarası İttifaq (PAİ) müstəqil dövlətlərin parlamentlərinin ümumdünya təşkilatıdır. Əsası 1889-cu ildə qoyulmuşdur. Qərargahı Cenevrə şəhərində yerləşir.

Azərbaycan Respublikası Parlamentlərarası İttifaqa təşkilatın 1993-cü il aprel ayının 12-17-də Dehlidə keçirilmiş 89-cu Assambleyasında üzv qəbul olunmuşdur. Milli Məclisin 9 deputatından ibarət nümayəndə heyəti PAİ-də təmsil olunur. İndiyədək nümayəndə heyəti PAİ-nin Dehli, Madrid, Kopenhagen, Buxarest, İstanbul, Pekin, Moskva, Berlin, Brüssel, Cenevrə və Manilada keçirilmiş Assambleyalarında iştirak etmişdir.

PAİ-də 6 geosiyasi qrup mövcuddur: Afrika, Ərəb, Asiya-Sakit Okeanı, Avrasiya, Latın Amerikası, 12 plüs (qruplarda üzv dövlətlərin siyahısı əlavə plunur). 3 dövlət heç bir qrupa üzv deyil. Ölkəmiz 2005-ci il 31-mart - 8 aprel tarixində Manilada keçirilən 112-ci Assambleya vaxtı "12 plüs" geosiyasi qrupuna üzv olmuşdur. Qrupa 44 üzv ölkə daxildir.

1994-cü il mart ayının 21-26 keçirilmiş 91-ci Assambleyada Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi məsələsini qaldırmışdır. 2005-ci ilin müzakirə mövzusu kimi "Dövlətlərarası münaqişələr" və "Qaçqın və məcburi köçkünlərin vəziyyəti" mövzuları nümayəndə heyətimiz tərəfindən təklif olunmuş, lakin regional geosiyasi qruplardakı müzakirələr zamanı lazımi dəstək ala bilmədiyindən qəbul olunmamışdır.

2004-cü il 28 sentyabr - 1 oktyabr tarixində Cenevrədə keçirilmiş 111-ci Assambleya zamanı nümayəndə heyətimiz komitələrin iclaslarında iştirak edərək, münaqişənin nəticələri barədə məlumat vermişdirlər.


AŞPA ilə əlaqələr

Hələ 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir.

28 iyun 1996-cı ildə AŞPA Bürosu Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi barədə qərar qəbul etmişdir. Qeyd etmək lazımdır ki, sözügedən statusun əldə edilməsinədək AŞPA və Milli Məclisin nümayəndələri arasında qarşılıqlı səfərlər həyata keçirilmiş, parlamentarlarımız AŞPA çərçivəsində keçirilən müxtəlif tədbirlərdə iştirak etmişlər.

1997-ci ilin yanvar ayında Azərbaycan Respublikası Milli Məclisinin Sədri M.Ələsgərovun başçılıq etdiyi nymayəndə heyəti AŞPA-nın Sədri xanım Leni Fişerin dəvəti ilə Strasburqda keçirilən Qafqaz problemlərinə dair seminarda iştirak etmişdir.

Ölkəmiz xüsusi dəvət olunmuş qonaq statusu aldıqdan sonrakı dövrdə AŞPA-nın Sədri Lord Rassel-Conston (15-18 sentyabr 1999-cu ildə), bu qurumun ölkəmiz üzrə məruzəçiləri J. Bomel və C. Klerfayt və digər şəxslər bir neçə dəfə ölkəmizə səfər etmişlər.

Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir. Beləliklə, 2001-ci il aprelin 24-27-də keçirilən AŞPA-nın plenar sessiyasında Azərbaycan Respublikasının AŞPA-da nümayəndə heyəti ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak etmişdir.

AŞPA-dakı nümayəndə heyətimiz 6 nəfər əsas və bir o qədər də əvəzedici üzvdən ibarətdir. Nümayəndə heyəti formalaşdırılarkən Milli Məclisdəki siyasi qüvvələr bölgüsü və mümkün qədər gender bərabərliyi prinsipi nəzərə alınır.

AŞPA ölkəmizə bilavasitə və ya dolayısı ilə aidiyyəti olan bir sıra sənədlər qəbul etmişdir ki, onların arasında aşağıdakıları qeyd etmək olar:

Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluq hisslərinin ifadə olunduğu 1047 saylı qətnamə (10 noyabr 1994-cü il); Cənubi Qafqazda münaqişələrlə əlaqədar olaraq sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflər arasında danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsiplərin əks olunduğu 1119 saylı qətnamə (22 aprel 1997-ci il); Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin erməni qüvvələri tərəfindən işğalının davam etdiyini və AŞ üzvü olan bir dövlətin digər bir üzv dövlətin ərazisini işğal etməsinin həmin dövlətin AŞ qarşısında götürdüyü öhdəlikləri ciddi şəkildə pozduğunu təsdiq edən 1416 saylı qətnamə və hərbi qüvvələrin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 1690 saylı tövsiyə (hər ikisi 2005-ci il yanvarın 25-də qəbul edilmişdir).

AŞPA-dakı nümayəndə heyətimiz AŞPA çərçivəsində müzakirə olunan bütün mühüm məsələlərlə bağlı XİN ilə daim məsləhətləşmələr aparır və qəbul edilən sənədlərdə ölkəmizin mövqeyinin maksimum ehtiva edilməsi üçün birgə fəaliyyət göstərir.


Avropa Birliyi - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi

Avropa Birliyi - Azərbaycan parlament Əməkdaşlığı Komitəsinin bu günədək 7 iclası keçirilmişdir. Komitəyə Avropa Parlamenti üzvləri və Azərbaycan Respublikası Milli Məclisinin deputatları daxildir. Həmçinin, Komitənin iclaslarında Xarici İşlər Nazirliyinin nümayəndələri də iştirak edir. İclasların sonunda Bəyannamə və Tövsiyələr qəbul olunur. Bəyannamə və Tövsiyələr sənədinin yekun variantının hazırlanmasında Milli Məclis və Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr aparılır.

Sonuncu yeddinci iclas 2006-cı il dekabr ayının 13-14-də Strasburqda keçirilmişdir.

pxl Home Top pxl
pxl