Araz Böyükağa oğlu Əzimov
1962 - iyunun 13-də Bakı şəhərində anadan olmuşdur
1984 - Azərbaycan Dövlət Universitetini Bitirmişdir
1984-1989 - Azərbaycan Dövlət Teleradio Şirkətində fəaliyyət
1989-1990 - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində 2-ci katib
1990-1991 - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində 1-ci katib
1991-1992 - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində müdir müavini
1992-1994 - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsinin rəisi
1994 indiyə kimi - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müavini
Xarici dillər - İngilis, fars, rus və türk
Ailə vəziyyəti - Evlidir
|
Xələf Alı oğlu Xələfov
1959 - sentyabrın 21-də Ermənistanda anadan olmuşdur
1977-1982 - Kiyev Dövlət Universitetini bitirmişdir
1983-1990 - Azərbaycan Respublikası Daxili işlər nazirliyində inspektor bölmə rəisi
1990-1991 - SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik akademiyasında oxumuşdur
1991-1992 - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi
1992 - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə-hüquq idarəsinin rəisi vəzifəsini icra edən
1992-1997 - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi
1997 indiyə kimi - Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini
Xarici dillər - Alman, rus
Ailə vəziyyəti - Evlidir. İki övlad atasıdır
|
Mahmud Əhməd oğlu Məmməd-Quliyev
1949 - fevralın 15-də Gəncə şəhərində anadan olmuşdur
1972 - Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir
1972-1974 - Azərbaycan Dövlət universitetinin müəllimi
- Müxtəlif dövlət orqanlarında xidmət
1992-1993 - Kommersiya Bankının idarə heyəti sədrinin müavini
1993 indiyə kimi - Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini
- Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri
- Azərbaycan Respublikası Milli Məclisin Üzvü
1996-2001 - Azərbaycan Respublikasının İrlandiya Respublikasında, İsveç və Norveç Krallıqlarındakı və Danimarka Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri
Xarici dillər - İngilis, rus
|
Hafiz Mir Cəlal oğlu Paşayev
1941 - mayın 2-də Bakı şəhərində anadan olmuşdur
1963 – Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir
1964 - 1967 – Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır
1971 – Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirmişdir
1971 - 1992 – Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olmuşdur
1984 – Doktorluq dissertasiyasını müdafiə etmiş, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür
1975 - 1976 – İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirmişdir
1993 - 2006 – Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli Səfiri
2006 – avqustun 14-də Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – AR XİN-in Diplomatik Akademiyasının rektoru təyin edilmişdir. 100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir.
Xarici dillər - ingilis, rus
Ailə vəziyyəti - Evlidir, iki övladı, dörd nəvəsi var
|
Vaqif İsmayıl oğlu Sadıqov
1956 - noyabrın 2-də Bakı şəhərində anadan olmuşdur
1978 - SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (APXDİ) ingilis dili fakültəsini bitirmişdir
1986 - Filoloji elmlər namizədidir
1991 - APXDİ-nin ingilis dili fakültəsində baş müəllim vəzifəsində çalışıb
1992 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar idarəsinin 1-ci katibi
1993 - 1995 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin hərbi-siyasi məsələlər üzrə şöbənin müdiri
1995 - 2004 - Azərbaycan Respublikasının Avstriyadakı Fövqəladə və Səlahiyyətli Səfiri, eləcə də BMT-nin Vyana Bölməsi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi
1998 - 2004 - Nüvə Sınaqların Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi
2001 - 2004 - Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi
2004 indiyə kimi - Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini
Xarici dillər - İngilis
Ailə vəziyyəti - Evlidir. İki övlad atasıdır
|