Xocalı beynəlxalq mediada

Azərbaycan Nəşriyyat Evi, Bakı, 1992-ci il
″XOCALI – SON GÜN″

Jurnalist Çingiz Mustafayevin sözlərində olduğu kimi, ölənlər arasında “2 yaşla 15 yaş arası onlarla uşaq, qadın, yaşlı var idi, çoxuna isə alnının tən ortasına yaxın məsafədən atəş açılmışdı. Cəsədlərin vəziyyəti onu göstərirdi ki, insanların çoxu soyuqqanlılıqla, qəsdən öldürülüb, heç bir mübarizə, yaxud qaçmağa çalışırcasına əlamət yox idi. Bəzilərini kənara çəkib tək başına güllələmişdilər; bəzi hallarda isə bütün ailənin birdən güllələndiyi görünürdü. Bəzi cəsədlərdə bir neçə yara izi var idi ki, bunlardan biri həmişə başda olurdu bu da yaralının öldürüldüyünü sübut edirdi. Uşaqların qulaqlarını kəsmişdilər; orta yaşlı qadının üzünün sol tərəfinin dərisi, kişilərin isə başlarının dərisi soyulmuşdu. Üstü-başı qarət edildiyi açıq-aşkar görünən cəsədlər var idi. Fevralın 28-i iki hərbi helikopterin müşayəti altında atışma zonasına birinci gəldiyimiz vaxt yuxarıdan təxminən bir kilometrlik açıq ərazinin tamamən cəsədlərlə dolu olduğunu gördük”.

Xocalı sakini Canan Orucov çoxu qadın və uşaqlar olan qurbanlar haqqında danışdı. 16 yaşlı oğlu güllələnmiş, iki əkiz uşağı olan 23 yaşlı qızı və 18 yaşlı hamilə qızı isə əsir düşmüşdü.

Qanlı faciənin şahidi olan Səriyə Talıbova dörd Məsxəti türkünün, Mərkəzi Asiyadan olan qaçqınların və üç azərbaycanlının erməni qəbrində başlarının kəsildiyini, uşaqlara valideynlərinin gözləri önündə işgəncə verilib öldürüldüyünü, milli ordu formasında olan iki azərbaycanlı əsgərin isə gözlərinin vintaçanla oyulub çıxarıldığını görmüşdür.

Dinc sakinlərin həyatlarını xilas etmək üçün əlacsız qalaraq şəhəri tərk etdikləri zaman planlanmış pusquda qətlə yetirilmələri Xocalı əhalisinə qarşı törədilən qırğının mütəşəkkil xarakterinin bir sübutudur. Məsələn, Xocalı rayonu icra başçısı Elman Məmmədovun bildirdiyinə görə, Xocalını tərk edən bir qrup insan Naxçıvanik kəndi yaxınlığında erməni yüngül və ağır pulemyotlarından və zirehli nəqliyat vasitələrindən ağır atəşlə üzləşmişlər. Xocalı sakinlərindən olan Sənubər Ələkbərova Naxçıvanik kəndi yaxınlığında düşdükləri pusquda öldürülən qadın, uşaq, yaşlıların cəsəd yığınlarını heç vaxt unutmayacağını deyir: qırğında anası, iki qızı Sevinc və Hicran öldürülmüş, özü isə yaralanmışdır. Silahsız insanların kütləvi qırğını ilə qarşılaşan bəzi sakinlərin Gülablı kəndinə doğru istiqamət alması orada ermənilərin 200 nəfəri əsir alması ilə nəticələnmişdir. Əsirlər arasında olanlardan biri də Cəmil Məmmədov idi; ermənilər onun dırnaqlarını çıxarmış, ayaqlarına və başına döyür, heç bir iz, xəbər olmadan nəvəsini, arvadı və qızını aparmışlar. “Müharibələr haqqında, faşistlər haqqında çox şey eşitmişdim, ancaq ermənilər ən pisi idilər, beş-altı yaşlı uşaqları, günahsız insanları öldürürdülər”, deyə Xocalı müdafiəçilərinin, qadınların, uşaqların, yaşlıların kütləvi qırğını səhnəsini görən fransalı jurnalist Jan İv June (Jean-Yves-Junet) bildirir.

Fransalı jurnalistin rusiyalı həmkarlarından biri İzvestia qəzetinin müxbiri V.Belik gözləri çıxarılmış, qulaqları kəsilmiş, başının dərisi soyulmuş, başları kəsilmiş cəsədləri gördüyünü yazmışdır.

Azərbaycan Müdafiə Nazirliyinin tibbi xidmət şöbəsinin rəhbəri Xanlar Hacıyev Xocalı sakinlərinə qarşı törədilən qəddar repressiyanın sübutu olan qorxunc hala gətirilmiş cəsədlərdən dəhşətə gəldiyini bildirir: bağırsaqları çıxarılmış əsgər, don vurmuş insan, ağır pulemyot atəşi nəticəsində ayağı parça-parça olmuş uşaq, üzü bıcaqla kəsilən qız cəsədi.

Mayor Leonid Kravets özü şəxsən 200 nəfərin cəsədini gördüyünü, onunla birlikdə olan şəhər polisinin cəsədlər arasında öz dörd yaşlı oğlunun başı yarılmış halda cəsədini görərkən necə kədərə boğulduğunu deyir.

Vaşinqton Post, 28 fevral 1992-ci il
″DAĞLIQ QARABAQ QURBANLARI AZƏRBAYCANIN ŞƏHƏRİNDƏ DƏFN OLUNDULAR – QAÇQINLAR ERMƏNİLƏRİN HÜCUMLARI NƏTİCƏSİNDƏ YÜZLƏRLƏ İNSANIN ÖLDÜYÜNÜ DEYİR″

Tomas Qoltz, Ağdam, Azərbaycan, 27 fevral

Dağlıq Qarabağın müharibə zonasının şərqində yerləşən şəhərin baş məscidinin rəsmilərinin bildirdiyinə görə erməni silahlı qüvvələrinin çərşənbə günü ələ keçirdikləri müharibə zonasındakı Azərbaycanın şəhərindən gətirilən 27 cəsədi bu gün dəfn ediblər.

Anklavın paytaxtı Stepanakertdən 6000 şimal-şərq məsafədə yerləşən Xocalıdan qaçan qaçqınlar qadın və uşaqlar daxil olmaqla 500-ə qədər insanın hücum zamanı öldürüldüyünü iddia edirlər. Bu şəraitdə nə qədər insanın öldüyünü təxmin etmək mümkün deyildi. Ağdam məscidinin rəsmisi Səid Muan oğlu Sadıxov deyir ki, çərşənbə günündən etibarən qaçqınlar məsciddə 477 Xocalı faciəsinin qurbanının adını qeydiyyatdan keçirmişlər.

Azərbaycanın paytaxtı, Bakı rəsmiləri isə Xocalıda hücum zamanı 100-ə qədər ölüm olduğunu müəyyənləşdirdikləri halda Ermənistanın paytaxtı Yerəvandakı erməni rəsmiləri isə hücum zamanı yalnız iki azərbaycanlının öldüyünü iddia edirlər. Bakı rəsmisi isə hökümətin azərbaycanlıların öldürülən şəxslərin sayını bildikdən sonra onlara qarşı çıxacaqlarından ehtiyat etdiyini deyir.

Bu gün burada 7 cəsəd var idi, ikisi uşaq, üçü isə qadın idi, cəsədlərdən birinin yaxın məsafədən sinəsinə açılan atəş nəticəsində öldüyü görünür. Çoxu bıcaq zərbəsindən yaralanan digər 120 qaçqın isə Ağdam xəstəxanasında müalicə almaqdadırlar.

Ağdama çərşənbə günü gecə gələn Raisə Aslanova ermənilərin çərşənbə axşamı Xocalıya hücum edən zaman ancaq atəş açdıqlarını, aramsız olaraq atışma olduğunu deyir. Yoldaşının və qaynının öldürüldüyünü, qızının isə itkin düşdüyünü dedi.

Dağlıq Qarabağın dağlıq ərazisindən bura gələn qaçqınlardan ikisi keçmiş SSRİ Daxili İşlər Nazirliyi qüvvələrinin türkmən əsgərləri erməni serjantlarının onları ″müsəlman olduqlarına″ görə döydüyü üçün hərbi hissəni cümə günü tərk edərək Xocalıya sığındıqlarını deyirlər.

Fərarilər xidmət etdikləri 366-cı diviziyanın erməni silahlı qüvvələrinin Xocalını işğal etməsini dəstəklədiyini bildirir. Qadınlara və uşaqlara xilas olmağa kömək etdiklərini deyirlər. ″Bir qrup insanı dağın arasıyla keçirərək apararkən ermənilər bizi tapıb atəş açmağa başladılar″, fərarilərdən biri Ağamehmet Mütif dedi. ″On iki nəfər atışmada öldürüldü″.

The Independent, 1992-ci il 29 fevral Helen Vomakın dili ilə

Röyter xəbər agentliyinin Ağdamdakı müxbiri Elif Koban Çərşənbə günü baş verən soyqırımdan sonra azərbaycanlıların məskunlaşdığı ikinci ən böyük şəhər hesab edilən Xocalının ermənilər tərəfindən qarət edildiyi zaman, azərbaycanlıların öldürülən onlarla insanı dəfn etmələri xəbərini verdi. “Dünya orada baş verən hadisələrə arxa çevirirdi. Biz ölürük və siz də sadəcə bunu izləyirsiniz” - deyə yas saxlayan şəxs bir qrup jurnalistə qışqırdı.

The Sunday Times, 1may 1992-ci il
“Erməni əsgərlərinin törətdiyi soyqırım nəticəsində yüzlərlə insan yurd-yuvalarından didərgin düşdü’’

Tomas Qoltz, Ağdam, Azərbaycan

Sağ qalanlar ermənilərin əksəriyyəti qadın və uşaqların olduğu 450-dən çox insanı güllələdiyini və süngü ilə vurduqlarını söylədilər. Yüzlərlə, bəlkə də minlərlə insan itkin düşmüş ya da qorxudan ölmüşdü.

Hücum edənlər qadınları və uşaqları müdafiə edən əksər könüllüləri və əsgərləri qətlə yetirdilər. Daha sonra isə onlar öz silahlarını qorxudan dəhşətə gələn qaçqınlara tərəf çevriltdilər. Çox az sayda sağ qalan insan daha sonra nə baş verdiyini təsvir edir; “Bu əsl qırğının başladığı vaxtdır” - deyə sağ qalan üç əsgərdən biri AzərHacıyev dedi. “Ermənilər dayanmadan atəş açırdılar və daha sonra onlar şəhərə daxil olaraq öz süngüləri və bıçaqları ilə insanları doğramağa başladılar”.
“Onlar fasiləsiz atəş açırdılar” –deyə yolları erməni sıralarındandüşən və digər qadın və uşaqlarla Ağdama gəlib çatan Raisa Aslanova bu sözləri deyirdi. O dedi ki, həyat yoldaşı Kayun və kürəkəni onun gözləri qarşısında öldürüldü. Qızı isə hələdə itkin idi.

Ağdama gəlib çatan oğlanın qulağı kəsilmişdi.

Sağ qalanlar 2000 insanın çətin şəraitdə itkin düşdüyünü, bəzilərinin qaçıb getdiyini, çoxlarının isə yaralanma və soyuqdan tələf olduğunu dedilər.

Dünən axşamadək 479 ölü Ağdamdakı meyitxanada qeydə alınmış və 29 cəsəd isə qəbiristanlıqda dəfn edilmişdi. Dəfn edilməyi gözləyən gördüyüm 7 cəsəddən ikisi uşaq, üçü qadın idi və biri isə sinəsindən nişan alınaraq vurulmuşdu.

Ağdam xəstəxanası terror və qırğın səhnəsinə çevrilmişdi. Həkimlər orada əksəriyyətinin güllə və ya dərin bıçaq yarası alaraq qırğından qurtulan 140 xəstənin olduğunu bildirdilər.

Onlar heç Ağdamda da təhlükəsiz şəraitdə deyildilər. Cümə günü axşam raketlər 150 000 nəfər əhalisi olan şəhərə enərək birneçə binanı dağıtdı və bir nəfəri öldürdü.

The Times, 1992-ci il 2 mart “Cəsədlər Qarabağdakı təpələrdə qalaqlanmışdı”.

Anatol Liven erməni qoşunları tərəfindən qaçqınların kütləvi şəkildə qətləyetirilməsiniaraşdırmaq üçün oraya atəş altında gəlib çıxmışdı.

Dağlıq Qarabağın qarla örtülmüş təpələrinə endiyimiz zaman, biz səpələnmiş cəsədləri gördük. Açıq-aşkar görünürdü ki, qaçqınlar xilas olmaq üçün qaçdıqları zaman atəşəməruz qalmışdılar. Üzərindən keçdiyimiz yerlər barədə çəkilən və sonra jurnalistlərə göstərilən Azərbaycan filmi təpələrin müxtəlif yerlərinə səpələnmiş onlarla cəsədi nümayiş etdirirdi.

Azərbaycanlılar iddia edirlər ki, keçən həftə ermənilər tərəfindən işğal edilən Xocalı şəhərindən qaçaraq canını qurtaran 1000 nəfərədək azərbaycanlı kütləvi qırğında qətlə yetirildi. Təxminən 4000 nəfərin isə yaralandığı, soyuqdan donduğu və ya itkin düşdüyü güman edilir.

Mülki vertolyotun işi dağlara enmək və kütləvi qırğın yerlərində cəsədləri yığmaq idi.

Mülki vertolyot 4 cəsədi götürdü və bu və əvvəlki işini görən zaman azərbaycanlı kinooperator təpələrdəki onlarla meyidi lentə aldı.

Ağdamdakı aerodromda mülki vertolyotun topladığı cəsədlərə nəzər saldıq. İki nəfər yaşlı kişi və bir balaca qızın bədəni qanla örtülmüşdü və aşağı ətrafları isə soyuqdan və ağır şəraitdən bükülmüşdü. Onlar güllələnmişdi.

The Washington Times, 2 mart 1992-ci il
“Ermənilərin qəfil hücumları azərbaycanlıları öldürdü və didərgin saldı’’

Təxminən Xocalının 10000 nəfər sakininin 1000 nəfəri çərşənbə axşamı baş verən hücumda Erməni Ordusu tərəfindən qırğına məruz qaldı. Azərbaycan televiziyası Xocalı şəhərinin ərazisindən daşınan cəsədlərlə dolu vaqonları göstərdi.

The New York Times, 3 mart 1992-ci il
“Ermənilərin törətdikləri qırğın barədə məlumat verilir”

2 Mart, Ağdam, Azərbaycan(Röyter) - hər tərəfdən Qafqaz dağları ilə əhatələnən Dağlıq Qarabağda erməni döyüşçüləri tərəfindən vətəndaşlara qarşı törədilən qırğınla bağlı yeni sübutlar ortaya çıxdığından keçmiş Sovet qoşunları bugün oradan çıxmağa başladılar.
İtar-Tass mətbuat agentliyindən verilən məlumata əsasən, 366-cı MotoatıcıPiyada Alayı geri çəkilməyə başladı, əslində o, regionun iki döyüşən etnik qrupunu azərbaycanlıları və erməniləri ayıran sonuncu zəif qoruyucu vasitəsini çıxarırdı.
İki tərəf də bu məsələyə müdaxilə etməyə cəhd göstərmədilər- deyə agentlik məlumat verirdi.
Dağlıq Qarabağ Azərbaycan Respublikasının daxilindədir, lakin əhalisinin əksəriyyəti ermənilərdir.

Şəhərin atəşə tutulması barədə məlumat verilir

Azərbaycan mətbuat agentliyi Azerinform Bazar günü axşam azərbaycanlıların məskunlaşdığı Dağlıq Qarabağın Şuşa rayonuna erməni raketlərinin düşdüyü barədə məlumat verdi. Məlumatda bildirilir ki, bugün səhər saatlarında Vəncəli qəsəbəsində digər bir hücumda bir neçə insan yaralanmışdır.

Ermənistan Respublikası hərbçilərinin əhalisi azərbaycanlılardan ibarət Xocalı şəhərində ötən həftə 1000 nəfər insanı öldürdüyünü,qarla örtülü dağ yollarında canını qurtarmaq üçün qaçan kişi, qadın, uşaqlara qarşı qırğın törətdiklərini bir daha rədd etdi.

Lakin,əraziyə səpələnmiş onlarla insan meyidi soyqırım barədə Azərbaycan məlumatlarının doğruluğuna əminlik yaratdı.

Vertolyotla regiona səfər edən Azərbaycan rəsmiləri və jurnalistlər başlarının arxası partladılmış üçuşaq meyidini gətirdilər. Bildirdiklərinə görə ermənilərin açdığı atəşlər səbəbilə daha çox insan meyidini götürə bilmədilər.

Dağlıq Qarabağın azərbaycanlı valisinin müavini Əsəd Fərəcovun dediyinə görə qadın və uşaqların başlarının dərisi soyulmuş vəziyyətdə idi.
“İnsan cəsədlərini götürmək istədikdə atəş açmağa başladılar”. – o bildirdi.

Ağdamda milis rəisi olan Rəşid Məmmədovun dediklərindən: “İnsan cəsədləri qoyun sürüsü kimi yerdə səpələnmişdi, heç faşistlər belə vəhşilik törətməyiblər”.

Cəsədlə dolu iki yük avtomobili

Dağlıq Qarabağın kənar ərazilərində Ağdam yaxınlığında fotoqraf FrederikLengeyn dedi ki, azərbaycanlı cəsədlərlə dolu iki yük avtomobili görüb.

“İlk avtomobildə 35, güman ki, 2-cidə də elə o qədər cəsəd var idi. Bəzilərinin başı kəsilmiş, əksəriyyəti yanmış idi. Hamısı kişi idi və çox az hissəsi xaki formasında idi.”

Etnik zülm və iqtisadi böhran 11 keçmiş Sovetrespublikaları tərəfindən dekabr ayında yaradılmış Müstəqil Dövlətlər Birliyinin parçalanmasına təhlükəyaratdı. Birlik üzv ölkələr olan müsəlman Azərbaycanı və xristian Ermənistanı arasında tarixi münaqişə zəminində yenidən alovlanmış etnik nifrətin qarşısında artıq əlacsız idi.

Dağlıq Qarabağda dörd il davam edən döyüşlər 1500-2000-ə yaxın insanın həyatına son qoydu.Amma ötən həftə baş vermiş vuruşma ən dəhşətlisi idi.

Keçən ay Dağlıq Qarabağın paytaxtı olan Stepanakertdəyerləşmiş 366-cı diviziya atışmanın mərkəzinə düşmüş və ən azı üç əsgəri həlak olmuşdu.

Ermənistan paytaxtı Yerevanda Parlamentdə çıxış edən prezident LevonTer-Petrosyan MDB-nin son qoşunlarını ərazidən çıxarmasını tənqid etmişdir.

“Hərbi əməliyyatlarda iştirak etməsə də buhərbi birləşməstabilləşdirici faktor oynayıb”-deyə Ter-Petrosyanbildirmişdir.

The Times, 3 mart 1992-ci il “Üstü açılmış soyqırım”

Anatol Lieven
Dağlıq Qarabağın yamaclarında 60-dan çox qadın və uşaq da daxil olmaqla insan bədəni tapıldı və bu da erməni qoşunlarının azərbaycanlı qaçqınları kütləvi şəkildə öldürdüyü barədə iddiaları bir daha təsdiq etdi. Yüzlərlə insan itkin düşmüşdür.

Solmuş ot və kollar arasında və dağ yamaclarında çərşənbə günündə ermənilər tərəfindən azərbaycanlı qaçqınlara qarşı törədilmiş soyqırımın nəticələri olan insan cəsədləri səpələnmişdi.

Ümumilikdə həmin an 31 cəsəd görmək olardı. Ötən 5 gün ərzində ən azı əlavə 31 insan cəsədi Ağdama aparılıb. Çərşənbə gecəsi ermənilərin Azərbaycan şəhəri olan Xocalını bombaladığı zaman həlak olan mülki vətəndaşlar bu rəqəmlərə daxil deyil. Həmçininhələ də tapılmamış cəsədlər də bu rəqəmlərə daxil deyil, soyqırımdan sağ çıxan Zahid Cabbarov getdikləri yerlərdəöldürülmüş 200-ə yaxın insangördüyünü deyir, bundan başqa müxtəlif istiqamətlərdən qaçqınlar da dəfələrlə atəşə tutulduqlarını və yolları boyunca cəsədlərdən ibarət cığırın yaranmasınıdeyirdilər. Gördüyümüz cəsədlər arasında səpələnmiş şəxsi əşyalar, paltar və sənədlər da var idi. Bərk şaxtadan dağ yamaclarına və meşələrə qaçmış insanlar donaraq ölmüş və cəsədləri də donmuşdu. Cəsədlərin hamısı adi insanlara, kasıb və nimdaşişçi geyimlərində olan insanlara məxsus idi.

31 cəsəddən yalnız biri polis və digər 2 könüllü hərbi formada idi. Qalan digərləri səkkiz qadın və üç azyaşlı uşaq daxil olmaqla mülki vətəndaşlar idi. Çox güman ki, iki ailə olan insanlar ananın əlləri ilə qucaqladığı uşaqları ilə birlikdə ölmüşdülər.

Onlardan bəziləri kiçik qız da daxil olmaqla başlarından çox dəhşətli zədələr almışdılar, bu qızın yalnız üzü salamat idi. Hadisədən sağ çıxanlar ermənilərin insanlar torpağa uzandıqda belə onlaraatəş açdıqlarını deyir.

The Times, 3 mart 1992-ci il
"Qarabağ soyqırımının yerini göstərən insan cəsədləri".

Yerli barışıq əldə edilərək azərbaycanlıların öz cəsədlərini və meşə və yamaclarda gizlənmiş qaçqınlarını götürmələrinə icazə verildi. Cəsədlərin hamısı adi insanlara, pis və nimdaş işçi geyimlərində olan insanlara məxsus idi.Qalan digərləri səkkiz qadın və üç azyaşlı uşaq daxil olmaqla mülki vətəndaş idi. Çox güman ki, iki ailə olan insanlar ananın əlləri ilə qucaqladığı uşaqları ilə birlikdə ölmüşdülər.

Onlardan bəziləri kiçik qız da daxil olmaqla başlarından çox dəhşətli zədələr almışdılar, bu qızın yalnız üzü salamat idi. Hadisədən sağ çıxanlar ermənilərin insanlar torpağa uzandıqda belə onlaraatəş açdıqlarını deyir.

BBC1 Səhər Xəbərləri 07:37, çərşənbə axşamı, 3 mart, 1992-ci il.

BBC müxbirinin birbaşa bağlantıda bəyan edirdi ki, o, azərbaycanlı kişi, qadın, uşaqların, həmçinin çox yaxın məsafədən başından vurulmuş körpə də daxil olmaqla 100–dən artıq insan görüb.

BBC1 Səhər Xəbərləri 08:12, çərşənbə axşamı, 3 mart 1992-ci il

Dağlardan toplanmış insan cəsədlərinin yaratdığı mənzərə çox dəhşətli idi. Müxbirin dediyinə əsasən operator və qərb jurnalistləri ermənilər tərəfindən qətlə yetirilmiş 100-dən çox kişi, qadın, uşaqlardan ibarət insan cəsədi görmüşlər. Onlar 1 metr məsafədən başlarından güllə ilə vurulmaqdan həlak olublar. Şəkildə həmçinin təxminən onnəfərin (əsasən qadınlar və kişilər) başlarından vurulduğu görünürdü. Azərbaycan 1000-dən çox mülki vətəndaşının erməni hərbi qüvvələri tərəfindən qətlə yetirildiyini bəyan edir.

The Washington Times, 3 mart 1992-ci il “Qəddarlıqla bağlı məlumatlar Azərbaycanı dəhşətə gətirir”

Brian Killen, Ağdam, Azərbaycan
Dünən Dağlıq Qarabağın döyüş zonasındaətrafa səpələnmiş onlarla insan cəsədi mübahisəli ərazidə4 il ərzindəki döyüşlər zamanı olmuş ən dəhşətli qətliamın sübutu idi.

Təxminən doqquz mil məsafədəki hadisə yerindən şəhərə qayıdan Azərbaycan rəsmiləri özləri ilə başının arxası partladılmış üç uşaq cəsədi gətirmişdilər.

Yerli məsciddə yerdə gərilmiş şəkildə paltarda uzanmış daha altı insan cəsədi vardı, ətrafları öldürülən zamankı vəziyyətdə donmuşdu. Üzləri soyuqdan qaralmışdı.
Arxası üstə uzanmış və qurumuş əli havada qalmış atasının üstündə sinəsinə döyərək ağlayan bir qadın “ Telman” deyə qışqırırdı.

Ermənilər tərəfindən zəbt edilmiş Xocalı şəhərinə vertolyotla qısa səfər etmiş insanlar da eyni mənzərənin hətta bundan da dəhşətlisinin şahidi olmuşlar. Bir rusiyalı jurnalist vertolyotun endiyi yalnız 50 yard ərazidə 30 insan cəsədini saydığını bildirdi.

Ermənistan ötən çərşənbə günü Azərbaycanın Dağlıq Qarabağda 2-ci ən böyük şəhəri Xocalının yaxşı silahlanmış qeyri-nizami erməni qoşun hissələri tərəfindən işğalından sonra azərbaycanlılara qarşı törətdikləri qəddarlıqları və ya kütləvi qətlləri rədd edir. Azərbaycan 1000 nəfərin öldüyünü bəyan edir.

Qarabağın azərbaycanlı valisinın müavini Əsəd Fərəcov bildirir: “Qadın və uşaqların başlarının dəriləri soyulmuşdu”.

Fərəcovun dediyinə əsasən Qırmızı Xaçın nişanı olan və keçmiş Sovet ordusunun iki Mİ 24 vertolyotu iləmüşayiətolunan vertolyot Ermənistan qüvvələri atəş açmazdan əvvəl 3 uşağın cəsədini götürməyə müvəffəq oldu. “Cəsədləri vertolyotla aparmaq istədikdə onlar atəş açırdılar” – o söylədi.

Cənab Fərəcov yerdə yalnız 15 dəqiqə qaldıqlarını bildirirdi.

Ermənilərin yaxınlaşdığını xəbər verən döyüş vertolyotları qırmızı işıq siqnalı verməklə xəbərdarlıqlar edərək getməli olduğumuzu bildirdilər. “Tutulduğum təqdirdə özümü partlatmağa hazır idim”, cibindəki qumbaranı göstərərək söylədi.

Röyter agentliyinin fotoqrafı FrederikLengeynAğdam yaxınlığında azərbaycanlı cəsədlərlə dolu iki yük avtomobili görmüşdür.

“İlk avtomobildə 35, çox güman ikincidə də elə o qədər cəsəd var idi. Bəzilərinin başı kəsilmiş, əksəriyyəti yanmış idi. Hamısı kişi idi və çox az hissəsi xaki formasında idi.”

Ağdam məscidində döşəklər üzərində adi elektrik lampasının altında yerə sərilmiş cəsədlər var idi. İnsanlar Azərbaycan prezidentinə qarşı təhqirlər yağdırır, Ayaz Mütəllibovun Qarabağdakı azərbaycanlıları qorumaq üçün yetəri qədər çalışmadığını söyləyirdilər.

Yüzlərlə insan dualarını edir, hələ bir neçə dəqiqə əvvəl yük maşınları ilə gətirilən ölmüş qohumlarının yanında özlərindən asılı olmayaraq hönkürtü ilə ağlayır və haldan düşüb qalırdılar.

Onlarla donmuş cəsədin qarlı təpələrdə səpələnməsini əks etdirən dəhşətli film mübahisəli Qafqaz anklavından sağ-salamat çıxan qaçqınların qəhər içində danışdığı amansızlıqla qətlə yetirilmiş qadınların və uşaqların sayını təsdiq edir.

Azərbaycan televiziya kanallarında Azərbaycanın Ağdam şəhərinə gətirilmiş insan cəsədi ilə dolu yük maşını nümayiş etdirilir. Cəsədlərin bəzilərinin sifətinin dərisi bıçaqla soyulmuş bəzilərinin də gözləri çıxarılmışdı. Bir qız isə sanki köməyə çağırırmış kimi əllərini irəli uzatmışdı.

“İnsan cəsədləri qoyun sürüsü kimi yerdə səpələnmişdi, heç faşistlər belə vəhşilik törətməyiblər”, Ağdamda milis rəisi olan Rəşid MəmmədovII Dünya müharibəsi zamanı Nasist işğalına işarə edərək bildirir.

Qarabağ valisi Musa Məmmədov Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədəki Sovet hərbi bazası ilə telefon danışığında yalvarırdı: “Cəsədləri geri gətirmək üçün bizə kömək edin”.

Operator və qərb müxbirlərini aparan vertolyotun pilotu Xocalı ətrafında və Ağdamdan bir neçə mil uzaqlıqda yerləşən dağ keçidi olan Əsgəran dərəsində çox sayda cəsədin olduğunu söylədi.

The Boston Globe, 3 mart 1992-ci il

Paul Quin-Judge, Bakı, Azərbaycan
Dünən Azərbaycan Ermənistan hərbçilərinin kişi, qadın, uşaqları kütləvi şəkildə qətlə yetirdikləri və Dağlıq Qarabağdan onları çıxmağa məcbur etdiklərini deyərək ittiham etdi.

Azərbaycan rəsmiləri Xocalı şəhərində 1000 azərbaycanlının öldürüldüyünü və Ermənistan döyüşçülərinin qarlı dağ keçidlərində canlarını qurtarmağa çalışan kişi, qadın və uşaqları qırdıqlarını bildirdi.

Erməni rəsmiləri ölənlərin sayıbarədə mübahisə edir, soyqırım məlumatlarını inkar edirdilər.

Hadisə yerində olan jurnalistlər ətraf ərazilərdə öldürülənlərin sayını dəqiq deməyin çətin olduğu söylədilər.Röytersin fotoqrafı cəsədlə dolu olan iki yük maşınını və bir rus jurnalist başqa bir ərazidə soyqırımın aydın səhnələrini gördüyünü söylədi.

Vertolyot ilə əraziyə gedən Azərbaycan rəsmiləri və jurnalistlər başından vurulmuş üç uşaq cəsədini götürdülər lakin, Röytersin dediyinə görə ermənilər digər cəsədləri götürməyə mane oldular.

Xocalının işğalı zamanı çox sayda mülki vətəndaşın öldürüldüyü barədə əlamətlər getdikcə artırdı.

Azərbaycan Televiziyası tərəfindən çəkilmiş materiallar bazar günü Ağdamın müvəqqəti morqunda arasında qadın və uşaqların da olduğu təxminən 10 nəfərin meyidini nümayiş etdirirdi. Əsas televiziya stansiyasında müxbirin verdiyi məlumata əsasən 180 nəfərin cəsədi işğal edilən ərazidən gətirilib. Yaxınlıqdakı ərazidən uçan vertolyot başqa insan cəsədləri gördüyünü deyib, fransız fotoqrafın dediklərinə istinadən BBC bildirir ki, qadınlar və uşaqlar da daxil olmaqla 31 ölünün cəsədini sayıb, çoxuna da başlarınayaxın məsafədən atəş açılıb.

Eyni zamanda Xocalının meriElmar Məmmədov tərəfindən Bakıdakı mətbuat konfransında hücumlarda 1000 adamın həlak olduğu, 200 nəfərin itkin düşdüyü, 300 nəfərin əsir götürüldüyü və 200 nəfər şəxsin yaralandığı bildirildi. Məmmədov erməni təcəvüzkarlarının yolunu təmizləyən və hücumlara rəhbərlik edən 366-cı alayın zirehli döyüş maşınlarınıgünahlandırır və ittiham edirdi.

The Age (Melbourne), 6 mart 1992-ci il.

Helen Womack, Ağdam Azərbaycan, cümə axşamı
Hadisə qurbanlarının sayı dəqiq bilinmir lakin ermənilərin azərbaycanlılara qarşı ötən həftə Dağlıq Qarabağın qarlı dağlarında soyqırım törətməsinə şübhə ola bilməz.
Azərbaycanın sərhəd şəhəri Ağdamda sığınacaq tapan Xocalı anklavından olan qaçqınlar 25 fevral gecəsi ermənilərin necə onların evlərinə hücum etdikləri barədə, qaçanları izləyərək ətraf meşələrdə atəşə tutması barədə danışdılar. Çərşənbə axşamı Ağdama çatarkən məsciddə bizə göstərilən cəsədlərdən əlavə dünən bir qəbiristanlıqda 75 yeni qazılmış qəbir gördüm. Bundan əlavə dəmiryol qatarlarında xəstəxanaya gedən güllə yarası almış qadın və uşaqları da gördüm.

Əsasən ermənilərin yaşadığı anklavda yerləşən Azərbaycan şəhəri olan Xocalıda 6000-ə yaxın əhali yaşayırdı. Ağdam polis komandiri cənab Rəşid Məmmədov yalnız 500 nəfərin qaça bildiyini söylədi. “Qalanları haradadır?” Bəziləri bəlkə də əsir götürülüb. Bir çox cəsəd hələ də dağlardadı, çünki azərbaycanlıların onları geri gətirmək üçün kifayət qədərvertolyotu yoxdur. Onun fikrincə 1000-dən çox insan təxminən -10 dərəcə temperaturdasoyuqdan donaraq həlak olmuşdur.

Azərbaycanlılar zirehli döyüş maşınlarındaüzərilərinə gələn silahlı ordunu görəndə özlərini müdafiə etməyə ümidləri qalmamış və meşələrə qaçmışdılar. Bir neçə saatdan sonra soyqırım başlamışdır.

Xanımı və uşaqlarının əsir götürüldüyünü düşünən Nasiru digər qaçqınların da dediklərini bizə söylədi, belə ki, keçmiş sovet ordusu da Ermənistanın Xocalıya hücum etməsində və işğalında onlara kömək olub. “Bu mənim fikrim deyil, bunları öz gözlərimlə görmüşəm”.

The SundayTimes, 8 mart 1992-ci il

Erməni əsgərləri tərəfindən törədilən qətliamdan ilk dəfə yazan Tomas Goltz Ağdamdan xəbər verir.

Xocalı boş mağazalar, ağacsız torpaq yolları olan faydasız bir Azərbaycan şəhəri idi. Lakin, hələ də, xoşbəxt vaxtlarında sahələr becərən və qaz sürülərinə baxan minlərlə azərbaycanlının yurdu olmuşdur. Ötən həftə Xocalı xəritədən silindi.

Azərbaycanın sərhəd rayonu Ağdama sızan ürək bulandırıcı xəbərlər və cəsədlərlə dolu morqlar Xocalının, boş dağətəyi ətraf ərazilərin və yarğanların Sovet ittifaqının dağılmasından sonra ən dəhşətli qırğının mərkəzi olmasına şübhə yeri qoymurdu.

Xocalıya gedən sonuncu qərbli mən idim. Yanvar ayı idi və insanlar öz acı taleləriilə barışmışdılar. Bizi şəhərə aparan helikopterin göyərtəsindəki dörd nəfərin anası Zümrüd Ezoya öz cəmiyyətini “hər an güllələnməyə hazır olan ördəyə” bənzətdi. O və onun ailəsi ermənilər tərəfindən törədilən 26 fevral qətliamının qurbanlarındandır.
“Ermənilər kənar kəndləri bir-bir alırdılar və hökumət heç nə etmirdi”, 55 yaşlı 5 uşaq atası Balakişi Şakirov dedi. “Daha sonra, onlar bizi ya qovacaq ya da öldürəcəkdilər”, onun həyat yoldaşı Dilbər dedi. Söhbət etdiyim əksər cütlüklər kimi onlar da, üç oğul və üç qızları daqətliamda öldürülmüşdülər.

“Keçməli olduğumuz ərazilər bildiyimiz erməni xətlərinə yaxın idi. Orada yol var idi, qoşunun birinci hissələri keçdi daha sonra isə hər şey idarədən çıxdı. Hər tərəfdən güllələr yağırdı. Biz sadəcə onların tələsinə düşdük.”

Azərbaycanlı müdafiəçilər bir-bir aradan götürülürdü. Sağ qalanlar ermənilərin amansız atəşə başladıqlarını, dərədə hərəkət edən hər şeyə atəş açdıqlarını bildirirdilər. Azərbaycanlı operator lentə aldığı videoda cəsədləri çəkdikcə fəryad edib ağlayırdı, yüksəyə getdikcə, ermənilərin əlindən meşədə sığınmağa çalışan kəndlilərdən ibarət boz ölüm cığırı göstərilirdi.

“Ermənilər sadəcə dayanmadan atəş açırdılar”, Ağdamda xəstəxanada yatan Ömər Veysəlov bildirdi. “Yoldaşımın və qızımın mənə doğru yıxıldığını gördüm.”
İnsanlar xəstəxana dəhlizlərində sevdiklərindən bir xəbər tutmaq istəyirdilər. Bəziləri əcnəbilərə öz narazılıqlarını bildirirdilər. “Qızım haradadır, oğlum haradadır?” deyə bir ana fəryad edirdi. “ Zorlanmış. Qətl edilmiş. İtkin düşmüş”.

Le Mond, 14 mart 1992-ci il

Ağdamda əcnəbi jurnalist öldürülmüş insanlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış bir qadın və üç uşaq görmüşdü. Bu “Azərbaycanın təbliğatı” deyil, reallıqdır.

Newsweek, 16 mart 1992-ci il, “Qətliamın üzü”

Moskvadan Pascal Privat və Steve Le Vine

Azərbaycan ötən həftə yenidən məzarlıq evinə - yas tutan qaçqınların və məscidin arxasında müvəqqəti morq kimi istifadə edilən yerdə xeyli sayda cəsədin toplandığı yerə döndü. Orada fevralın 25-i və 26-sı ermənilərin əlinə keçmiş və müharibə nəticəsində dağıdılmış Dağlıq Qarabağın kiçik şəhəriXocalıdan sadə azərbaycanlı kişilər, qadınlar, uşaqlar var idi. Çoxu qaçmaq istəyərkən yaxın məsafədən öldürülmüş, bəziləri şikəst olmuş, bəzilərinin isə dərisi soyulmuşdu. Həmin insanların ailələri isə nalə çəkirdilər.

Time, 16 mart 1992-ci il, “XOCALIDA SOYQIRIM”

Jill Smolowe
Yuri Zarakhovich, Moskva

Hadisənin təfərrüatları mübahisə edilsə də bu qədəri aydındır ki, AzərbaycanınXocalı şəhərində 2 həftə əvvəl ağlabatmayan, çox kədərli hadisələr baş verdi. Böyük əksəriyyətinin şikəst edildiyi ən azı 200 azərbaycanlının meyidi Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ anklavından dəfn edilmək üçün qonşu kənd və şəhərlərə aparılırdı. Azərbaycanlıların iddiasına görə bütövlükdə 1324 mülki vətəndaş öldürülüb ki, bunların da əksəriyyətini qadın və uşaqlar təşkil edir.

Azərbaycanlılar tərəfindən çəkilən videolarda bəzilərinin dərisi soyularaq,bəziləri başından güllələnərək çirkinləşdirilən insanların rəsmləri var idi.

Svoboda, 12 iyun, 1992-ci il
“Faciəni törədənlərə haqq qazandırıla bilməz”

Moskvada yerləşən insan haqları üzrə Memorial qrupunun 1992-ci il fevralın 25-dən26-sına keçən gecə hərbi birliklər tərəfindən Xocalının işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulmasına dair hesabatı.

Xocalının işğalı zamanı törədilən kütləvi insan hüquqpozuntuları barədə Memorialın hesabatında insanların şəhəri tərk etməyə məcbur edilməsindən danışılır: “Qaçqınlar ermənilərin qurduğu tələyə düşüb və o andaca atəşə tutulub. Buna baxmayaraq bəziləri Ağdama çatmağa müvəffəq olmuş, bəziləri əsasən qadınlar və uşaqlar (dəqiq sayını demək qeyri-mümkündür) dağlarda azdıq ları üçün soyuqdan donaraq həlak olmuşlar, Ağdama çatanlardan alınan məlumata görə isə bəziləri dəPircamal və Naxçivanik kəndləri yaxınlığında əsir götürülmüşlər. Dəyişdirilən Xocalı sakinlərininifadəsinə əsasən əsirlərdən bəziləri öldürülüb. Dörd gün ərzində təxminən 200 cəsəd Ağdama gətirilib. Cəsədlərdə edilən hörmətsizliyin izləri vardı. Ağdam xəstəxana qatarındakı həkimlərin dediyinə görə ən azı dörd cəsədin dərisi soyulmuş və bir nəfərin başı kəsilmişdi. Ağdamda 181 cəsəd üzərində aparılan araşdırmaya əsasən 151 insan güllə yarasından, 20 nəfər şrapnel yaralarından, 10 nəfər küt alətlə edilmiş xəsarət səbəbindən ölmüşdür. Demək olar ki, bütün yaralı sakinlərin və Xocalının müdafiəçilərinin müalicə aldığı Ağdam xəstəxana qatarının verdiyi məlumata əsasən 598 insan yaralanmış və ya donmuş (donma halları daha çox üstünlük təşkil edir) bəzi hallarda diri-diri dərisi soyulmuşdur.

The Independent (London), 12 iyun 1992-ci il

Frederik Lenqeyn/Röyter

Arif Sadıqov Bakının Xəzər dənizi meydanında kafe-barın kölgəsində sakitcə oturub üç ay əvvəl Xocalıdan qaçmağa çalışarkən ermənilərin açdığı güllədən yırtılmış şalvarının tikişlərini göstərirdi deyə HyuPouo yazır.

“Hələ də eyni paltarları geyinirəm, başqa paltarım yoxdur”, Xocalı faciəsi haqqında danışmağa başlayarkən 51 yaşlı dülgər deyir. “Beş yerdən yaralanmışdım, sağ qaldığım üçün bəxtim gətirib”.

Sadıqov və arvadı artıq bir ay idi ki, yeməksiz və işıqsız qalmışdı, vertolyot uçuşları isə 12 gün idi dayanmışdı. Ermənilərin Qarabağdan kənarda dağılmış Azərbaycan şəhərlərini tərk etmiş 2000-3000 insanı ətrafda dusdaq saxladıqlarını bilirdilər.

″Təxminən gecə saat 11-də indiyədək heç vaxt eşitmədiyimiz bir bombardman başladı, 8-9 növ silah, artilleriya qüvvəsi, ağır pulemyotlar, əllərində olan bütün növ silahdan atəş açırdılar″ Arif Sadıqov dedi.

Ermənilərin atəş açdığı yerlərdə qonşular küçəyə axışmağa başladılar. Bəziləri sığınacaqlarda gizlənir, bəziləri isə axın boyunca qarlı meşənin içindən keçərək təpənin aşağısına doğru şəhəri tərk etməyə başladı.

Şəhərin əhalisi xilas olmaq üçün təxminən 15 mil məsafədə yerləşən Azərbaycan şəhəri Ağdama çatmalı idilər. Ağdama çatacaqlarını düşünürdülər, ancaq sübh çağına qədər Azərbaycanın iki, Naxçıvanik və Sədərək kəndləri arasındakı dar keçidə çatdılar.

″Ona qədər qrupdan heç kəsə bir şey olmamışdı... Ancaq yolda önümüzdən maşın keçdi, ele o an ermənilər atəş açmağa başladı″, deyə Sadıqov bildirdi. Sadıqov 80 nəfərlik qrupdan arvadı və hərbçi oğluda daxil olmaqla ancaq 10 nəfərin atışmadan sağ çıxdığını deyir. 67 yaşlı böyük qardaşı da daxil olmaqla qohumlarından yeddisi həyatını itirdi.

″Yalnızca onun yanına çatıb papağı ilə üzünü örtməyə imkan tapdım″, böyük türk papağını gözlərinin üstünə çəkərək dedi. ″Ölənlərdən heç kəsin meyidini geri ala bilmədik″.

Birinci qrup qoruyucu atəşdən faydalanmağı bacarmışdı. Evakuasiyada iştirak edən qəhrəmanlardan biri Əlif Hacıyev üçüncü qrupun keçməsi üçün onları qoruyarkən silahın darağını dəyişəndə güllələnərək öldürülmüşdü, Sadıqov dedi.

Başqa bir qəhrəman, Xocalı meri Elman Məmmədov deyir ki, o və digərləri fevralın 26-da bütün günü, üç erməni zirehli qoşun daşıyıcısı olan döyüş maşınlarınıçıxmaz dalanda saxlamağa çalışarkən ölü cəsədlərin arasında kol-kos dolu təpənin ətəyində qalmağa məcbur olmuşdular.

Sağ qalanlar Ağdama çatmaq üçün son kilometri güclə qət edərək şəhərə daxil olarkən Qarabağ əhalisinin böyük bir hissəsinin qaçıb getdiyi Ağdamda yaşayış üçün şərait olduqca pis idi.

“Şəhərə çatdığımız gündən bir gecə sonra ermənilərin şəhərə raket hücumu olmuşdu. Bəzi adamlar getməyə davam edirdilər”, deyə Sadıqov bildirdi. “Müalicə almaq üçün xəstəxanaya getməli oldum. Vəziyyətim olduqca ağır idi. Hətta corabımda belə güllə aşkar etmişdilər”.

Qətliamın qurbanları: Azərbaycanlı qadın fevral ayında Xocalı qətliamı zamanı öldürülən oğluna yas saxlayır(solda). Qatar vaqonun dayaradılmış müvəqqəti cərrahiyə otağında yaralıları xilas etmək üçün tibb bacıları primitiv şəraitdə dayanmadan çalışırdılar (mərkəzdə).Ağdam şəhərində qətliamın qurbanlarının tabutları üzərində onların kədərə bürünmüş yaxınları ah nalə edirdilər (sağda).Yekun itkiləri hesablamaq çox çətinidi, çünki müsəlmanlar ölülərini 24 saat içərisində dəfn edirdilər.

The Independent (London), 12 iyun 1992-ci il, “Acı Tədqiqat”

Xocalı şəhərində azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən fevral qətliamı dəhşətli həddə çatmışdır, Azərbaycanda öldürülənlərin sayı təxminən 600-ə qədər kişi, qadın və uşaqları əhatə etməkdədir.

Azərbaycanlıların “Xocalı Qətliamı” adı verdikləri bu faciənin tədqiqi ilə bağlı 15 nəfərdən ibarət komandaya rəhbərlik edən baş tədqiqatçı dövlət ittihamçısı Aydın Rəsulov,bildirir ki, ilkin nəticələrə görə 600 nəfərin ölümü ilə bağlı əldə edilənrəqəmlər minimum göstəricilərdir. Xocalı şəhərinin meri Elman Məmmədov da oxşar hesablamalar olmasına dair məlumat vermişdir. Daha yüksək rəqəmləri əhatə edən digər bir məlumat da may ayında Bakı qəzeti olan Orduda dərc edilmişdir. Burada göstərilir ki, öldürülənlərdən 479 nəfərin kimliyi məlum olsa da, 200-dən artıq insanın kimliyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Müdafiə Nazirliyinin yeni nümayəndəsi Leyla Yunisovanın rəsmi olaraq bildirdiyinə görə 700-ə qədər insan qətlə yetirilmişdir.

Bakıdakı Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndə heyətinin başçısıFrankoisZenRuffinen qeyd edir ki, Xocalının qonşuluğunda yerləşən Ağdam şəhərinin müsəlman imamının dediklərinə görə onun xidmət göstərdiyi məscidə Xocalıdan əksəriyyəti mülki şəxslərdən ibarət 580 cəsəd gətirilmişdir. “Biz meyitləri saymadıq. Amma bu rəqəmlər həqiqətə uyğundur. Heç nə uydurma deyil.” Cənab ZenRuffinen bildirirdi. “Biz verdiyimiz cəsəd torbaları və meyitləri yumaq üçün vasitələrin sayına görə bunu təxminən müəyyən edə bildik.”
Cənab Rəsulov qətliamda öldürülənlərin sayı ilə bağlı məlumatları soyuqqanlılıqla verməyə çalışır. “Tələsməyin, son rəqəmləri əldə etmək bir neçə ayadək çəkə bilər” 43 yaşlı hüquqçu öz kiçik ofisində demişdi.

Cənab Rəsulovun baş verənlər barədə məlumatı var. Konkret nəticələri əldə etmək onun iki ilini almışdır. Bu nəticələrə görə Sovet qoşunları və tankları 1990-cı ilin yanvarında Bakıdakı milli oyanışa qarşı şəhərə yeridiləndə 131 nəfər öldürülmüş, 714 nəfər isə yaralanmışdır.

Respublikanın ədliyyə departamenti tərəfindən tibbi ekspertizadan keçirilmiş meyitlərin sayının rəsmi olaraq 184 nəfər olduğu təsdiq edilir. “Bu öldürülmüş insanların sadəcə cüzi bir hissəsidir.” Respublikanın baş ədliyyə mütəxəssisi Rafiq Yunusov qeyd edirdi. “Onlar sadəcə bizə gətirilən cəsədlər idi. Xatırlatmaq lazımdır ki, xaos mövcud idi. Nəzərə almalıyıq ki, biz müsəlmanıq və qətl edilən insanlarımızı 24 saat içərisində yuyub dəfn etməliyik.”

Bu insanların 184-dən 51-i qadın, 13-ü 14 yaşdan az uşaqlar idilər.

151 nəfər odlu silahdan açılan atəş nəticəsində, 20 nəfər qəlpə yarasından,10 nəfər isə balta və ya küt alətlə öldürülmüşdür. Sonuncu 3 nəfər də yüksək dağlıq ərazilərdə dona məruz qalaraq ölmüşdür. Professor Yusifovun bildirdiyinə görə otuz üç nəfər qulaqları, burunları, döşləri və ya cinsiyyət orqanları kəsilmişvə gözləri çıxarılmışdı. Cənab Rəsulov qeyd edirdi ki, müayinə edilən 184 meyit qətlə yetirildiyi güman edilən insanların üçdə birindən azdır.

“Yerdə xeyli sayda cəsəd və yaralı var idi və onları saymaq mümkün idi: 400-500 nəfər Xocalıda, 650-700 nəfər yolda və çayın yaxınlığında, 85-100 nəfər də Naxçıvanik kəndi ətrafında görünürdü”. Helikopter pilotu tərəfindən imzalanmışbəyanatda cənab Manafov yazırdı.

“İnsanlar kömək üçün bizi çağırırdılar. Biz üç ölmüş uşaq və anası ölən hələ sağ olaniki yaşlı uşaq gördük. Uşaq anasını oyatmaq üçün onun əlini dartırdı. Biz yerə enməyə çalışdıq lakin ermənilər vertolyotun enməsinə mane olmaq üçün atəş açmağa başladılar və biz geri dönməyə məcbur olduq.”

Son aylarda baş verən siyasi dəyişiklik səbəbi ilə və Xocalıda dəqiq kimin olduğunu bilmədiyimizə görə siyahılarda və rəqəmlərdə eynilik yox idi - erməni hərbi qüvvələri tərəfindən xeyli insan öz evlərindən didərgin salındı.