Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarına Pakistan İslam Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edir, 30 iyul 2010-cu il.

 SƏYAHƏT XƏBƏRDARLIĞI


Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyi
Ş.Qurbanov küç. 4

Pakistan
 
30 iyul 2010-cu il
 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarına son zamanlar Pakistan İslam Respublikasında baş vermiş hadisələrlə bağlı xəbərdarlıq edir.
 
Pakistanda son dövrlərdə terrorçu qruplaşmalar və Pakistan ordusu arasında toqquşmalar güclənmişdir. Pakistan ərazisində terrorçu qruplaşmalar tərəfindən xarici vətəndaşların qaçırılması və girov götürülməsi hallarının sayı artmışdır.
 
Azərbaycan Respublikası vətəndaşlarının Pakistanın aşağıdakı ərazilərinə səyahət edərkən ehtiyatlı olmaları tövsiyə olunur:
 
Cənubi Vəzirstan, Svat, Bacaur, Xeybər, Xürrəm və Orakzay inzibati bölgələri. Peşəvər şəhəri və onun cənubunda olan bölgələrdə, Şimali və Qərbi Belucistana və Qetta (Quetta) şəhərinə olan səfərlər təhlükəli olaraq qalır. Buner və Aşağı Dirə Lovari yolu vasitəsilə səyahətlər də təhlükəli hesab edilir.
 
Şimali Vəzirstan bölgəsi Pakistanın qonşu Əfqanıstanla sərhəddə yerləşən bölgələrindən biri olaraq, mürəkkəb coğrafi əraziyə, yüksək dağ və sıx meşə zolağına malikdir. Pakistan Silahlı Qüvvələrinin son on səkkiz ay ərzində ölkənin Əfqanıstanla sərhəddə yerləşən inzibati bölgələrdə, o cümlədən Svat, Bacaur, Xeybər, Xürrəm və Orakzayda keçirdiyi geniş miqyaslı əməliyyatlar nəticəsində terrorçu qüvvələr Şimali Vəzirstan ərazisində cəmləşiblər. Bu ərazidə girov götürülmə (qaçırılma) riski də mövcuddur.
 
Bunları nəzərə alaraq, Pakistana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə çatdırılır ki, bu ölkəyə səfər edən zaman yuxarıda qeyd edilən məsələləri nəzərə alsınlar və ehtiyatlı olsunlar.
 
Pakistanda daimi və müvəqqəti yaşayan, olan Azərbaycan Respublikasının vətəndaşları qeyd edilən məsələlərlə bağlı hər hansı problemlə qarşılaşdıqda, onlara daha asan yardım göstərilməsi üçün İslamabad şəhərində yerləşən Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyi ilə əlaqə saxlamaları və konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
 
 Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımı kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının səyahəti zamanı baş verə biləcək hadisələrə görə heç bir məsuliyyət daşımır. Diqqətinizə çatdırırıq ki, dünyanın heç bir regionu və ya ölkəsi terror və fövqəladə hadisə riskindən kənar deyil.
 
Ünvanlar:
 
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyi
 
House No.14, St. 84, G-6/3, İslamabad 
tel: +92 (51) 282 93 45, +92 (51) 282 34 55 
faks: +92 (51) 282 08 98
e-poçt:  Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır    
veb-sayt: www.azembassy.com.pk
 
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
 
Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 4, AZ 1009
Tel: +994 (12) 596 90 00
Faks: +994 (12) 596 90 01 
e-poçt: Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır
 
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi
 
Konsulluq hüquq məsələləri şöbəsi: +994 (50) 760 06 64
Pasport-viza şöbəsi: +994 (50) 760 06 65
Viza informasiya şöbəsi: +994 (50) 760 06 63 
 e-poçt:Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır