AZƏRBAYCAN VƏ YUNESKO

 Azərbaycan Respublikası -YUNESKO əməkdaşlığı

Təşkilat haqqında qısa məlumat. BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya  sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Təşkilatın nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə 20 üzv dövlətdən ibarət YUNESKO öz rəsmi fəaliyyətinə başlamışdır.

Hazırda YUNESKO 195 ölkə və 10 Assosiativ Üzvdən ibarətdir. O, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir. Həmçinin aparıcı dövlətlərarası təşkilatlarla (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, Afrika Birliyi Təşkilatı, Ərəb Dövlətləri Liqası, İSESKO, TÜRKSOY və s.) da geniş əlaqələrə malikdir. Eyni zamanda, YUNESKO yüzlərlə qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir.

YUNESKO üç əsas işçi orqandan ibarətdir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik.

 Baş Konfrans YUNESKO-nun ali orqanıdır. Konfransın iclasları iki ildən bir keçirilir. Əhalisinin sayından və ya büdcəyə verdiyi vəsaitin həcmindən asılı olmayaraq, hər üzv dövlət bir səsə malikdir. Baş Konfrans təşkilatın fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.

 İcraiyyə Şurası YUNESKO-nun icra orqanıdır. O, Baş Konfransın işini təşkil edir və onun qərarlarının düzgün icra olunmasına nəzarət edir. Şuranın funksiya və vəzifələri Nizamnamə ilə və Baş Konfransın qayda və direktivləri ilə müəyyən olunur. Şuranın 58 üzvü var və onlar Baş Konfrans tərəfindən, əsasən, təmsil etdikləri mədəniyyətlərin müxtəlifliyi və mənsub olduqları coğrafi məkan əsasında seçilir. İcraiyyə Şurasının iclasları ildə iki dəfə keçirilir.

Katiblik YUNESKO-nun daimi fəaliyyət göstərən orqanıdır və Fransa Respublikasının Paris şəhərində yerləşir. Burada YUNESKO-ya üzv olan 170 dövlətin vətəndaşı çalışır.

YUNESKO-nun baş direktoru vəzifəsini 2009-cu ilin 15 noyabr tarixindən xanım İrina Bokova (Bolqarıstan) icra edir.

YUNESKO Parisdəki baş qərargahından əlavə, dünyanın müxtəlif ölkələrindəki regional büroları, institutları və mərkəzləri ilə geniş şəbəkəyə malikdir.

SSRİ dövründə əməkdaşlıq. Azərbaycan XX əsrin 60-cı illərindən Sovet İttifaqının tərkibində olarkən YUNESKO-nun fəaliyyətində aktiv iştirak etmişdir. YUNESKO tərəfindən 1967-ci ildə “Qafqaz xalqlarının ədəbiyyatı” seriyasından fransız dilində M.F.Axundovun komediyaları, “Dünya xalqlarının musiqisi” seriyasından Azərbaycan muğamlarından ibarət iki val və iki audio-kasset buraxılmışdır.

Sovet İttifaqı dövründə Azərbaycanın YUNESKO ilə əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. O, YUNESKO-nun Azərbaycan mədəniyyəti ilə bağlı təşkil etdiyi tədbirlərdə yaxından iştirak etmişdir. 1983-cü ildə Bakıda təşkil edilmiş “Şərq xalça sənəti” I Beynəlxalq Simpoziumu zamanı Heydər Əliyev YUNESKO-nun Baş Direktorunun xüsusi məsləhətçisi Federiko Mayorla görüşmüş və bu dostluq əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycanın YUNESKO ilə münasibətlərinə öz müsbət təsirini göstərmiş və beləliklə, Azərbaycanın təşkilatdakı uğurlarının təməli qoyulmuşdur.

YUNESKO-nun Parisdəki baş qərargahında “Azərbaycan xalçaları” (1981), “Azərbaycan əlyazmaları” (1985), Londonda isə YUNESKO-nun himayəsi altında “Bakının memarlığı” (1985) sərgiləri keçirilmişdir. 1984-cü ilin noyabr ayında YUNESKO-nun baş qərargahında Azərbaycan Dövlət Rəqs ansamblının çıxışı olmuşdur.

  YUNESKO Bakıda iki beynəlxalq tədbirin – “Dil və şəhər” (1981) və “Şərq xalça sənəti” (1983) konfranslarının keçirilməsi üçün Azərbaycana maliyyə yardımı göstərmişdir. 1983-cü ildə Azərbaycan hökuməti xalçaçı-rəssam Lətif Kərimovun toxuduğu, üzərində Memar Əcəmi Naxçıvaninin təsviri olan xalçanı  Bakıya səfər etmiş YUNESKO-nun Baş Direktoru AmaduMahtarM`Bou vasitəsilə təşkilata hədiyyə etmişdir.

            Azərbaycan Respublikası ilə əməkdaşlıq. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 3 iyun 1992-ci il tarixində YUNESKO-ya üzv qəbul edilmişdir.1993-cü ilin dekabr ayında Prezident Heydər Əliyevin Fransa Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev YUNESKO-nun baş direktoru Federiko Mayorla görüşmüşdür.

YUNESKO-nun Nizamnaməsinin 7-ci maddəsinə əsasən, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini YUNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Bu səbəbdən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və Azərbaycan Respublikası Prezidenti H.Əliyevin 21 fevral 1994-cü il Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyiyanında YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2005-ci il tarixli 1006 saylı Sərəncamı ilə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilmişdirvə Milli Komissiyanın tərkibi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2015-ci il tarixli Sərəncamı ilə Milli Komissiyanın tərkibində bir sıra dəyişikliklər edilmişdir (Sərəncam əlavə olunur).Həmçinin Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2016-cı il tarixli, 2193 saylı Sərəncamı ilə 2005-ci il Sərəncamına növbəti dəyişikliklər edilmişdir.

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri xarici işlər naziri Elmar Məmmədyarovdur.

Azərbaycan Respublikasının Prezidentinin 29 sentyabr 2004-cü il Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi təsis edilmiş və Eleonora Hüseynova Daimi Nümayəndə təyin olunmuşdur (2004-2014). 23 may 2014-ci il tarixindən Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimovdur.

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin «Dədə Qorqud kitabı»nın 1300 illik yubileyinin keçirilməsi ilə bağlı 20 aprel 1997-ci il fərmanına əsasən, «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyası yaradılmış, 21 fevral 1999-cu il tarixində Kitabi Dədə Qorqud dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında sərəncam imzalanmışdır. 9 aprel 2000-ci il tarixində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının və YUNESKO baş direktoru K.Matsuuranın iştirakı ilə “Kitabi ­Dәdә Qorqud" dastanının 1300 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

YUNESKO baş direktorlarının Azərbaycana səfərlərinin xronologiyası.

18 noyabr 1996-cı il - YUNESKO-nun Baş Direktoru Federiko Mayorun səfəri çərçivəsində Azərbaycan-YUNESKO arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Memorandumda Azərbaycana təhsil, mədəniyyət və digər sahələrdə yardımların göstərilməsi nəzərdə tutulurdu. Həmçinin sənəddə Azərbaycanın mədəniyyət abidələrinin mühafizəsi və bərpası sahəsində əməkdaşlıq məsələləri də öz əksini tapmışdı.

9 aprel 2000-ci il - YUNESKO-nun Baş Direktoru Koiçiro Matsuura Prezident Heydər Əliyevin dəvəti ilə türkdilli ölkələrin dövlət başçılarının "Kitabi-Dədə Qorqud"un 1300 illiyinə həsr edilmiş zirvə görüşündə iştirak etmək məqsədilə ilk dəfə Bakıda səfərdə olmuşdur.

24 avqust 2005-ci il - YUNESKO-nun Baş Direktoru Koiçiro Matsuura Bakı şəhərində  keçirilmiş “YUNЕSKО-Аzərbаycаn: gələcəyə körpü” mövzusunda beynəlxalq kоnfrаnsda iştirak etmiş,  kоnfrаnsın sоnundа YUNЕSKО ilə Аzərbаycаn аrаsındа təhsil sаhəsində əməkdаşlığа dаir Qаrşılıqlı Аnlаşmа Mеmоrаndumu imzаlаnmışdır. Səfər çərçivəsində baş direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.

14 may 2008-ci il - YUNESKO-nun Baş Direktoru Koiçiro Matsuura Heydər Əliyev Fondu və AR Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” konfransında iştirak etmək məqsədilə Bakıda səfərdə olmuşdur. Səfər çərçivəsində baş direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.

18-25 mart 2009-cu il - YUNESKO-nun Baş Direktoru KoiçiroMatsuura  Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Birinci Beynəlxalq Muğam Festivalının rəsmi açılış mərasimində iştirak etmişdir. Səfər çərçivəsində Heydər Əliyev Fondu və YUNESKO arasında Əməkdaşlıq haqqında Saziş imzalanmışdır. İmzalanma mərasimdən sonra baş direktor Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya gümüş xatirə medalı təqdim etmişdir. Səfər çərçivəsində baş direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir. Eyni zamanda, K.Matsuura Müasir İncəsənət Muzeyinin açılış mərasimində, Novruz Bayramı münasibətilə İçəri Şəhərin qoşa qala qapıları qarşısında təşkil olunmuş mərasimdə, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının təşkil etdiyi dəyirmi masada  iştirak edərəkMilli Komissiyanın üzvləri ilə görüş keçirmişdir.

28-31 iyul 2010-cu il -  YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın dəvətilə Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində Baş Direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, Müasir İncəsənət muzeyi ilə tanış olmuş, Muğam Mərkəzində və YUNESKO-nun Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhərdə olmuşdur. 29 iyul 2010-cu il tarixində YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova YUNESKO üzrə AR Milli Komissiyasının üzvləri ilə görüşmüşdür.  30 iyul 2010-cu il tarixdə YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova Qəbələdə İkinci Muğam Festivalının rəsmi açılışında iştirak etmiş, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı Qızıl Motsart medalı ilə təltif etmişdir. Səfər çərçivəsində xanım İ.BokovaŞəki şəhərinə səfər etmişdir.

29-31 may 2013-cü il -İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə YUNESKO-nun Baş Direktoru İrina Bokova ölkəmizə səfər etmişdir. Baş Direktor Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva tərəfindən qəbul edilmişdir. Eyni zamanda, tədbir çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşlər keçirilmişdir.

16-18 may 2015-ci il - YUNESKO-nun Baş Direktoru İrina Bokova Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində baş direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən qəbul edilmiş,  Bakıda “Sülh ağacı” abidəsinin açılış mərasimində iştirak etmiş, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhərdə, eləcə də Xalça muzeyini ziyarət etmişdir.

YUNESKO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyevanın fəaliyyəti

Azərbaycan-YUNESKO münasibətlərinin inkişaf etdirilməsi sahəsində Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. M.Əliyeva 1995-ci ildən etibarən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xəttilə Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində uğurla fəaliyyət göstərmişdir. M.Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə YUNESKO tərəfindən 2004-cü ilin sentyabr ayında YUNESKO-nun şifahi və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görülmüşdür. Hazırda M.Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu missiyanı daha da genişləndirərək elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafına köməklik göstərir, eyni zamanda beynəlxalq miqyasda davamlı inkişafa dəstək olaraq sülh quruculuğu istiqamətində xidmətlərini davam etdirir. Ölkəmizdə maddi və qeyri-maddi irsin qorunub saxlanılması, Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində Heydər Əliyev Fondunun əməyi böyükdür. Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri YUNESKO-nun müvafiq siyahılarında yer almaqdadır. 

Dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycan mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə Mehriban xanım Əliyeva 2008-ci ildə keçmiş baş direktor KoiçiraMatsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə baş direktor  İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilmişdir.

2004-2012-ci illərdə Mehriban xanım Əliyeva Parisdə, YUNESKO-nun baş qərargahında xoşməramlı səfirlərin illik yığıncağında iştirak etmiş və toplantı çərçivəsində müxtəlif görüşlər keçirmişdir. Eyni zamanda, YUNESKO baş qərargahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş müxtəlif tədbirlər təşkil edilir.

2004-cü il dekabrın 15-də Tatarıstan paytaxtında keçirilmiş qeyri-maddi mədəni irsin qorunmasına dair YUNESKO-nun regional seminarında  Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak etmişdir. 

2005-ci il  mayın 13-də YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva YUNESKO-nun ölkəmizdə səfərdə olan ekspertləri Kristof Kasobonu və Dendev Badarçı qəbul etmişdir.

2005-ci il sentyabrın 13-də Parisdə YUNESKO-nun baş qərargahında görkəmli Azərbaycan alimi akademik Yusif Məmmədəliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tədbirdə iştirak etmişdir.

2006-cı il  oktyabrın 21-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva YUNESKO-nun 60 illiyinə həsr olunmuş "Sivilizasiyalararası dialoq" həftəsi çərçivəsində "Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda" adı altında keçirilən Azərbaycan günü ilə bağlı tədbirdə iştirak etmişdir.

 2008-ci il  mayın 20-də Heydər Əliyev Fondunun dəstəyi ilə YUNESKO-nun baş qərargahında xoşməramlı səfirlərin illik yığıncağı çərçivəsində ölkəmizin gənc istedadlarının “Azərbaycanın xoşməramlı mələkləri” adlı konsert proqramı təqdim edilmişdir. 

2008-ci il noyabrın 10-da YUNESKO-nun baş qərargahında  XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdir. YUNESKO səviyyəsində keçirilən yubiley mərasimində YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak etmişdir.

2010-cu il aprelin 28-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva YUNESKO-nun baş qərargahında  bu qurumun yeni seçilmiş baş direktoru İrina Bokova ilə görüşmüşdür. 

2010-cu il dekabrın 14-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri  Mehriban Əliyeva YUNESKO-nun baş qərargahında təşkilatın yaradılmasının 65 illiyi ilə bağlı keçirilmiş yubiley mərasimində iştirak etmişdir.

2011-ci il aprelin 19-da YUNESKO-nun baş qərargahında  Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə “Azərbaycanın gənc istedadları” adlı möhtəşəm konsert proqramı təşkil olunmuşdur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və təşkilatın baş direktoru İrina Bokova konserti izləyənlər arasında olmuşlar. Konsertdən sonra Mehriban Əliyevanın adından ziyafət verilmişdir. Eyni zamanda, 2011-ci il aprelin 19-dan 29-dək YUNESKO-nun baş qərargahında  Azərbaycan xalçalarının sərgisi keçirilmişdir. Sərginin açılışında YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və YUNESKO-nun baş direktoru İrina Bokova iştirak etmişlər.

2011-ci il sentyabrın 12-də YUNESKO-nun baş qərargahında YUNESKO-nun xoşməramlı səfirlərinin 11-ci illik toplantısı çərçivəsində Heydər Əliyev Fondunun Azərbaycanla bağlı nəşrləri  təqdim olunmuşdur.

2011-ci il oktyabrın 26-da YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva YUNESKO-nun baş konfransının 36-cı sessiyası çərçivəsində təşkil olunan "YUNESKO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?" mövzusunda Liderlər Forumunda iştirak etmişdir. M.Əliyeva çıxışında dünyada yaşanan dərin maliyyə böhranından və on milyonlarla insanın irqinə, etnik köklərinə və dininə görə ayrı-seçkilik və təcrid olunmanın ağır nəticələri ilə üzləşməsindən bəhs etmişdir. Eyni zamanda, yeni dünya nizamının formalaşdığını və bu prosesin bir çox çətinliklərlə müşayiət olunacağını deyən M.Əliyeva qloballaşmanın humanitar aspektlərinin əhəmiyyətinə toxunaraq, səmimi dialoq və xoş məramın çətinliklərin uğurla aradan qaldırılmasında əsas vasitələr olduğunu qeyd etmişdir.

2013-cü il iyulun 18-də YUNESKO-nun baş qərargahında Azərbaycanın YUNESKO-ya üzv olmasının 20 illik yubileyi ilə əlaqədar, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə təntənəli tədbirlər keçirilmişdir. Azərbaycan hökuməti tərəfindən 20 illik yubiley münasibətilə təşkilatın daxili həyətində yerləşdirilmiş daş at və daş qoç abidələrinin, eləcə də Azərbaycanda daş sənətinə həsr edilmiş sərginin açılış mərasimi keçirilmişdir. Tədbirdə YUNESKO-nun baş direktoru İrina Bokova və YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxış etmişlər. Tədbir iştirakçılarına Azərbaycanda daş sənətinin tarixini əks etdirən kitablar paylanmışdır.

2013-cü il oktyabrın 22-də YUNESKO-nun baş qərargahında  Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirilmişdir. Simpozium “Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi” mövzusuna həsr olunmuşdur. Eyni zamanda, 2013-cü il oktyabrın 22-də YUNESKO-nun baş qərargahında  Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan – tolerantlıq məkanı” adlı foto-sərginin açılışı olmuşdur. Sərgidə Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənmişdir.

2014-cü il mayın 29-da YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" mövzusunda Beynəlxalq Bakı Forumunda iştirak etmək məqsədilə Bakıda səfərdə olan  YUNESKO-nun Baş Konfransının sədri Hao Pinq ilə görüşmüşdür.

2014-cü il iyunun 2-də YUNESKO-nun baş qərargahında Heydər Əliyev Fondunun dəstəyi ilə “Əsrlərdən bəri qorunub saxlanılan ənənəvi təamlar” adlı Azərbaycan mətbəxi həftəsi təşkil olunmuşdur.

2014-cü il sentyabrın 15-18-də YUNESKO-nun baş qərargahında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Qobustan həftəsi keçirilmiş, Qobustanın YUNESKO-da tanıtımı çərçivəsində Fərəc Qarayevin “Qobustan kölgələri” baletinin nümayişi və Qobustanın qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərginin açılışı olmuşdur.

2015-ci il mayın 6-13-də  Heydər Əliyev Fondunun dəstəyi ilə YUNESKO-da təşkil olunan “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmış Azərbaycanın çövkən oyununa həsr edilən sərgi təşkil olunmuş, fransız yazıçısı Jan-Lui Quronun “Qarabağ atları” kitabının təqdimatı keçirilmiş, “Azərbaycan: ənənədən müasirliyə” adlı sərgisi açılmış və “Yeni caz nəsli” qrupunun konserti təşkil olunmuşdur.

Eyni zamanda, YUNESKO baş direktorları Bakıya səfərləri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşmüşlər.

Heydər Əliyev Fondu və YUNESKO arasında əməkdaşlıq çərçivəsində imzalanmış sazişlər

18 iyun 2007-ci il tarixində Heydər Əliyev Fondunda “BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatı - YUNESKO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında ölkəmizdə peşə təhsilinin inkişafını nəzərdə tutan layihənin icra planına dair” Saziş imzalanmışdır. 

19 mart 2009-cu il tarixində Heydər Əliyev Fondu və YUNESKO arasında qeyri-maddi mədəni irsin qorunması üzrə strateji hədəflərə nail olmaq məqsədi ilə Əməkdaşlıq sazişi imzalanmışdır.

27 oktyabr 2011-ci il tarixində YUNESKO ilə Azərbaycan arasında Haitinin zəlzələdən sonra mədəniyyət sektorunun bərpa edilməsi məqsədilə maliyyə yardımı ilə bağlı saziş imzalanmışdır. Sazişə əsasən, Azərbaycanın Birinci xanımı, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 50 min ABŞ dolları məbləğində maliyyə yardımı Haitinin Jakmel şəhərinin tarixi hissəsində yerləşən mədəni obyektlərin bərpasına sərf edilmişdir.

18 iyul 2013-cü ildə AR mədəniyyət və turizm naziri Ə.Qarayev və YUNESKO-nun Baş Direktoru İ.Bokova tərəfindən “Azərbaycan hökuməti ilə YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” imzalanmışdır. Sazişdə nəzərdə tutulmuş və Azərbaycanın təşkilat üçün ayıracağı 5 milyon ABŞ dolları məbləğindəki maliyyə töhfəsi qeyri-maddi mədəni irs, qızların təhsili, elm və innovasiya texnologiyalarının inkişafı sahəsində YUNESKO-nun işini möhkəmləndirəcək, eyni zamanda azərbaycanlı mütəxəssislərin təşkilatda daimi işlə təmin olunmasına və Azərbaycan maraqlarının təşkilatda qorunmasına şərait yaradacaqdır.

Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər

24 avqust 2005-ci il tarixində Bakı şəhərində “YUNЕSKО-Аzərbаycаn: gələcəyə körpü” mövzusunda beynəlxalq kоnfrаns keçirilmişdir.

10-11 iyun 2008-ci il tarixində Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum keçirilmişdir. Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak etmişlər.

18-25 mart 2009-cu il tarixində Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Bakıda Birinci Beynəlxalq Muğam Festivalı təşkil olunmuşdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuura və dünyanın 17 ölkəsindən festivala gəlmiş çoxsaylı qonaqlar mərasimdə iştirak etmişlər. Festival çərçivəsində elmi simpoziumlar, muğam ifaçılarının beynəlxalq müsabiqəsi və müxtəlif konsertlər təşkil edilmişdir.

2009-cu ildən etibarən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə insan hüquqları ilə bağlı müxtəlif mövzulara həsr olunan Ombudsmanların Beynəlxalq Bakı Konfransını təşkil edir.

2011-ci ildən etibarən ölkəmizdə BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəyi ilə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. 2011-ci ildə təşkil olunan forumda YUNESKO-nun strateji planlaşdırma üzrə baş direktorunun müavini Hans D’Orvil, 2013 və 2015-ci illərdə isə təşkilatın baş direktoru İrina Bokova iştirak etmişlər.

31 may-2 iyun 2011-ci il tarixində Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası keçirilmişdir. YUNESKO, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və AMEA tərəfindən Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Hökumətinin dəstəyi  ilə təşkil olunan tədbirdə 80-ə yaxın xarici qonaq, o cümlədən YUNESKO-nun baş direktor müavini Pilar Alvarez Laso, Beynəlxalq Bioetika Komitəsinin ekspertləri, YUNESKO-nun əməkdaşları iştirak etmişlər. Sessiyanın açılış mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın tədbir iştirakçılarına ünvanlanmış müraciətini səsləndirmişdir. Həmçinin YUNESKO Baş Direktoru İrina Bokovanın tədbir iştirakçılarına video-müraciəti nümayiş etdirilmişdir.

2011-ci ildən etibarən təşkil edilən və YUNESKO tərəfindən dəstəklənən Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya gətirən tədbirdir. 2011-2016-cı illərdə keçirilən beş forumda YUNESKO yüksək səviyyədə təmsil olunmuşdur.

5-9 noyabr 2012-ci il tarixində Azərbaycan hökuməti, Avropa Şurası, Avropa Yayım Birliyi, ATƏT və YUNESKO-nun birgə təşkilatçılığı ilə VII İnternet İdarəçilik Forumu keçirilmişdir. Tədbirdə YUNESKO-nun baş direktorunun kommunikasiya və informasiya məsələləri üzrə müavini Yanis Karklins iştirak etmişdir.

13 - 15 mart 2013-cü il tarixində YUNESKO üzrə AR-nın Milli Komissiyası və AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda YUNESKO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin Növbədənkənar İclası keçirilmişdir. Tədbirdə YUNESKO-nun Baş Direktorunun müavini PilarAlvarez-Laso iştirak etmişdir.

14 iyun 2013-cü il tarixində Bakıda AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İnkişaf naminə birlik” devizi altında Azərbaycan Qadınlarının 4-cü Qurultayı keçirilmişdir. 2000-ə yaxın nümayəndə və qonağın iştirak etdiyi tədbirdə YUNESKO üzrə AR Milli Komissiyasının Birinci Katibi G.Əfəndiyeva YUNESKO-nun Baş Direktoru İ.Bokovanın təbrik məktubunu qurultay iştirakçılarının diqqətinə çatdırmışdır.

2 - 8 dekabr 2013-cü il tarixində Bakıda YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçirilmişdir. 116 ölkədən 611 nümayəndənin iştirak etdiyi sessiyaya AR mədəniyyət və turizm naziri Ə.Qarayev sədrlik etmişdir. Açılış mərasimdə iştirak edən AR Baş nazirin müavini Elçin Əfəndiyev AR Prezidenti cənab İlham Əliyevin sessiya iştirakçılarına təbrik məktubunu oxumuşdur. Daha sonra YUNESKO-nun Baş Direktoru İ.Bokovanın video müraciəti nümayış etdirilmişdir.

27-29 may 2014-cü il tarixində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AMEA və digər qurumların birgə təşkilatçılığı ilə Dünya Gənc Alimlərinin "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" mövzusunda Beynəlxalq Bakı Forumu keçirilmişdir. Forumda YUNESKO-nun Baş Konfransının prezidenti Hao Ping iştirak etmişdir. Səfərdə olduğu müddətdə Hao Pingin Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyeva, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovla görüşləri təşkil olunmuşdur. 

17-18 noyabr 2014-cü ilin tarixində ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, Qafqaz Müsəlmanları İdarəsi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə Bakıda “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. YUNESKO üzrə AR Milli Komissiyasının Birinci Katibi G.Əfəndiyeva YUNESKO baş direktoru İ.Bokovanın məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

18-19 dekabr 2014-cü il tarixlərində Bakıda YUNESKO üzrə AR Milli Komissiyasının təşkilatçılığı ilə TÜRKSOY-a üzv olan ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin Beşinci İclası keçirilmişdir. İclasda xarici ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrindən, eyni zamanda digər qurumlardan 65 xarici, ümumilikdə 120-dən çox nümayəndə iştirak etmişdir. Tədbirə sədrlik, o cümlədən Milli Komissiyaların işinin əlaqələndirilməsi funksiyası növbəti iclasa qədər Azərbaycana keçmişdir.

19 may 2015-ci il tarixində YUNESKO üzrə AR Milli Komissiyasının təşkilatçılığı ilə Bakıda Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dinlərarası və mədəniyyətlərarası dialoq üzrə YUNESKO  kafedralarının Akademik Forumu keçirilmişdir. Forumda YUNESKO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Nada Əl-Naşif iştirak etmişdir. Tədbir bu sahədə YUNESKO çərçivəsində təşkil edilən ilk Forum olmuşdur.

2013-2014-cü illərdə YUNESKO və Azərbaycan arasında imzalanmış sənədlər

  1. 18 iyul 2013-cü ildə AR mədəniyyət və turizm naziri Ə.Qarayev və YUNESKO-nun Baş Direktoru İ.Bokova tərəfindən “Azərbaycan hökuməti ilə YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” imzalanmışdır. Sazişdə nəzərdə tutulmuş və Azərbaycanın təşkilat üçün ayıracağı 5 milyon ABŞ dolları məbləğindəki maliyyə töhfəsi qeyri-maddi mədəni irs, qızların təhsili, elm və innovasiya texnologiyalarının inkişafı sahəsində YUNESKO-nun işini möhkəmləndirəcək, eyni zamanda azərbaycanlı mütəxəssislərin təşkilatda daimi işlə təmin olunmasına və Azərbaycan maraqlarının təşkilatda qorunmasına şərait yaradacaqdır.
  2. 2014-cü ilin 24 yanvar tarixində, Parisdə, YUNESKO-nun Baş Qərargahında Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov və YUNESKO-nun Baş direktoru İrina Bokova tərəfindən “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Gənc Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili haqqında Saziş” imzalanmışdır. Sazişə əsasən, ölkəmizdən iki gənc mütəxəssis YUNESKO-da işlə təmin olunmuşdur. Saziş ölkəmizlə təşkilat arasında olan ikitərəfli münasibətlərin inkişaf istiqamətlərini genişləndirməklə Azərbaycanın təşkilatda daha aktiv mövqe tutmasına, qərarların qəbul olunmasında yaxından iştirakına və ölkəmizin təşkilatla gələcək əməkdaşlıq imkanlarının artırılmasına imkan yaradacaqdır.

Azərbaycanda YUNESKO-nun müxtəlif sahələri üzrə yaradılmış milli komitələr:

1. Muzeylərin Beynəlxalq Şurası (ICOM- InternationalCouncil of Museums);

2. Sosial Dəyişikliklərin İdarə edilməsi (MOST- TheManagement of SocialTransformations Programme);

3. Beynəlxalq Hidroloji Proqram (IHP- InternationalHydrological Programme);

4. İnsan və Biosfer Proqramı (MAB- Man and theBiosphere Programme);

5. Beynəlxalq Bioetika Komitəsi (IBC- InternationalBioethicsCommittee);

6. İnformasiya Hamı üçün (IFA - Information For All)

Azərbaycan Respublikası YUNESKO-nun aşağıdakı Konvensiyalarına qoşulmuşdur: 

1. Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il Konvensiyası (1993), ona dair Birinci Protokol (1993) və İkinci Protokol (2000);

2. Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında 16 noyabr 1972-ci il Konvensiyası (1993);

3. Avropa regionu dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 21 dekabr 1979-cu il Konvensiyası (1994);

4. Asiya və Sakit Okean dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 16 dekabr 1983-cü il regional Konvensiyası (1995);

5. Müəlliflik hüququ haqqında 6 sentyabr 1952-ci il Ümumdünya Konvensiyası (1997);

6. Avropa regionunda ali təhsil ixtisaslarının tanınması haqqında Konvensiya (1998);

7. Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il Konvensiyası (1997);

8. Başlıca olaraq su quşlarının məskəni kimi beynəlxalq əhəmiyyətə malik su-bataqlıq yerləri haqqında 2 fevral 1971-ci il Konvensiyası (2001);

9. Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz istehsalında mühafizəsi haqqında 29 oktyabr 1971-ci il Konvensiyası (2001);

10. Beynəlxalq xüsusi hüququ unifikasiya institutunun (YUNİDRUA) oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərlər haqqında 1995-ci il Konvensiyası (2003);

11. Qeyri-maddi mədəni irsin qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası (2006);

12. İdmanda dopinqə qarşı mübarizə haqqında 19 oktyabr 2005-ci il tarixli Beynəlxalq Kоnvеnsiyа (2007). 

13. Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il Konvensiyası (2010)

Azərbaycanın YUNESKO-nun alt-qurumlarında təmsil olunması

Azərbaycan 2005-2009-cu illərdə İcraiyyə Şurasının üzvü, həmçinin bir sıra digər alt komitələrin üzvü olmuşdur.

Azərbaycanın 2011-2015-ci illərdə üzv olduğu qurumlar:

1.Beynəlxalq Hidroloji Proqram üzrə Hökumətlərarası Şura (2011-2015)

2.Fiziki Təhsil və İdman üzrə Hökumətlərarası Komitə (2011-2015)

3.Qeyri-qanuni mənimsənilən mədəni mülkiyyətin restitusiyası və mənsub ölkəyə qaytarılmasının təşviq edilməsi üzrə Hökumətlərarası Komitə (2011-2015)

4.Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurası (2011-2015)

5. Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitə (2011-2015) Komitəyə üzv olduğu müddətdə 21 dekabr 2012-ci il tarixində  Parisdə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin 7-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərar qəbul edilmişdir. Qərarda işğalçı ölkələr tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında hesabatın verilməsi öhdəliyi və bu ərazilərə texniki missiyalarının göndərilməsi imkanları əks olunmuşdur.18-19 dekabr 2013-cü il tarixində Parisdə keçirilən YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin 8-ci Sessiyasında qəbul edilmiş digər sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, onların həyata keçirilməsi mexanizmləri, monitorinq məqsədilə YUNESKO tərəfindən texniki missiyalarının göndərilməsi, YUNESKO-nun Baş Direktoru tərəfindən BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisində qəbul olunacaq qətnamələrdə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin diqqətə çatdırılması və s. öz əksini tapmışdır.

Hazırda Azərbaycanın üzv olduğu alt-qurumlar:

  1. İnsan və Biosfer Komitəsi (2015-2019)
  2. Fiziki Təhsil və İdman üzrə Hökumətlərarası Komitə (2015-2019)
  3. Ümumdünya İrs Komitəsi (2015-2019)
  4. Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitə (2015-2019)

Sahələr üzrə əməkdaşlıq

Azərbaycan Respublikası YUNESKO-nun bütün prioritet istiqamətləri üzrə təşkilatla sıx əməkdaşlıq edir.

 Mədəniyyət sahəsində əməkdaşlıq

Azərbaycanın iki maddi irs nümunəsi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

  1. "İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” 27 noyabr - 2 dekabr 2000-ci il tarixində Avstraliyanın Kerns şəhərində keçirilən YUNESKO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyası çərçivəsində Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanda baş verən zəlzələ nəticəsində abidələrə zərər dəymiş və bununla bağlı bir sıra problemlərə görə 4 iyul 2003-cü il tarixində Ümumdünya İrs Komitəsinin 27-ci Sessiyasında İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi YUNESKO-nun Təhlükədə olan Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə və onun ərazisindəki tarixi-memarlıq abidələrinin qorunub saxlanmasına, mühafizəsinə və inkişafına dövlət qayğısı artırılmış, abidələr kompleksinin xarici təsirlərdən mühafizəsi üzrə uzunmüddətli strategiya çərçivəsində vahid siyasət həyata keçirilmişdir. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində, 22-30 iyun 2009-cu il tarixində İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü Sessiyası çərçivəsində qəbul edilən qərara əsasən, abidənin YUNESKO-nun Təhlükədə olan Ümumdünya İrs Siyahısından çıxarılaraq əvvəlki statusu bərpa edilmişdir.
  2. "Qobustan Qaya Sənəti Mədəni Landşaftı" 23 iyun - 2 iyul 2007-ci il tarixində Yeni Zelandiyanın Kraystçorç şəhərində keçirilən YUNESKO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 31-ci Sessiyası çərçivəsində Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

QEYD: 18-19 dekabr 2013-cü il tarixində Parisdə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 8-ci Sessiyası  çərçivəsində Azərbaycanın hər iki mədəni irs nümunəsinə "gücləndirilmiş mühafizə" statusu verilmişdir.

YUNESKO-nun Ümumdünya İrsinin İlkin Siyahısında olan abidələrimiz:

  1. Suraxanı, Atəşgah (1998)
  2. Naxçıvan Mavzoleyi (1998)         
  3. Hirkan Dövlət Qoruğu (1998)
  4. Binəqədi Dördüncü Dövr Fauna və Flora Ehtiyatı (1998)
  5. Lök-Batan Palçıq Vulkanı (1998)
  6. Bakı Dağları (1998)
  7. Xəzər sahili mühafizə kostruksiyaları (2001)
  8. Şuşa tarix- memarlıq qoruğu (2001)
  9. Ordubad tarix-memarlıq qoruğu (2001)
  10. Şəki Xan Sarayı (2001)

Azərbaycanın 7 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, 1 irs nümunəsi Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

  1. "Azərbaycan Muğamı" 7 noyabr 2003-cü il tarixində Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. 2008-ci ildə Azərbaycan muğamları YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
  2. "Azərbaycan Aşıq Sənəti” 28 Sentyabr - 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb ƏmirliklərininAbu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri - maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan Aşıq Sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
  3. "Novruz" 28 Sentyabr - 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb ƏmirliklərininAbu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri - maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) kimi YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.28 noyabr-2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan bu nominasiyaya qoşulmuşlar. 
  4. "Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti"  15-19 noyabr 2010-cu il tarixində Keniyanın Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri - maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 5-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
  5.  "Tar və Onun İfaçılıq Sənəti"  3-7 Dekabr 2012-ci il tarixində Parisdə keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 7-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, "Tar və onun ifaçılıq sənəti" YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
  6. "Azərbaycan Respublikasında Çovqan Ənənəvi Qarabağ Atüstü Oyunu" 2-8 dekabr 2013-cü ildə Bakıda keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 8-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, "Azərbaycan Respublikasında Çovqan ənənəvi Qarabağ atüstü oyunu" YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.
  7.  "Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması"24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
  8. Lahıcın misgərlik sənəti”30 noyabr – 4 dekabr 2015-ci il tarixində Namibiyada keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
  9. “Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti: Lavaş, Katırma, Jupka, Yufka” 28 noyabr-2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası çərçivəsində çoxmillətli nominasiya (Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan və Türkiyə) kimi YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir. 

YUNЕSKО-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri proqramı çərçivəsində Azərbaycanla bağlı YUNESKO-da qeyd edilmiş yubiley tədbirləri

 

1994 –Orxon-Yeniseyabidələrininoxunmasının 100 illikyubileyi

1996 –MəhəmmədFüzulininanadanolmasının 500 illikyubileyi;

2000 –KitabiDədəQorqudDastanının 1300 illikyubileyi;

2001 –NəsirəddinTusininanadanolmasının 800 illikyubileyi;

2002 –MirzəKazımbəyin 200 illikyubileyi;

2005 –АkаdеmikYusifMəmmədəliyеvin 100 illikyubileyi;

2006 –LətifKərimоvun 100 illikyubileyi;

2008 –ÜzeyirHacıbəylinin“Leyli və Məcnun” Operasının ilk tamaşasının 100 illikyubileyi;

2008 –Mir CəlalPaşayevin 100 illikyubileyi;

2009 –SəttarBəhlulzadənin 100 illikyubileyi. 

2009 –AkademikMusa Əliyevin 100 illikyubileyi;

2013 –SeyidYəhyaBakuvininvəfatının 550-ci ildönümü;

2013 –MəhsətiGəncəvininyaradıcılığının 900 illikyubileyi;

2013 –ÜzeyirHacıbəylinin “Arşın mal alan” musiqilikomediyasının 100 illikyubileyi;

2014 –İlyasƏfəndiyevinanadanolmasının 100 illikyubileyi;

2014 –ƏhmədƏl-Bərdəçininvəfatının 1100 illikyubileyi;

2015  –Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyi(Azərbaycan, Türkiyə, Qazaxısta və Türkmənistanın YUNESKO üzrə milli komissiyaları və daimi nümayəndəliklərinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə)

 

2015-ci ilinnoyabrayındakeçirilmiş YUNESKO-nunBaşkonfransının 38-ci sessiyasında Azərbaycan tərəfindən təqdim olunmuş 3 yubiley tədbirinin 2016-2017-ci illərdə qeyd olunmasına dair müsbət qərar qəbul edilmişdir:

 

  1. Nəsiminin ölümünün 600-cü ildönümü
  2. Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi
  3. Cənubi Qafqazda alman yaşayış məskənlərinin salınmasının 200 illik yubileyi.

Qeyd edilənlərlə yanaşı, YUNESKO baş qərargahında “Azərbaycan Günləri” təşkil olunmuşdur:

v  19 oktyabr 2006-cı il tarixində YUNESKO-nun Baş Qərargahında YUNESKO-nun 60 illik yubileyinə həsr olunmuş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində “Azərbaycan – sivilizasiyaların və mədəniyyətlərin kəsişdiyi yer” adı altında Azərbaycan Günü keçirilmişdir; 

v  17 noyabr 2009-cu il tarixində “YUNESKO-da Azərbaycan Günü” çərçivəsində YUNESKO-nun baş qərargahında “Azərbaycan  qadını: dünən, bugün və sabah” mövzusunda konfrans keçirilmişdir.

YUNESKO-nun mükafatlarına layiq görülmüş Azərbaycanın incəsənət xadimləri

  • 1999-cu ildə Azərbaycanın muğam ustası Alim Qasımov YUNESKO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatını qazanmışdır. 
  • 2008-ci ildə bəstəkar Firəngiz Əlizadəyə YUNESKO-nun “Sülh naminə incəsənət xadimi” fəxri adı verilmişdir. 
  • Dünya mədəni irsinə verdiyi töhfələrə görə Azərbaycanın xalq rəssamı Tahir Salahov YUNESKO-nun "Pikasso" qızıl medalına layiq görülmüşdür. Mükafat 19 mart 2009-cu ildə tarixində YUNESKO-nun Baş Direktoru KoiçiroMatsuura tərəfindən fırça ustasına təqdim edilmişdir

Təhsil sahəsində əməkdaşlıq

24 avqust 2005-ci il tarixində Bakı şəhərində “YUNЕSKО-Аzərbаycаn: gələcəyə körpü” mövzusunda keçirilmiş beynəlxalq kоnfrаnsçərçivəsində YUNЕSKО ilə Аzərbаycаn аrаsındа təhsil sаhəsində əməkdаşlığа dаir Qаrşılıqlı Аnlаşmа Mеmоrаndumu imzаlаnmışdır. Mеmоrаndumdа təhsildə bərаbər imkаnlаrın yаrаdılmаsı, infоrmаsiyа və kоmmunikаsiyа tехnоlоgiyаlаrının tətbiqi, təhsilin bütün pillələri üzrə kurrikulumun yеniləşdirilməsi və müəllimlərin iхtisаs аrtırmа sistеminin təkmilləşdirilməsi vаsitəsilə kеyfiyyətin аrtırılmаsı, bеynəlхаlq əməkdаşlıq şəbəkəsinin təşkili və digər əsаs priоritеtlər əks оlunmuşdur.

12-13 iyun 2006-cı il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən YUNESKO-nun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda inkluziv təhsilinin inkişafı” layihəsinin yekununa həsr edilmiş  beynəlxalq konfrans təşkil olunmuşdur. Bir il müddəti olan layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün (əqli və fiziki cəhətdən qüsurlu uşaqlar) uşaq bağçalarında və ümumtəhsil məktəblərində tərbiyə və təhsil almaq imkanlarının yaradılması olmuşdur. Layihənin nəticəsi kimi 22 xüsusi qayğıya ehtiyacı olan uşaq Bakı şəhəri 80 saylı uşaq bağçası və 43 saylı məktəb liseyinə, eyni zamanda Sumqayıt şəhəri 66 saylı uşaq bağçası və 4 saylı məktəbdə tərbiyə və təhsil almağa cəlb olunmuşdur.

18-21 dekabr 2006-cı il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən YUNESKO-nun maliyyə dəstəyi ilə “Azərbaycanda peşə təhsilinin inkişafı” mövzusunda beynəlxalq seminar və “Azərbaycanın ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi” mövzusunda milli seminar təşkil edilmişdir. 

18 iyun 2007-ci il tarixində Heydər Əliyev Fondunda YUNESKO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında “Azərbaycanda peşə təhsilinin inkişafı” layihəsinin icra planına dair Saziş imzalanmışdır; 

14-16 may 2008-ci il tarixlərində Bakıda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü və  YUNESKO-nun, Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin təşkilatçılığı iləDünyada Savadlılığın Dəstəklənməsi üzrə YUNESKO-nun Regional Konfransları silsiləsindən “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda konfrans keçirilmişdir. Konfransda YUNESKO-nun baş direktoru KoiçiroMatsuura, YUNESKO-nun bir neçə xoşməramlı səfirləri, habelə bir sıra ölkələrin təhsil nazirləri və çoxsaylı mütəxəssisləri, Azərbaycan hökumətinin nümayəndələri, xarici ölkələrin Bakıdakı səfirləri iştirak etmişlər. 

Azərbaycan universitetlərində yaradılmış YUNESKO kafedraları 

  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “İnsan hüquqları, demokratiya və sülh məsələri” kafedrası (1997-ci il) 
  • Bakı Dövlət Universitetində “İnsan hüquqları və informasiya hüququ” YUNESKO Kafedrası (2015-ci il) 

YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsi. Azərbaycan YUNESKO ilə təhsil sahəsində əməkdaşlıq çərçivəsində Assosiativ Məktəblər Şəbəkəsində iştirak etməkdədir. Respublikanın 18 məktəbi bu şəbəkəyə qoşulmuşdur.

Elm sahəsində əməkdaşlıq

2005-ci ildə Azərbaycanın Orta əsrlərə aid tibbi və əczaçılıq əlyazmaları YUNESKO-nun Dünya Yaddaşı Beynəlxalq Qeydiyyat Siyahısına daxil edilmişdir.

28-29 noyabr 2008-ci il tarixində YUNESKO üzrə Azərbaycan Milli Komissiyası, YUNESKO-nun Mərkəzi Asiya Tədqiqatları Beynəlxalq İnstitutu və AMEA-nın təşəbbüsü ilə “Strabon yolu Böyük İpək Yolunun bir hissəsi kimi” adlı beynəlxalq konfrans keçirilmişdir.

24 noyabr 2010-cu il tarixində YUNESKO-nun baş qərargahında AMEA-nın prezidenti M.Kərimov və YUNESKO baş direktorunun elm məsələləri üzrə müavini QreçenKalonji arasında “Azərbaycan Respublikası Hökuməti və YUNESKO arasında Yaponiyanın “İnsan Resursları İmkanlarının Gücləndirilməsi üzrə İnam Fondu”nun layihəsi üçün Əməliyyat Planına dair Müqavilə”imzalanmışdır. Müqaviləyə əsasən, Azərbaycanda elm və texnologiya strategiyasının hazırlanması və texnoparklarınyaradılmasına köməklik göstərilməsi məqsədilə Azərbaycan Hökumətinə 100.000 ABŞ dolları vəsait ayrılmışdır.

Eyni zamanda,“Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi”nə uyğun olaraq yaradılmış Etimad Fondu (TrustFund) vasitəsilə YUNESKO-nun İnsan və Biosfer Proqramı (MAB)  çərçivəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Türkmənistan və Özbəkistanda “Biosfer qoruqları Mərkəzi Asiyada sosial-iqtisadi inkişafın əsas vasitələri kimi - Şəbəkənin yaradılması” adlı layihənin həyata keçirilməsinəzərdə tutulur.

YUNESKO-nun Baş Qərargahı Parisdə iki müxtəlif ofisdə yerləşir.

Ünvan: 7, place de Fontenoy, 75352 Paris 07 SP, France 

1, rueMiollis , 75732 Paris Cedex 15, France 

Tel: +33 1 45 68 10 00

Faks: +33 1 45 67 16 90

İnternet səhifəsi: www.unesco.org

Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi 

Ünvan: 1, rueMiollis, 75015 Paris

Tel:   + 33 1 45 68 28 77;  + 33 1 45 68 28 78

E-mail: unesco@mission.mfa.gov.az

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası 

Ünvan: Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, 

Bakı şəhəri AZ-1009,

Ş.Qurbanov küçəsi 4

Tel: +(99412) 596 93 22

E-mail:   unesco@mfa.gov.az 

Website: www.unesco.az