Viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi

VİZA RƏSMILƏŞDIRILMƏSI ÜÇÜN XARICI ÖLKƏLƏRIN SƏFIRLIKLƏRINƏ VƏ KONSULLUQLARINA NOTANIN VERILMƏSI

Ümumi məlumat

Azərbaycan Respublikası ilə müvafiq xarici ölkə arasında diplomatik və/və ya xidməti pasport sahiblərinin vizadan azad olunması barədə qarşılıqlı razılaşma olmadığı təqdirdə, Azərbaycan Respublikasının diplomatik və ya xidməti pasportuna sahib olan şəxslər xidməti işlə əlaqədar xarici ölkələrə ezam edilən zaman belə xarici ölkəyə getmək üçün diplomatik və ya xidməti viza əldə etməlidirlər.

Azərbaycan Respublikasının diplomatik və ya xidməti pasportuna sahib olan şəxslər xidməti işlə əlaqədar səfər ediləcək xarici ölkəyə viza əldə etmək üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin müvafiq notası əsasında müvafiq ölkənin Azərbaycan Respublikasında yerləşən (və ya akkreditə olunmuş) diplomatik nümayəndəlik və ya konsulluğuna müraciət etməlidirlər.

Birbaşa Azərbaycan Respublikası ərazində mövcud olmayan xarici ölkə diplomatik nümayəndəlik və konsulluqlarına müraciət etmək üçün belə xarici ölkənin Azərbaycan Respublikasında akkreditə olunmuş, lakin iqamətgahı 3-cü xarici ölkə ərazisində yerləşən diplomatik nümayəndəlik və ya konsulluğuna müraciət edə bilərsiniz.

Notanın verilməsi üçün tələb olunan sənədlər

Azərbaycan Respublikasının diplomatik və ya xidməti pasportuna sahib olan şəxslərə xarici ölkələrin diplomatik nümayəndəlik və konsulluqlarında viza rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən notanın verilməsi üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:

  1. Təmsil edilən müvafiq dövlət orqanı tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin adına ünvanlanan, diplomatik və ya xidməti pasport sahibi olan şəxsin xidməti işlə əlaqədar xarici ölkəyə ezam edilməsi, ezamiyyət tarixi və bu məqsədlə onun adına notanın verilməsi zərurəti barədə məlumatları özündə əks etdirən rəsmi məktubun əsli;
  2. Şəxsin sahibi olduğu diplomatik və ya xidməti pasportun surəti;
  3. Şəxsin ezam olunduğu ölkədə iştirak edəcəyi müvafiq tədbir təşkilatçılarının/qəbul edən tərəfin dəvət məktubunun surəti;

Bildirmək istərdik ki, Azərbaycan Respublikasının diplomatik və ya xidməti pasportuna sahib olan şəxslərə xarici ölkələrin diplomatik nümayəndəlik və konsulluqlarında viza rəsmiləşdirilməsi ilə bağlı notanın verilməsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində həyata keçirilir.

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115, AZ1029

Əlaqə vasitələri:

  • (+994) 12 514 58 16
  • 108 Çağrı Mərkəzi

Elektron poçt ünvanı: asan5@asan.gov.az

Arxiv üzrə axtarış

xin diplomatic service