English Version
MFA MFA
MFA
HomeMail
Language
shar
MFA
pxl
pxl
Azərbaycan Respublikası
pixel
Diplomatik Xidmət
pixel
Xarici siyasət və beynəlxalq münasibətlər
pixel
Konsulluq xidməti
pixel
Normativ hüquqi əsaslar
pixel
Çıxışlar
pixel
XİN-bəyanatları
pixel
Diplomatiya Aləmi Jurnalı
pixel
Təlim-Tədris Mərkəzi
pixel
Xəbərlər
pixel
Linklər
pixel
İşə qəbul
pixel

Diplomatik Nümayəndəliklər

pxl
Viza rəsmiləşdirilməsi üçün sənədlər

      Adi giriş-çıxış vizası üçün etibarlılıq müddəti 3 gündən 3 aya qədər müəyyən edilmişdir. Çoxdəfəli giriş-çıxış vizası üçün isə bu müddət 1 ilə qədərdir. Əgər viza bu müddət ərzində istifadə olunmazsa o, etibarsız hesab edilir.
      Qayıdış vizası 1 aya qədər olan müddətdə qayıdacaqları təqdirdə Azərbaycan Respublikasını tərk edən, şəxsi pasportu olan əcnəbilərin müraciəti ilə verilə bilər. Bu viza Azərbaycan Respublikasından çıxma tarixindən keçən altı ay ərzində istifadə edilməzsə, öz etibarlılığını itirir.
      Azərbaycanda qalmaq üçün viza müddətini uzatmaq istəyən əcnəbilər onların hal-hazırdakı vizalarında göstərilən müddətin bitdiyi vaxtdan əvvəl bunu etməlidir.
      Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsindən viza almaq üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:
      - Doldurulmuş viza üçün ərizə anket formasının bir nüsxəsi (ərizə anket formasının surəti də ola bilər);
      - Pasport;
      - Ərizə anket formasında pasport üçün nəzərdə tutulan ölçüdə şəkil;
      - Rüsum ödənişi ilə bağlı qəbz;
      - Qəbul edən tərəfin dəvət məktubu.

      Azərbaycan Respublikasına gəlmək üçün viza olmadığı təqdirdə, təyyarə ilə gələn əcnəbilər Bakının H.Əliyev adına Beynəlxalq Hava Limanında qısa müddət ərzində adi giriş vizası ala bilər.
      Rüsum ödənişindən əlavə aşağıdakı sənədlər də tələb olunur:
      Doldurulmuş viza ərizə anket formasının bir nüsxəsi (ərizə anket formasının surəti də ola bilər);
      Pasport üçün nəzərdə tutulan şəkil və ya pasportun surəti.
pxl Home Top pxl
pxl