 |
| Diplomatik Nümayəndəliklər |
|
|
|
|
|
|
|
|
 |
Sosial və mədəniyyət məsələləri
1. Təhsil
2. Elm
3. Mədəniyyət
4. Səhiyyə
5. Ekologiya
6. İdman
7. Turizm
1. Təhsil
1999-cu ildə keçirilən siyahıyaalmaya əsasən, 15 və yuxarı yaş qrupunda hər 1000 nəfərdən 758-i orta və ya ali təhsili bitirmişdir. Bu yaş qrupunda savadlılıq 98% (kişilər-95%, qadınlar-92%) təşkil etdiyi halda, orta və yuxarı yaş qruplarında savadsızların sayı azdır.
2000-ci ildə Azərbaycanda 111000 şagirdə və ya bu yaş qrupunun 16,1% üçün nəzərdə tutulmuş 1790 məktəbəqədər təşkilat fəaliyyət göstərirdi. Yevlax və Neftçalada fəaliyyət göstərən iki qabaqcıl "bağça-məktəbdə" 109 uşaq təhsil alır. Bundan başqa, 71 məktəbəqədər tədris təsisatlarında 1265 uşaq birinci sinif proqramına uyğun təhsil alır. Birinci sinif şagirdləri üçün nəzərdə tutulan məktəbəqədər təsisatların 82 faizi şəhər tipli qəsəbələrdə yerləşir.
Ümumi məktəbəqədər təsisatlarla yanaşı (99%) ölkədə 5 xüsusi təmayüllü və 5 sanatoriya tipli əqli və fiziki əlil uşaqlar üçün nəzərdə tutulmuş məktəbəqədər təşkilat var.
Bundan əlavə, 6 məktəbəqədər təşkilatda yaradılmış xüsusi siniflərdə 404 şagird həm təhsil, həm də müalicə alır. 14 bağçada lal, kar və kor uşaqlar üçün xüsusi qruplar yaradılıb.
2003-cü ildə 1,690,000 şagird 4,561 ümumtəhsil məktəblərində təhsil alırdı. Bunlardan, 1,654,000 şagird gündüz, 36,000 şagird isə axşam məktəblərində oxuyurdu. Ümumtəhsil məktəblərində 172,000 müəllim işləyir.
Azərbaycanda ali məktəblərə qəbul olunan 84,000 tələbə üçün 7 gimnaziya və 33 liseyin də daxil olmaqla 225 ixtisas məktəbi vardır.
Qaçqın və məcburi köçkünlər üçün 702 məktəb var ki, onların da bir hissəsi qaçqın düşərgələri və evlərdə, bəziləri isə binalarda yerləşir. Qaçqın ailələrindən olan 88,000 uşaq bu məktəblərdə təhsil alır. Uzun illərdir ki, qaçqın uşaqların sayının çox olmasına görə məktəblər normadan çox şagird qəbul edir. 2003-cü ildə 58,000 (35%) qaçqın uşağı ikinci və üçüncü növbədə oxuyurdu.
Gənclər orta peşə təhsilini çoxistiqamətli təhsil təsisatları şəbəkəsi vasitəsilə alırlar.
2000-2001 dərs ilinin əvvəlində Azərbaycanda 41,000 tələbənin təhsil aldığı 58 orta peşə məktəbi fəaliyyət göstərirdi.
1990-cı illərin ilk yarısında texniki peşə məktəblərinə qəbulun azalması 1998-ci ildən etibarən bu məktəblərə qəbulun nəzərəçarpacaq şəkildə artması ilə əvəz olunmuşdur. Tələbə Qəbulu üzrə Dövlət komissiyasının məlumatına əsasən peşə məktəblərinə hər 100 yer üçün 138 sənəd verilir. Tibb məktəblərinə sənəd verən abituriyentlərin sayı isə hələ də yüksəkdir. Belə ki, hər 100 yer üçün 186 sənəd verilir.
Ali məktəblər dövlət və qeyri-dövlət ali təhsil təşkilatlarının geniş şəbəkəsi ilə təmsil olunur.
Azərbaycan Respublikasında 2000-2001 dərs ilinin əvvəlində 91,000 tələbəsi olan 25 ali məktəb fəaliyyət göstərirdi. Bundan başqa, aşağıda adları çəkilən xüsusi akademiyaları da mövcuddur: Ali Hərbi Məktəb, Ali Hərbi Gəmiçilik Məktəbi, Bakı Polis Akademiyası və Milli Təhlükəsizlik Akademiyası.
1995-ci ildən etibarən ali məktəblərə qəbulun artması ali təhsilə olan marağın artdığını göstərir. Bunu Dövlət Statistika komitəsinin 2000-ci ilin Noyabr ayında ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri arasında keçirdiyi sorğunun nəticələri də təsdiq edir. Belə ki, orta məktəbi qurtaran şagirdlərin 90%-i təhsillərini hər hansı formada davam etdirmək, 65%-i isə universitetlərə qəbul olmaq istədiklərini bildirmişlər.
2000-ci ildə ali məktəblərə qəbul olunanların sayı 20,500 nəfər olaraq 1995-ci illə müqayisədə 33% (5,100) artıq olmuşdur. Bu artım həm yerlərin, həm də abituriyentlərin sayında müşahidə olunmuşdur.
Tələbə Qəbulu üzrə Dövlət komissiyasının verdiyi məlumata əsasən orta hesabla hər yüz yerə 275 abituriyent sənəd vermişdir. Aşağıdakı ixtisaslara ən çox maraq göstərilib: humanitar elmlər, beynəlxalq münasibətlər, musiqi və incəsənət ixtisasları üzrə hər üç yerə bir nəfər, tibb, kimya və biologiya ixtisaslarına isə bir yerə 3-4 abituriyent iddia etmişdir.
Azərbaycanda təhsil sahəsində keçirilən yeniliklərdən biri də yeni tipli təhsil müəssisələrinin açılmasıdır.
Qeyri-dövlət orta peşə məktəblərinin sayı çox deyil. Bu da, öz növbəsində, belə dərəcəli mütəxəssislərin hazırlanmasına mənfi təsir göstərir. 2000-2001 tədris ilinin əvvəlində ölkədə yalnız 3 qeyri-dövlət orta peşə məktəbi fəaliyyət göstərirdi ki, bu məktəblərdə də 1,439 şagird təhsil alırdı. Onlardan 616 müəllim hazırlığı, 742 tibb və 81 nəfər isə filologiya sahəsində təhsil alırdı.
Ölkədə həmçinin bir sıra qeyri-dövlət ali məktəbləri də mövcuddur. 2000-2001-ci dərs ilinin başlanğıcında 18 lisenziyası olan qeyri-dövlət ali məktəbi fəaliyyət göstərirdi. Həmin vaxt, bu ali məktəblərdə 28,700 tələbə təhsil alırdısa, 1995-1996-cı ildə bu göstərici 12,500 nəfər idi.
İş bazarının ehtiyaclarını ödəmək məqsədilə mütəxəssis hazırlığı kommersiya ali məktəbləri tərəfindən aparılır və burada təhsil alanların 26% iqtisadiyyat və 20% hüquq təhsili alır.
15 və yuxarı yaş qrupunda hər 1000 nəfərə təhsil nailiyyəti (2001-ci il)
|
Ali və orta təhsil. Bunlardan: |
908 |
|
Ali |
108 |
|
Natamam ali |
9 |
|
Orta ixtisas |
122 |
|
Orta |
511 |
|
Natamam orta |
158 |
Orta təhsil (2001-ci il)
|
Məktəblər |
4528 |
|
Şagirdlər |
1,648,540 |
|
Müəllimlər |
159,745 |
Orta ixtisas təhsili (2001-ci il)
| |
Dövlət |
Özəl |
|
Məktəblər |
68 |
3 |
|
Şagirdlər |
41200 |
1400 |
|
Müəllimlər |
5316 |
216 |
Ali təhsil (2001-ci il)
| |
Dövlət |
Özəl |
|
İnstitutlar |
25 |
18 |
|
Tələbələr |
91,000 |
28,700 |
|
Professorlar və müəllim heyəti |
10786 |
2,400 |
2. Elm
Ölkədə geniş şəkildə elmi təsisatların şəbəkəsi yaradılıb. 2001-ci ildə 137 elmi araşdırma institutu, ali məktəb və digər qurumlar fəaliyyət göstərirdi ki, burada da 26,400 tələbə elmi araşdırma ilə məşğul idi.
Elmi-tədqiqat
| |
1990 |
1995 |
1996 |
1997 |
1998 |
1999 |
2000 |
2001 |
|
İnstitutlar Cəmi:
|
151 |
146 |
141 |
141 |
135 |
135 |
137 |
137 |
|
O cümlədən:
Elmi-Tədqiqat İnstitutları |
85 |
108 |
105 |
98 |
95 |
95 |
95 |
95 |
3. Mədəniyyət
2004-cü il əvvəllərində Azərbaycanda 3,354 klub, 4,374 ictimai kitabxana, 607 kinoteatr, 27 peşəkar teatr, 4 filarmoniya cəmiyyəti, 7 musiqi qrupu və 155 muzey fəaliyyət göstərirdi. Teatr əsərləri Azərbaycan, rus və ləzgi dillərində oynanılır.
İctimai kitabxanalar
|
Şəhər və kəndlərdə |
1990 |
1991 |
1992 |
1993 |
1994 |
1995 |
1996 |
1997 |
1998 |
1999 |
2000 |
2001 |
|
İctimai kitabxanaların sayı |
4605 |
4795 |
4909 |
4890 |
4872 |
4794 |
4644 |
4608 |
4522 |
4382 |
4374 |
4152 |
|
İctimai kitabxanalarda kitab və jurnallar fondu Cəmi mil. nüsxə |
45,3 |
45,9 |
44,5 |
42,2 |
40,4 |
39,3 |
38,9 |
38,6 |
38 |
37,2 |
38,7 |
36,9 |
|
Hər 1000 nəfərə nüsxə |
6386 |
6375 |
6078 |
5674 |
5373 |
5168 |
5063 |
4982 |
4857 |
4708 |
4867 |
4603 |
|
İctimai kitabxanalarda oxuyucuların sayı (min nəfər) |
4145 |
4171 |
3246 |
3141 |
3107 |
3031 |
2962 |
2967 |
2881 |
2899 |
2984 |
2912 |
Muzey və teatrlar
|
Muzeylərin sayı (ilin axırına) |
1990 |
1991 |
1992 |
1993 |
1994 |
1995 |
1996 |
1997 |
1998 |
1999 |
2000 |
2001 |
|
124 |
122 |
128 |
136 |
135 |
145 |
145 |
150 |
152 |
153 |
155 |
156 |
|
Gələnlərin sayı
(min nəfər) |
1154 |
2595 |
2027 |
2290 |
1595 |
1543 |
1635 |
1502 |
1377 |
1235 |
1196 |
1121 |
|
Hər 1000 nəfərə |
164 |
363 |
279 |
311 |
213 |
204 |
214 |
195 |
177 |
157 |
151 |
140 |
|
Teatrların sayı
(professional,
ilin axırına) |
20 |
20 |
22 |
24 |
26 |
26 |
26 |
26 |
26 |
26 |
27 |
27 |
|
Baş çəkənlərin sayı (min nəfər) |
1376 |
1584 |
1372 |
1587 |
1459 |
1201 |
744 |
801 |
842 |
853 |
925 |
837 |
|
Hər 1000 nəfərə |
195 |
221 |
189 |
215 |
195 |
159 |
97 |
104 |
108 |
108 |
117 |
105 |
Kinoteatrlar
|
|
1990 |
1991 |
1992 |
1993 |
1994 |
1995 |
1996 |
1997 |
1998 |
1999 |
2000 |
2001 |
Ödənişli kinematoqrafların sayı, Bunlardan: |
2164 |
1800 |
1025 |
956 |
906 |
790 |
696 |
677 |
671 |
632 |
607 |
607 |
|
Baş çəkənlər (min nəfər) |
30195 |
31462 |
5629 |
1607 |
583 |
293 |
221 |
193 |
122 |
140 |
305 |
310 |
|
Baş çəkənlərin orta sayı, cəmi hər 1000 nəfərə |
4280 |
4399 |
775 |
218 |
78 |
39 |
29 |
25 |
16 |
18 |
38 |
50 |
4. Səhiyyə
2000-ci ildə ölkədə 735 xəstəxana və 1,614 ambulator poliklinika fəaliyyət göstərirdi. Müqayisə üçün, 1990-cı ildə 731 xəstəxana və 1,826 ambulator poliklinika var idi. 2000-ci ildə hər 10,000 nəfərə düşən həkimlərin sayı 36,5-idisə, bu rəqəm 1990-cı ildə 38,7-ə bərabər idi.
2000-ci ildə tibbi müalicə alan əhalinin sayı 2,7 milyon nəfər idi. Bu 1990-cı il göstəricisindən 18,5% azdır. Bunlardan, 1,2 milyon insan və yaxud dispanserlərə gələn hər yeddi nəfərdən biri xroniki xəstəliklərlə bağlı müraciət etmişdir.
2001-ci il məlumatlarına əsasən, bu xəstəliklərin arasında ən çox rast gəlinən qida sistemi, nəfəs orqanları, əsəb sistemi, hissiyyat orqanları və müxtəlif növ iltihablarla əlaqəli əstəliklərdir.
Əsas göstəricilər (2001-ci il)
|
Həkimlər (bütün peşədən olanların faizi) |
29.1 |
|
Hər 10,000 nəfərə |
36.3 |
|
Xəstəxanalar |
735 |
|
Xəstəxanalarda çarpayıların sayı |
69,900 |
|
Hər 10,000 nəfərə |
86.0 |
|
Təcili tibbi yardım maşınları |
1,618 |
5. Ekologiya
Hər il ölkənin içməli su ehtiyatlarından 11-14 milyard kub metr su istifadə olunur. Bu bərpa olunan resursların 34 faizini təşkil edir. İstehlak 7-10 milyard kub metr arasında dəyişməklə 60 faizi kənd təsərrüfatı, 35 faiz sənaye və 5 faiz isə ev təsərrüfatı işlərində istifadə olunur.
İllik çirkab sularının həcmi 138-180 milyon kub metrdir və bunun 91% ev və ofislərin payına düşür.
2000-ci ildə yer mənbələrindən olan atmosfer tullantılarının həcmi 515,000 ton və ya adambaşına 64 kiloqram olmuşdur. Hava çirklənməsinin əsas mənbəyi avtomobil motorlarıdır ki, bunun da 2000-ci ildə həcmi cəmi tullantılardan 43 faiz və ya 393,000 ton təşkil etmişdir. Digər əsas çirklənmə mənbəyi isə toksik tullantılardır. Hesablamalara əsasən, bu tullantıların həcmi 2,900 ton olmuşdur.
Azərbaycanda flora və faunanın mühafizəsi və artırılması məqsədilə 192,000 hektar ərazisi olan 14 təbii qoruq mövcuddur. 2001-ci ildə ətraf mühitin qorunması və təbii qoruqların idarə edilməsi üçün xərclənən vəsaitin miqdarı 104,2 milyard manat olmuşdur ki, bu da ümum daxili məhsulun 0,4 faizini təşkil edirdi.
Ölkədə müşahidə olunan iqtisadi çətinliklərlə əlaqədar 90-cı illərin sonunda ətraf mühitin mühafizəsinə qoyulan investisiyanın həcmi azalmışdır. 2000-ci ildə ətraf mühitin mühafizəsi üçün yalnız 8,6 milyard manat investisiya qoyulmuşdur.
6. İdman
Azərbaycanda bədən tərbiyəsi və idman çox populyardır. Bütün universitet və kolleclərdə bədən tərbiyəsi kafedraları fəaliyyət göstərir. Bədən tərbiyəsi dərsi orta məktəblərin də dərs cədvəlinə daxil edilibdir. Bütün universitet və məktəblərdə idman müəllimləri və qurğuları mövcuddur. Bununla yanaşı, mütəmadi şəkildə regional, milli və beynəlxalq idman yarışları keçirilir.
Əyalətlərdə güləş və çoşqan da daxil olmaqla ənənəvi milli idman növlərinə üstünlük verilir. Bir çox azərbaycanlıların sevdiyi oyunlardan biri də Nərddir, və bu oyun ən çox bəyənilən əyləncə növlərindən biridir.
Müstəqilliyi bərpa etdikdən sonra Azərbaycan idmançıları beynəlxalq idman yarışlarında daha da fəal iştirak etməyə başlayıblar. 1995-ci ildə dünya və Avropa birinciliklərində mübarizə aparan idmançılarımızın sayı 165 idisə, növbəti ildə bu rəqəm 412-ə bərabər oldu. 1995-ci ildə azərbaycanli idmançılar beynəlxalq yarışlarda 22 qızıl, 15 gümüş və 27 bürünc medal, 1996-cı ildə isə 21 qızıl, 17 gümüş və 28 bürünc medal qazanmışdılar.
Azərbaycan ilk dəfə 1996-cı il Atlanta Olimpiya Oyunlarında müstəqil milli komanda ilə təmsil olunmuşdur. Güləşçi Namiq Abdullayev bu Olimpiyadada gümüş medal qazandı. 1995-ci ildə o Avropa çempionu, 1996-cı ildə isə Avropa birinciliyinin bürünc və 1997-ci ildə gümüş mükafatçısı olmuşdur.
Azərbaycan qadınlarının da idman sahəsindəki nailiyyətləri xüsusi əhəmiyyət daşıyır. Bütün ənənəvi qadın idman növləri ilə yanaşı, Azərbaycan qadınları sumo güləşi və sərrast atıcılıq növlərində öz məharətlərini göstəriblər. Zülfiyyə Həsənova 1995 və 1996-cı illərdə sumo üzrə dünya çempionu, 1995-cı ildə Avropa çempionu və 1997-ci ildə Avropa ikincisi olmuşdur. Zemfira Meftəhəddinova isə atıcılıq növündə nəzərə çarpacaq nailiyyətlər əldə etmişdir. O, 1990-cı ildə komanda yarışında Avropa çempionluğunu qazandı. 1996-cı ildə rekordu təzələyərək Avropa Çempionu oldu.
Şahmat oyunu da Azərbaycanda çox populyardır. Bakıda doğulub böyüyən Dünya çempionu Qari Kasparovun ənənələrini davam etdirən Aynur Sofiyeva, Firuzə Vəlixanlı və İlahə Qədimova böyük nəticələr əldə ediblər. 1991-ci ildə 12 yaşlı İlahə Qədimova 16 yaşlılar arasında çempion olmuşdur. 1992-ci ildə o gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı, 1993-cü ildə tələbələr arasında Avropa birinciliyinin qalibi, 1994-cü ildə 20 yaşlı şahmatçılar arasında Avropa çempionu və 1996-cı ildə isə Beynəlxalq Tələbə Olimpiadasında üçüncü yeri tutmuşdur.
1998-ci ildə Litvanın Yurmala şəhərində Müdavimlərin Boks üzrə Avropa çempionatı keçirilmişdir. Bu yarışda 29 ölkənin komandası iştirak edirdi. Azərbaycan bu birincilikdə tam heyətlə təmsil olunurdu. Sərt rəqabət şəraitində keçirilən yarışlarda Azərbaycanlı boksçular Murad Çupalayev (69 kq.), Fərxad Acalov (54 kq.) və Etibar Tağıyev (60 kq.) müvafiq olaraq qızıl, gümüş və bürünc medal qazanmışdılar.
2000-ci ildə Azərbaycan Sidneydə keçirilən Olimpiya oyunlarında iştirak etmişdir. Azərbaycanlı idmançılar 2 qızıl və bir bürünc medal qazandılar. Zemfira Meftəhəddinova və Namiq Abdullayev müvafiq olaraq stend atıcılığında və sərbəst güləş üzrə qızıl medala layiq görüldülər. Gənc boksçu Vüqar Ələkbərov isə bürünc medal qazandı. Bundan başqa, 8 idmançı fəxri diplomla mükafatlandırıldılar. Rəsul Səlimov və Ruslan Xairov 5-ci yeri, İslam Daxçiyev altıncı yeri, Elçin İsmayılov, Zülfiyə Hüseynova, Natiq Eyvazov və Şamil Əfəndiyev yeddinci yeri, Elxan Süleymanov isə səkkizinci yeri tutdular.
2001-ci il iyunun 23-də Azərbaycanın paytaxtı Bakı şəhərində XV Olimpiya Qaçış Günü keçirilmişdir. Yarış qadın də kişilərin iştirak etdiyi 10, 4 və 2 kilometr məsafələrə qaçışlardan ibarət olmuşdur. Yarış proqramına bir neçə mədəni tədbirlər də daxil edilmişdir. Sumqayıtdan və Bakıdan 2500 həvəskar idmançı, o cümlədən xarici vətəndaşlar Olimpiya Qaçış Günündə iştirak etmişlər. İlk üç yeri tutan idmançılar xüsusi mükafatlara və Beynəlxalq Olimpiya Komitəsinin diplomlarına layiq görülmüşlər. Bütün iştirakçılara onların qaçışdakı iştirakını təsdiq edən sertifikatlar təqdim edilmişdir. Qadın yarışçılar arasında ən yaşlı iştirakçı 63 yaşlı Taisiya Nalivayko, kişilər arasında isə 71 yaşlı Nikolay Kopalov olmuşdur. Ən gənc iştirakçılar isə 8 yaşlı Səbinə Mürsəqulova və 4 yaşlı Nihat Heydərov idi. Bir həftədən sonra buna oxşar yarış Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə keçirilmişdir.
İdman qurğuları
| |
1992 |
1993 |
1994 |
1995 |
1996 |
1997 |
1998 |
1999 |
2000 |
2001 |
|
Ümumi idman qurğularının sayı |
8,147 |
8,167 |
8,140 |
6,670 |
6,937 |
6,885 |
7,238 |
7,864 |
7,908 |
8,129 |
|
İdmanla məşğul olanların sayı min nəfər)
|
392.0 |
376.0 |
370.0 |
394.1 |
298.7 |
353.4 |
329.6 |
352.6 |
355.2 |
400.5 |
7. Turizm
Azərbaycan hökumətinin qəbul etdiyi "Açıq Qapılar" siyasəti, həmçinin Respublikada həyata keçirilən demokratikləşmə sosial-iqtisadi islahatlar müasir Azərbaycanın vətəndaşlarının dünyagörüşlərinin zənginləşdirilməsinə kömək etmiş və onlara xarici ölkələrə səyahət etmək imkanı yaratmışdır. 1994-cü ildə xarici ölkələrə səyahət edən turistlərin sayı 35,876 nəfər, 1995-ci ildə 104,439 nəfər, 1996-cı ildə isə 74,045 nəfərə düşmüşdür. 1997-ci ilin birinci rübündə səyahət edənlərin sayı 31,470 nəfər təşkil etmişdir.
Azərbaycana səyahət edən turistlərin sayı 1994-cü ildə 43,551 nəfər, 1995-ci ildə 44934 nəfər, 1996-cı ilə isə 16350 nəfər olmuşdur. 1997-ci ilin birinci rübündə Azərbaycana səyahətə gələnlərin sayı 6767 nəfər təşkil etmişdir. 1994-cü ildən 1997-ci ilin birinci rübünün sonuna kimi Azərbaycan turizmdən 181 milyon dollar qazanc əldə etmişdir. 2001-ci ildə Azərbaycana gələn xarici turistlərin sayı 6,300 nəfər olmuşdur.
Turizm sahəsində əməkdaşlığa dair Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Çin, Yunanıstan, Fransa, İran İslam Respublikası, Rumıniya, Türkiyə və MDB ölkələri ilə razılaşmalar imzalanıb. Bu razılaşmalar turizm sahəsində inzibati səviyyədə əməkdaşlığın təmin edilməsi, yeni xidmət növlərinin yaradılması istiqamətində birgə layihələrin işlənib hazırlanması, əməkdaşların treninqi, nümayəndələrin, ekspert qruplarının və ədəbiyyatın, sərgilərin, konfransların, qurultayların və mədəniyyət tədbirlərinin təşkili istiqamətində mübadilə, və həmçinin turist səyahətlərində rəsmiyyət işlərinin asanlaşdırması məsələlərini əhatə edir. Bu istiqamətdə, müxtəlif dövlətlərin mütəxəssisləri ilə sənəd paketləri indi də hazırlanmaqdadır.
1994-cü ildən etibarən xarici turizm şirkətləri ilə birbaşa əlaqələr yaradılıb. Turist mübadiləsi sahəsində 41 razılaşma və müqavilə artıq imzalanıb. Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq və "Avrasiya" Beynəlxalq Turist Təşkilatlarının üzvüdür.
Azərbaycan qədim şəhərləri, qəsrləri, sarayları, mavzoleyləri, məscidləri, qalaları və karvansaraları ilə turizm sənayesinin inkişaf etdirmək üçün böyük potensiala malikdir. Həmçinin, unikal Qobustan qoruğunda unikal qədim muzey, Suraxanıda isə Atəşgah məbədi var. Bundan başqa, Şirvanşahların qədim saray kompleksi və Qız qalası kimi tarixi abidələr Azərbaycandadır. Ümumilikdə, Azərbaycan ərazisində yüksək arxitektor irsə malik 6000-dən çox tarixi abidə mövcuddur.
Turizm Statistikası
| |
1997 |
1998 |
1999 |
2000 |
2001 |
|
Xarici turistlər |
305,830 |
483,163 |
602,047 |
681,000 |
766,992 |
|
Turizmdən gəlir (mil. ABŞ dolları) |
285.08 |
549.05 |
649.80 |
716.60 |
750.26 |
|
|