Ümumi məlumat
1. Xəritə
2. Dövlət rəmzləri
2.1 Bayraq
2.2 Gerb
2.3 Milli himn
3. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
4. Ümumi məlumat
4.1 Yerləşdiyi yer
4.2 Dövlətin rəsmi adı
4.3 Paytaxtı
4.4 Dövlət dili
4.5 Din
4.6 Pul vahidi
4.7 Əhalisi
5. Milli bayramlar
5.1. Xatirə günləri
6. Ərazisi
6.1 Ərazisi
6.2 Quru sərhədlərinin uzunluğu
6.3 Həmsərhəd dövlətlərlə olan sərhədlərin uzunluğu
6.4 İnzibati bölgü
6.4.1 Muxtar Respublika
6.4.2 Rayonlar
6.4.3 Əsas şəhərlər
1. Xəritə
2. Dövlət rəmzləri
2.1. Bayraq
Bayraq hər biri digərinə bərabər endə və üfüqi vəziyyətdə əks olunmuş üç rəngli zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Mavi rəng türk (Azərbaycan) xalqına, qırmızı rəng azadlıq, demokratiya və insan hüquqları, yaşıl rəng isə İslam sivilizasiyasına məxsusluğun rəmzi mənalarını daşıyır. Qırmızı rəngli zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkiz guşəli ulduz təsvir olunmuşdur. Səkkiz guşəli ulduz türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir. Bayrağın eni və uzunluğu 1:2 nisbətindədir.
2.2 Gerb
Gerbdəki ulduz bayraqda olduğu kimi eyni rəmzi mənanın - türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir. Kənarları qızılı rəngli zolaqla hüdudlanan səkkiz guşəli ulduz üç rəngli: yaşıl (aşağı), qırmızı (orta) və mavi (yuxarı) dairəvi zolaqların üzərində əks olunur. Bu rənglər bayraqdakı rənglərin daşıdığı eyni rəmzi mənanın ifadəsidir.
Ulduzun bütün guşələri arasındakı mavi dairəvi zolağın üzərində qızılı rəngdə səkkiz kiçik nöqtə əks olunmuşdur. Mərkəzdəki iri ulduzun ortasında alov şəkli təsvir olunmuşdur. Alov ölkənin digər rəmzi adının - Odlar Yurdunun ifadəsidir. Alov həmçinin azadlığın rəmzi ifadəsidir. Bütün bunları üzərində cəmləşdirən qızılı rəngli dairə sünbüllərin və palıd budaqlarının təsvirlərindən ibarət qövsün üzərində əks olunmuşdur.
2.3. Milli himn
Musiqisi: Üzeyir Hacıbəyov
Sözləri : Əhməd Cavad
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
3. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
İlham Əliyev
Tərcümeyi-hal
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur.
1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxumuşdur.
1977-ci ildə orta məktəbi bitirdikdən sonra Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olmuşdur.
MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olmuşdur.
1985-ci ildə həmin institutu bitirdikdən sonra beynəlxalq münasibətlər və tarix elmləri üzrə elmlər namizədi dərəcəsi almışdır.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləmişdir.
1991-1994-cü illərdə Moskva və İstanbul şəhərlərində özəl biznes sahəsində çalışmışdır.
1994-cü ilin may ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin 1-ci müavini təyin olunmuşdur.
1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmişdir.
1997-ci ildən etibarən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir.
1999-cü ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə isə sədrin birinci müavini seçilmişdir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur.
2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmiş, 2004-cü ilin aprelində isə AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.
Evlidir. Üç övladı - oğlu və iki qızı var.
4. Ümumi məlumat
4.1 Yerləşdiyi yer: Azərbaycan Respublikası Avropa və Asiyanın qovşağında, Cənubi Qafqazın cənub-şərq hissəsində yerləşir. Azərbaycan Respublikası şimaldan Rusiya Federasiyası, cənubdan İran İslam Respublikası, qərbdən Türkiyə, Gürcüstan və Ermənistan Respublikaları, şərqdən Xəzər dənizi vasitəsi ilə Qazaxıstan və Türkmənistanla həmsərhəddir.
4.2 Dövlətin rəsmi adı: Azərbaycan Respublikası
4.3 Paytaxtı: Əhalisinin sayı 1 811 000 (2006-cı ilin statistikasına əsasən) nəfər olan Bakı şəhəri
4.4 Dövlət dili: Azərbaycan dili
4.5 Din: Din dövlətdən ayrıdır və bütün dinlər qanun qarşısında bərabərdir
4.6 Pul vahidi: Manat. 1 ABŞ dolları = 0.9170 manat (yanvar, 2006-cı il)
4.7 Əhalisi: 8 436 000 nəfərdir (yanvar, 2006-cı il).
5. Milli bayramlar
1 Yanvar - Yeni il
8 Mart - Qadınlar günü
20-21 Mart - Novruz bayramı
9 May - Faşizm üzərində qələbə
28 May - Respublika günü
15 İyun - Milli qurtuluş günü
26 İyun - Silahlı qüvvələr günü
18 Oktyabr - Milli müstəqillik günü
12 Noyabr - Konstitusiya günü
17 Noyabr - Milli dirçəliş günü
31 Dekabr - Ümumdünya azərbaycanlılarının həmrəylik günü
Qurban və Ramazan bayramları: keçirilmə tarixləri hər il qəməri təqvimlərinə uyğun olaraq dəyişir.
5.1. Xatirə günləri
20 yanvar - Şəhidlərin Xatirə günü
26 fevral - Xocalı Soy qırımı
31 mart - Azərbaycanlıların Soy qırımı
6. Ərazisi
6.1 Ərazisi: 86,600 km2
6.2 Quru sərhədlərinin uzunluğu: 2,646 km
6.3 Həmsərhəd dövlətlərlə olan sərhədlərin uzunluğu: Ermənistanla - 1007 km, Gürcüstanla - 480 km, İranla - 756 km, Rusiya ilə - 390 km, Türkiyə ilə - 13 km.
6.4 İnzibati bölgü
6.4.1 Muxtar Respublika
Naxçıvan Muxtar Respublikası
Respublikanın tərkibinə 65 rayon, 69 şəhər, 13 şəhər rayonu, 130 şəhər tipli qəsəbə və 4354 kənd yaşayış məntəqəsi daxildir.
6.4.2 Rayonlar
Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Dəvəçi, Fizuli, Gədəbəy, Goranboy, Göyçay, Hacıqabul, Xaçmaz, Xanlar, Xızı, Xocalı, Xocavənd, İmişli, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Laçın, Lerik, Lənkəran, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şamaxı, Şəki, Şəmkir, Şuşa, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan, Zərdab
6.4.3. Əsas şəhərlər
Bakı, Əli Bayramlı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şuşa, Yevlax