English Version
MFA MFA
MFA
HomeMail
Language
shar
MFA
pxl
pxl
Azərbaycan Respublikası
pixel
Diplomatik Xidmət
pixel
Xarici siyasət və beynəlxalq münasibətlər
pixel
Konsulluq xidməti
pixel
Normativ hüquqi əsaslar
pixel
Çıxışlar
pixel
XİN-bəyanatları
pixel
Diplomatiya Aləmi Jurnalı
pixel
Təlim-Tədris Mərkəzi
pixel
Xəbərlər
pixel
Linklər
pixel
İşə qəbul
pixel

Diplomatik Nümayəndəliklər

pxl
İqtisadiyyat


1. Milli İqtisadiyyat
  1.1. Ümumi Daxili Məhsul
  1.2. Sənaye
  1.3. Neft sənayesi
  1.4. Təbii qaz
  1.5. Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq
2. Əmək bazarı
3. Xarici ticarət
4. Nəqliyyat və Kommunikasiya xətlər

1. Milli İqtisadiyyat

     1.1. Ümumi Daxili Məhsul (ÜDM)
     1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası bazar iqtisadiyyatının tətbiqində çoxsaylı və yeni problemlərlə rastlaşdı. Azad bazar prinsiplərinə keçid qeyri-sağlam mərkəzləşdirilmiş planlı iqtisadiyyatın idarəetmə strukturu ilə yanaşı, xüsusilə müstəqilliyin ilkin vaxtlarından 1994-cü ilədək Azərbaycan iqtisadiyyatını zəiflətdi. Bu dövrdə ÜDM hər il 13-20% aşağı düşərək 1994-cü ildə 1,873 milyard manat təşkil etmişdir. Azərbaycan iqtisadiyyatı tam iflas astanasında idi. ÜDM 23,6 trilyon manat səviyyəsinə yalnız 1996-cı ildən 2000-ci ilə kimi qalxdı ki, bu da bu müddət ərzində 39% təşkil edirdi.

     

Əsas göstəricilər (2001-ci il), milyon manat


Büdcə
Gəlirlər 3924,0 ÜDM-un 14.7 %
Xərclər 4037,5 ÜDM-un 15.2 %
Defisit
-113,4 ÜDM-un 0.4 %
Ümumi Daxili Məhsul
Cəmi
26619.8
Adam başına
3331.1

      1.2 Sənaye
      1990-ci ildən 1995-ci ilə kimi olan dövr iqtisadiyyatın bazar prinsiplərinə uyğunlaşma mərhələsi kimi baxıla bilər. İqtisadiyyatın dərin və uzunsürən böhranı sənayeyə ciddi təsir göstərdi. Ənənəvi iqtisadi və ticari əlaqələrin qırılması və keçmiş sosialist respublikalarındakı bazarların itirilməsi sənayedə kəskin azalmanın səbəblərindən biri olmuşdur. Nəticə etibarı ilə, 1990-cı illə müqayisədə 1995-ci ildə sənaye istehsalı 70% aşağı düşmüşdür.
      1996-1997-ci illər ölkə iqtisadiyyatının stabilləşmə dövrü kimi xarakterizə olunur. 1997-ci ildə nəinki istehsalın aşağı düşməsinin qarşısı alınmış, hətta əvvəlki illə müqayisədə 0,3% artım müşahidə olmuşdur. Növbəti illər ərzində istehsalda artım templəri davam edərək beş il müddətinə - 1996-2000-ci illər ərzində 5,9% çatmışdır. İstehsal artımı dövlət mülkiyyətində olan elektrik stansiyaların, yanacağın, kimya və neft kimyası müəssisələrin, eləcədə özəl sektorda olan müəssisələrin uğurlu fəaliyyəti nəticəsində əldə edilmişdir. Lakin, maşınqayırma, yüngül sənaye, ərzaq sənayesi, tikinti materialları və bir neçə digər sektorlarda istehsalın azalması davam etmişdir.
      1996-cı ildən 2000-ci ilə kimi 2,103 yeni sənaye müəssisəsi işə başlamışdır və 2001-ci ilin yanvar ayının 1-nə bu rəqəm 4,835 çatmışdır. Yeni açılan kiçik müəssisələrin 90% özəl sektorun payına düşür. Bu müddət ərzində birgə və xarici kapitalla olan müəssisələrin sayı üçqat artmışdır.
      Hal-hazırda sənaye sektorunda 37 ölkəni təmsil edən xarici kapitalla olan 381 müəssisə fəaliyyət göstərir ki, buda müvafiq olaraq minlərlə yeni iş yerinin açılmasına səbəb olmuşdur.
      Neft ölkənin əsas milli sərvətidir. Neft sənayesi ölkə iqtisadiyyatının aparıcı sektoru olub və olmaqda da davam edir. Keçən onilliyin əhəmiyyətli hadisəsi aparıcı xarici şirkətlərlə 1994-cü il sentyabr ayının 20-də "Əsrin Müqaviləsinin" imzalanması olmuşdur. İlk neft Çıraq yatağından 1997-ci ilin noyabr ayında çıxarılmış və o vaxtdan 2000-ci ilin sonunadək 12,2 xam neft və 1,8 milyard kub metr qaz hasil edilmişdir. 2000-ci ildə, Azərbaycanda istehsal olunan neftin həcmi 14 milyon ton olmuşdur ki, buda 1990-cı illə 12% artıq və 1995-ci illə isə müqayisədə 1,5 dəfə çox, elektrik enerjisi isə 1995-ci illə müqayisədə 10% artmışdır.
      Adam başına milli istehsalın artımı sənaye istehsalının davam edən artımının bariz nümunəsidir. 1999-cu illə müqayisədə 1995-ci illə müqayisədə 1999-cu ildə adam başına çıxardılan neft 1,5 dəfə, elektrik enerjisi isə 2,5% artmışdır
      Həmçinin, neft məhsullarının (benzin, kerosin, dizel yanacağı, mazut), neft quyusu ləvazimatlarının, sement və tikinti materiallarının istehsalında da artım olmuşdur son illərdə kassa aparatlarının, mikrokalkulyatorların, telefon və ev cihazlarının istehsalı başlanmışdır.
      Əvvəllər idxal olunan bəzi məhsulların istehsalına başlanmışdır. Bundan əlavə, Azersun Holding (yağ, çay, konserv, səkər, kağız məmulatları), Coca-Cola (alkoqolsuz içkilər), BM-SUN (paçkalanmış çay), Azer-Castel (pivə), European Tobacco (siqaret), Nehir (parket), Sickendick (kolbasa məmulatları), DAD, Bərəkət (süd məsulları), Azeri Pen, Türk_Baycan (plastik qapı və pəncərələr) və digər xarici və birgə müəssisələr beynəlxalq standartlara uyğun mal istehsal edərək yerli bazarı təmin edir və beləliklə də idxalı əvəz etmiş olur. Bu, ticarət balansına yardım edir və tədiyyə (ödəniş) balansına müsbət təsir göstərir.
      Ölkədə, çoxlu sayda özəl kompaniyalar və olduqca böyük sayda kiçik müəssisələr vardır ki, buda özəl sektorun rolunun və miqyasının dinamik inkişafına gətirib çıxarır. Bu özəl sektorun ümumi sənaye istehsalında payını artırdı. Belə ki, əgər 1995-ci ildə bu göstərici 5,5% idisə, 1998-ci ildə bu 26,4%, 2000-ci ildə isə 43,7% təşkil etmişdir.
      2000-ci ildə kiçik müəssisələrin sənayedə sektorunda sayı 1,414 olaraq, 1995-ci il göstəricisindən 1,7 dəfə çox olmuşdur.
      Yeni özəl sektorda inkişafla bərabər, ölkənin böyük iqtisadi islahatlarının tərkibi olan özəlləşdirmə prosesi özəl sektorun inkişafına güclü təsir göstərdi. Özəlləşdirmə prosesi başlayandan 1 yanvar 2001-ci ilə kimi 47,7 milyard manat dəyərində 605 sənaye müəssisəsi özəlləşdirilmişdir. Xüsusi mülkiyyətin miqyasının və əhatəsinin genişlənməsi qeyri-dövlət sektorunun əhəmiyyətini üzə çıxartdı. Ümumi sənaye istehsalından özəl sektorun payı 1995-ci ildə 5,5% 2001-ci ildə 46,7% qalxmışdır.

      

İstehsal (Sənaye)


Dövlət mülkiyyəti 53,3 %
Qeyri-dövlət mülkiyyəti 46,7 %
  1997 1998 1999 2000 2001
Xam neft və təbii qas 31,2 % 32,3 % 46,8 % 53,4 % 54,4 %
Dəmir filiz 0,01 % 0,01 % 0,01 % 0,01 % 0,01 %
Dağ-mədən və daş karxanası 0,1 % 0,3 % 0,2 % 0,1 % 0,1 %
Ərzaq və içkilər 3,7 % 3,7 % 3,1 % 2,6 % 2,5 %
Tütün məmulatları 0,4 % 0,2 % 0,2 % 0,5 % 0,5 %
Hazır paltarlar 3,7 % 2,5 % 1,3 % 0,9 % 0,7 %
Paltarlar 0,2 % 0,4 % 0,1 % 0,2 % 0,2 %
Dəri məhsulları 0,2 % 0,3 % 0,1 % 0,1 % 0,1 %
Taxta 0,1 % 0,2 % 0,1 % 0,1 % 0,1 %
Kağız məmulatları 0,02 % 0,01 % 0,02 % 0,01 % 0,1 %
Poliqrafiya 0,2 % 0,3 % 0,4% 0,2 % 0,2 %
Koks və neftin təmizlənməsi 34,0 % 28,6 % 18,2 % 18,4 % 18,3 %
Kimyəvi məhsullar 2,9 % 3,4 % 3,5 % 3,4 % 3,4 %
Plastik və rezin məhsulları 0,4 % 0,4 % 0,2 % 0,1 % 0,2 %
Qeyri-metal mineral məhsulları 1,2 % 1,5 % 0,9 % 0,8 % 0,9 %
Əsas materiallar 0,7 % 0,6 % 0,2 % 0,1 % 0,2 %
Metal məhsulları 0,5 % 0,7 % 0,6 % 0,3 % 0,3 %
Maşın və aparatlar 1,8 % 1,9 % 1,0 % 1,1 % 1,1 %
Ofis ləvazimatı 0,05 % 0,03% 0,01 % 0,01 % 0,01 %
Elektrik cihazlar 0,3 % 0,5 % 0,2 % 0,2 %
Televiziya və kommunikasiya xətləri 0,1 % 0,04 % 0,1 % 0,04 % 0,1 %
Tibbi, optik ləvazimat, qol saatları 0,2 % 0,2 % 0,1 % 0,06 % 0,1 %
Avtomobil və qoşqu 0,01 % 0,0 % 0,0 % 0,01 % 0,01 %
Digər nəqliyyat ləvazimatı 0,9 % 0,7 % 0,8 % 1,9% 1,8%
Avadanlıq 0,2 % 0,2 % 0,2 % 0,2 % 0,2 %
Təkrar istehsal 0,01 % 0,01 % 0,06 % 0,06 % 0,05 %
Elektrik enerjisi, qaz və su 16,9 % 21,0 % 21,6 % 15,2 % 17,2 %

      1.3 Neft sənayesi
      1994-cü il sentyabr ayının 20-də Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə 11 xarici kompaniya arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri, Çiraq, Günəşli (AÇG) neft yataqlarının birgə işlənməsi barədə saziş imzalanmışdır. Bu sazişə "Əsrin Müqaviləsi" adı verilmişdir. Bu sazişi bağlayarkən tərəflər AÇG-dən 50 milyon ton neft hasil etməyi planlaşdırırdılar. ARDNŞ, BP, Unocal, Statoil, Lukoil, Exxon, Mobil, Itochu, Delta Hess, TPAO və digər şirkətlərdən ibarət Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı. "Əsrin Müqaviləsi" imzalanandan bəri Azərbaycan xarici neft şirkətləri ilə 21 neft müqaviləsi imzalamışdır. Bu layihələrin həyata keçirilməsi üçün 6 milyard investisiya qoyulmuşdur ki, bunun da 4 milyardı AÇG layihəsinə sərf edilmişdir. 1996-cı ilin fevral ayında Çıraq yatağından ilkin neftin çıxarılmasına dair qərar qəbul edilərək müvəffəqiyyətlə həyata keçirilmişdir.
      1997-ci ildə Azərbaycan Çıraq yatağından ilkin nefti əldə etdi. İlk vaxtlarda bu Bakı-Novorossiysk kəməri vasitəsilə nəql edilməyə başladı. Eyni vaxtda, Azərbaycan qərb istiqamətində Bakı-Supsa kəmərinin tikintisinə başlayaraq 1999-ci ilin aprel 17-də ayında istifadəyə verdi. Bu günə qədər, 22.6 milyon ton neft istehsal edilmişdir ki, bunun da 3,8 milyonu dünya bazarlarına Bakı-Novorossiysk, 18,6 milyonu isə Bakı-Supsa kəməri vasitəsilə nəql edilmişdir.
      Lakin, bu iki kəmər qüvvəsi gözlənilən neft həcmi qarşısında kifayət deyildir. 1997-ci il sentyabr ayının 5-də Prezident Heydər Əliyev əsas ixrac boru kəmərinə dair işçi qrupu yaratmışdır. 1999-cu il İstanbul Sammitində, Türkiyə, Gürcüstan və Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin tikintisinin başlanmasına dair saziş bağladılar. Həmçinin, bu üç dövlət birgə bəyanat da qəbul etmişdilər və bu sənəd ABŞ Prezidenti Bil Klinton tərəfindən də imzalanmışdır.
      Əsas ixrac boru kəmərinin tikintisini aparmaq üçün BTC Şirkəti yaradılmışdır. Tikintidə iştirak edən ARDNŞ, BP, Unocal, STATOIL, TPAO, ENI, Itochu, Delta Hess, TFE və INPEKS tərəfdaş şirkətlərdilər. Azərbaycan layihənin maliyyələşməsinin 25% öz üzərinə götürmüşdür.
      AÇG yataqları böyük həcmli işlənməmiş ehtiyatlara malikdirlər. Son vaxtlar aparılmış istismar işləri təxmin olunan hasil olunası neftin həcmi 4,2 milyard bareldən 5,4 milyard barelədək və ya 511 milyon tondan 730 milyon tonadək artırıldı. Bu resursların səmərəli istifadəsi üçün tam həcmli istismar planı hazırlandı və 30 avqust 2001-ci ildə istismarın 1-ci fazasına (Faza-I) başlanmasına dair sanksiya verilmişdir. Bu layihə Azəri yatağının mərkəzi hissəsinin istismarını nəzərdə tutur. Bu platformadan hasil ediləcək neft və müşaiyə qazı sahilə - Sanqaçal terminalına nəql ediləcəkdir. Neft 187 km uzunluğu olan dəniz dibi kəmər vasitəsilə nəql ediləcəkdir. Belə böyük həcmdə neft və qaz qəbul etmək ilə əlaqədar Sanqaçal terminalının genişləndirilməsi olduqca vacibdir. Bu baxımdan, Faza-I layihəsinin tərkib hissəsi olaraq Sanqaçal terminalı genişləndirilərək gündəlik 360,000 barel (48,6 min ton) neft qəbul etməyə imkanı verir. Gözlənilir ki, Faza-I çərçivəsində gündəlik 250,000 barel Çıraq-I və Mərkəzi Azəri platformalarından hasil edilən ilkin neft 2005-ci ilin birinci rübündə terminala vurulacaqdır. 2008-ci ildə təkcə bu iki yataqdan bu rəqəm gündəlik 500,000 barelə (ildə 25 milyon ton) çatacaqdır.
      Faza-II layihəsi Azəri yatağının şərq və qərb hissələrinin işlənməsini nəzərdə tutaraq, Faza-I bərabər Azəri yatağının işlənməsini başa çatdıracaqdır. Azəri yatağının qərb hissəsindən hasil edilən neftin həcmi 340,000 (ildə 17 milyon ton), şərq hissəsində isə 260,000 barel (ildə 13 milyon ton) təşkil edəcəkdir. Nəticə etibarı ilə, Azəri yatağından hasil olunan neftin həcmi gündəlik 800,000 (ildə 40 milyon ton) aşağı olmayaraq artacaqdır. Sanqaçal terminalı 2007-ci ildə gündəlik 1,2 milyon barel (ildə 60 milyon ton ) neft qəbul etmək üçün tutum həcmi genişləndiriləcəkdir. Bu Sanqaçal terminalını dünyada ön böyüklər sırasına qoyacaqdır. Bundan başqa, hazırkı qrafiklərə əsasən, Faza-II çərçivəsində Azəri yatağının şərq və qərb hissələrinin ilkin istismarı 2006-2007-ci illərdə başlayacaq ki, bu vaxtda Azəri yatağından hasil həcmi gündəlik 615,000 barelə (ildə 30 milyon ton) çatacaqdır.
      AÇG yataqlarının yekun istismar mərhələsi olan Faza-III 2007-ci ildə yekunlaşacaq və bu vaxt bu yataqlardan hasil edilən neft gündəlik 1 milyon bareli ötəcəkdir.
      18 sentyabr 2002-ci ildə Bakıda BTC kəmərinin təməl daşının qoyulması münasibəti ilə mərasim keçirilmişdir. Bu tədbirdə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və ARDNŞ sənəd imzalayaraq AÇG yataqlarının Faza-II çərçivəsində istismarına sanksiya verdilər. 1,760 km uzunluğu olan və 2,95 milyard dollar investisiya cəlb edən əsas ixrac boru kəmərinin tikilişi nəhəng layihədir. Bu layihə yeni Şərq-Qərb enerji koridorunu açacaq və Azərbaycanın orta səviyyəli neft istehsalı avadanlıqlarını dünya səviyyəli işlək avadanlıqları olan neft istehsalçına çevirəcəkdir.
      Türkiyə ərazisindən keçən neft kəməri Türkiyə hökuməti ilə BTC səhmdarları arasında olan Sazişə əsasən tikiləcəkdir. Bu Saziş 2002-ci ilin sentyabr ayının 20-də qüvvəyə minmişdir. Bu şirkət işlərin başlanması ilə əlaqədar Türkiyə ərazisindən keçən 10,70 km boru kəmərinin tikilməsinə cavabdeh olan Botaş Şirkətinə bildiriş göndərdi. Azərbaycan və Gürcüstanda tikinti işlərinə başlamaq üçün BTC kəmərinin keçəcəyi ərazilərin sahibləri və əldə edilmiş icazə və lisenziyalara dair sənədlərlə əlaqədar hazırlıq işləri başlanmışdır. Azərbaycan tərəfi qaz ixracı üçün ikinci boru kəmərini tikmək niyyətindədir. Bakı-Tbilisi-Ərzərum qaz kəməri ehtiyatlarının 1 trilyon kub metr qaz olduğu güman edilən Şahdəniz yatağından başlayacaq.
      Ölkədə enerji və yanacağın əsas istehsalçıları Dövlət Neft Şirkəti və AzərEnerjidir. Bu müəssisələr 1990-cı ildə 63,3 milyon ton, 1995-ci ildə 35,4 milyon ton və 2000-ci ildə 40,4 milyon ton yanacaq hasil etmişlər. hasil edilən təbii yanacağın ? neft təşkil edirdi. 1990-cı ildə neft hasili 12,5 milyon ton, 2000-ci ildə isə 9,1 milyon ton təşkil etmişdir. Çıxarılan təbii qazın həcmi 1990-cı ildə 9,9 milyard kub metr, 1995-ci ildə 6,6 milyard kub metr, 2000-ci ildə isə 5,6 milyard kub metr olmuşdur. 1990-cı illə müqayisədə 2000-ci ildə elektrik enerjinin istehsalı 19% aşağı olaraq 18,7 milyard kvt. saat təşkil etmişdir. Bundan 17.1 milyard kvt. saat istilik elektrik stansiyalarının (91%), 1,5 milyard kvt. saat (9%) isə hidroelektrik stansiyalarının payına düşür. İstilik sistemləri üçün termik enerjinin istehsalı üçdə dəfə azalaraq 6,7 Qkal təşkil etmişdir.

      

1992-2000-ci illərdə Azərbaycanda Neft İstehsalı və İstehlakı
      
(min barel/gün)


  1992 1993 1994 1995 1996 1997 1998 1999 2000
İstehsal (cəmi)* 222 208 192 182 182 180 237 283 286
İstehsal (yalnız xam neft) 213 200 184 175 176 173 230 276 280
İstehlak 203 194 187 179 134 129 146 149 140

       * Bura xam neft, təbii qaz, mazut, digər yanacaq, neftin təkrar emalından alınan artım aiddir.

      1.4 Təbii qaz
      Hal-hazırda, Azərbaycan xalis təbii qaz idxalçısıdır. 2001-ci ildə Azərbaycan Rusiyadan 125 milyard kub fut təbii qaz idxal etmişdir ki, bunun 109 milyard kubu İtera tərəfindən, qalan hissəsi isə TransNeft tərəfindən təchiz edilmişdir. 2002-ci ildə Rusiyadan idxalın həcmi təxminən 141 milyard kub fut olmuşdur. ARDNŞ-nin İterayla Şirvanovka-Hacıqabul boru kəmərindən təchiz olunan qazın 1000 kub metrini 52 dollara almaq barəsində xüsusi müqaviləsi var.
      Güman edilir ki, Şahdəniz yatağı istismara başlayarsa, Azərbaycan gələcəkdə xalis təbii qaz ixracatçısına çevriləcək. Azərbaycan təbii qazın istismarı və ixracatı ilə bağlı Statoil və BP şirkətləri ilə razılığa gəlib. 2010-cu ildən etibarən Azərbaycan hər il 400-500 milyard kub fut təbii qaz əldə edə biləcək.
      Azərbaycan 2001-ci ilin mart ayında Türkiyə ilə müqavilə bağlamışdır. Bu müqaviləyə əsasən Azərbaycan Türkiyəni 2004-cü ildən başlayaraq 15 il müddətində 3.1 trilyon kub fut təbii qazla təchiz edəcəkdir. Həyata keçirilməsi gecikdirilə biləcək hazırkı plan 2004-cü il üçün 70.6 milyard kub fut, 2005-ci il üçün 106 milyard kub fut, 2006-cı il üçün 177 milyard kub fut, 2007-ci ildən 2018-ci ilə qədər hər bir il üçün 233 milyard kub fut təbii qaz vəd edir.

      

1992-2000-ci illərdə Azərbaycanda quru təbii qaz istehsalı və istehlakı
      
(trilyon kub fut)


  1992 1993 1994 1995 1996 1997 1998 1999 2000
İstehsal 0.275 0.240 0.225 0.232 0.237 0.210 0.197 0.212 0.200
İstehlak 0.523 0.388 0.332 0.318 0.328 0.323 0.197 0.212 0.200

       Qeyd: "Quru" qaz kondensatlardan təmizlənmiş qaza deyilir

      1.5 Kənd təsərrüfatı, Meşəçilik və Balıq sənayesi
      18 oktyabr 1991-ci ildə müstəqilliyin bərpasından sonra, 90-cı illərdə Azərbaycanda kənd təsərrüfatı sektoru ölkənin siyasi-iqtisadi sistemindəki dəyişikliklərə uyğun olaraq sürətli keçid vəziyyətində idi. Azad bazara prinsiplərinə keçid kənd təsərrüfatı, xüsusən də kolxoz və sovxoz islahatlarına, torpaq sahələrinin, qaramal və dövlət mülkiyyətinə aid digər kənd təsərrüfatı əmlaklarının özəlləşdirilməsinə, kənd təsərrüfatı istehsalına və ərzaqların alınmasına, həmçinin malların qiymətləndirmə nəzarətinin liberallaşdırılmasına dair mərkəzləşdirilmiş planlaşdırma və nəzarət strukturlarının ləğvinə səbəb oldu. Kolxoz və sovxozları əvəz etmək üçün yeni iqtisadi vahidlər yaradıldı, yenicə yaranmış fermerlərin rolu formalaşdı və kənd təsərrüfatı məhsulu həcminin artdığı kimi bu təsərrüfatların da sayı kəskin şəkildə artdı.
      1992-ci ildən 1995-ci ilə qədər kənd təsərrüfatı məhsulunun ümumi həcmi orta hesabla ildə 12% aşağı düşdü. Lakin, bu göstəricilər 1996-cı ildən başlayaraq hər il artmağa başladı (1997-ci il istisnadır) və 1999, 2000-ci illərdən başlayaraq müvafiq olaraq 7.1% və 12%-dən artdı. Taxıl istehsalının rekord həcminə 2000-ci ildə nail olundu, 1.54 mln. ton. Bu göstərici 1991-ci il illə müqayisədə 14.4% artmışdır. İki il ərzində taxıl məhsuldarlığı hər hektara 15% artdı.
      2000-ci ildə tərəvəz yığımı 780,800 tona çatdı, 1999-cu ildə isə bu rəqəm 3.1% aşağı olmuşdur.
      2000-ci ildə meyvə və giləmeyvə istehsalı 1991-ci il ilə müqayisədə isə 4.3% aşağı düşmüşdü. Lakin 1995-ci ildən istehsal yüksəlməyə başladı və ilbəil artdı (1996-cı il istisnadır). Meyvə və giləmeyvə istehsalı 2000-ci ildə 477,000 ton idi, bu isə 1996-cı il ilə müqayisədə 48.5%, 1999-cu il ilə müqayisədə isə 9.3% çox idi.
      Keçid dövrü və kənd təsərrüfatı sektorundakı yenidənqurma pambıq, üzüm və çay istehsalına mənfi təsir göstərərək, onların həcmini əhəmiyyətli dərəcədə aşağı saldı. 2000-ci ildə tütün istehsalı 1995-ci il ilə müqayisədə 47.9% və 1999-cu il ilə müqayisədə isə iki dəfə çox idi. Qaramalın kənd əhalisi arasında yayılması və təsərrüfatların özəlləşdirilməsi proqramı sayəsində bu dövr ərzində heyvandarlıq da həmçinin dinamik şəkildə inkişaf etdi.
      1996-cı ildən başlayaraq ət və yumurta istehsalı, 1995-ci ildən isə yun və süd istehsalı ilbəil artmağa başladı. 2000-ci ildə Azərbaycan 108,700 ton ət, 1,031,100 ton süd, 542,6 mln. yumurta və 10,900 ton yun istehsal etmişdir. 1995-ci illə müqayisədə bunlar müvafiq olaraq 32.6%, 24.8%, 19% və 21.1% artmışdır. Qiymətlərin üstünlük təşkil etməsi və bazar çatışmazlığı sayəsində istehsal olunmuş baramaların həcmi azalaraq 1991-ci ildə 5,900 tondan 2000-ci ildə yalnız 100 tona enmişdir. İpək toxuculuğu sektorunda istehsal edilən baramaların həcmi 1991-ci ildəki 5,900 tondan 2000-ci ildə 100 tona enmişdir ki, bu da hazır alıcı bazarının və üstün qiymətlərin olmamasının nəticəsi idi.
      1994-2000-ci illərdə qaramalın sayı 1991-1993-cü illərlə müqayisədə dinamik şəkildə artmışdır. 2000-ci ilin sonunda 2,021,600 baş qaramal var idi ki, bu da 1993-cü illə müqayisədə 24.7% çox idi. Bunlardan 958,900-ü inək və camış təşkil edirdi ki, bu da 1993-cü illə müqayisədə 34,7% çox idi. Həmçinin, Azərbaycanda 1993-cü illə müqayisədə 34.1% çox, yəni 6.1 mln. Baş qoyunu və keçisi var idi. Donuzların sayı 1991-ci ildə 137,300-dən 2000-ci ildə 18,600-ə enmişdir. Quşçuluq da həmçinin 27.7 mln.-dan 14.7 mln.-a enmişdir. 2001-ci ilin sonuna 2.09 mln. baş mal-qara var idi.

      

2001-ci il üçün kənd təsərrüfatı göstəriciləri


Cəmi (manatla) 5,899,653
Bitkiçilik 3,593,022
Mal-qara 2,306,631
Kənd təsərrüfatı müəssisələri 223,846
Fərdi təsərrüfatlar 5,079,543

2. Əmək bazarı


      2000-ci ildən istehsalat və sənaye sahəsində çalışanların sayı 3,748,200 nəfər olmuşdur ki, bu da 1995-ci illə müqayisədə 2.9% çox deməkdir. 2000-ci ildə sənaye fəaliyyətinin bütün sahələrinə cəlb olunan işçilərin sayı 3,704,500 nəfər olmuşdur, bunlardan 1,278,200 nəfəri dövlət sektorunda, 2,426,300 nəfəri isə özəl sektorda çalışmışdı.
      Özəlləşdirmə və bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq 1990-cı ildən bəri dövlət sektorunda çalışanların sayı aşağı enmişdir. 1990-cı ildə dövlət müəssisələrində 71% işçi qüvvəsi çalışırdısa, 2000-ci ildə bu rəqəm 35% enmişdir.
      Digər tendensiyalar göstərir ki, tikinti sahəsində işçi qüvvəsi azaldığı halda, xidmət sektorunda çalışanların sayı ildən ilə daha da artır. 1998-ci ilə qədər kənd təsərrüfatında çalışanların sayı dəyişməz olaraq qalmışdısa, 2000-ci ildən başlayaraq addım-addım yüksəlməyə başladı. 1990-cı ildə sənaye çalışanlar işçi qüvvəsinin 9.8% təşkil edirdi, 1995-ci ildən başlayaraq 2001-ci ildə 7% enmişdir. Kənd təsərrüfatında çalışanlar 1995-1998-ci illərdə 30.8% və 2000-ci ildə 42.3% təşkil etmişdir.
      1991-ci ildə Azərbaycanda "Dövlət Məşğulluq İdarəsi" qanununa müvafiq olaraq Dövlət Məşğulluq Agentliyinin əsası qoyuldu. 2000-ci ildə 43,700 nəfər şəxs Dövlət Məşğulluq Agentliyinə müraciət edərək iş tapdılar. 2001-ci il araşdırmalarına əsasən, yüksək orta məvacib neft və qaz sahələrində olaraq aylıq 885,600 manat təşkil edir. Ən aşağı orta aylıq məvacib, 75,500 manat, səhiyyə işçilərinə verilirdi.

      
Əmək qüvvəsi və Məşğuliyyət (2001-ci il)


İqtisadi aktiv və əmək qabiliyyətli insanlar 3,763,400
Qeydiyyatda olan işsizlər 1.3 %
Sənaye 6.8 %
Kənd və meşə təsərrüfatı 30.8 %
Tikinti 4.2 %
Nəqliyyat və Kommunikasiya 4.5 %
Ticarət və ictimai iaşə 18.9 %
Kommunal xidmətləri 4.3 %
Səhiyyə, fiziki hazırlıq və sosial təminat 4.9 %
Təhsil, mədəniyyət və incəsənət 10.2 %
Elm 0.8 %
Kredit, maliyyə, sığorta 0.3 %
İnzibati qurumlar 1.8 %
Digər 12.5 %

3. Xarici ticarət


     Azərbaycanın ticarət etdiyi ölkələrin sayı və ticarət həcmi ildən ilə artmaqdadır. 1992-ci il ilə müqayisədə 2001-ci ildə Azərbaycanın ticarət etdiyi xarici ölkələrin sayı iki dəfə çoxalaraq ticarətin həcmi 20.7% artmışdır ki, burada idxal 24.7%, ixrac isə 17.6% təşkil etmişdir.
     1990-cı illərin əvvəllərin iğtişaşlardan sonra 1994-cü ilin sentyabrında "Əsrin Müqaviləsi" sazişinin imzalanması ilə milli neft strategiyası başlanması ilə yaranan iqtisadi və siyasi sabitləşmə nəticəsində 1997-ci ildə xarici ticarətin həcmi 1993-cü il səviyyəsindən 16,4%, 1998-ci ildə 24,3%, 1999-cu ildə 45,2%, 2000-ci ildə isə 2,2 dəfə artmışdır.
     2000-ci il ərzində Azərbaycan 122 xarici ölkə ilə ticarət əməliyyatı aparmışdır. Xarici ticarətin həcmi 2.9173 mln. ABŞ dolları olmuşdur ki, burada da idxal 1.1721 mln., ixrac isə 1.7452 mln. ABŞ dolları təşkil etmişdir. 573.1 mln. ABŞ dolları həcmində müsbət xarici ticarət balansı neft və qaz ixracının artması ilə bağlıdır. İxracat 59.8 faizi, idxalat isə 40.2 faizi təşkil edirdi.
     2000-ci ildə qeyri MDB ölkələri ilə ticarət ümumi həcmin 79.1% təşkil edirdi ki, bunlardan 68.0% ixracın, 86.5% isə idxalın payına düşürdü.
     1999-cu il ilə müqayisədə 2000-ci ildə xarici ticarətin həcmi 1.9 dəfə artaraq 48.5% təşkil etmişdir. İxracat 13.1%, xarici ölkələrlə ticarət əlaqələri 1.6 dəfə, MDB ölkələri ilə isə 13.9% artmışdır.
     2001-ci ildə Azərbaycan 7,616,100 ton neft və qaz ixrac edərək 2,106,100 ABŞ dolları qazanc əldə etmişdir ki, bu da keçən ilə müqayisədə 12.9% çox idi. Bunlardan 4.9% MDB ölkələrinə, 95.1% isə başqa ölələrə ixrac edilmişdir. Əsas ticarət bu ölkələrlə aparılmışdır: İtaliya 36.0%, Rusiya 6.20%, Türkiyə 5.80%, Fransa 7.70%, İsrail 4.50%, ABŞ 6.50%, İsveçrə 3.50%.
     2001-ci ildə idxalda aparıcı ölkələr bunlar idi: Rusiya 10.7%, Türkiyə 10.4%, ABŞ 16.1%, Almaniya 5.1%, Birləşmiş Krallıq 5.0%, Qazaxıstan 7.0%, İran 4.8%.
     2001-ci ildə əsas ixrac bazarları bunlar idi: İtaliya 43.7%, Fransa 11.8%, İsrail 7.7%, Türkiyə 6.0%, Rusiya 5.6%, Gürcüstan 4.3%.

     
1991-2001-ci illərdə İdxal və İxrac (min ABŞ dolları)


İllər Dövriyyə İdxal İxrac Balans
1991 4002234,3 1881266,2 2120968,1 239701,9
1992 2423835,0 939862,0 1483973,0 544111,0
1993 1353467,1 628806,0 724661,1 95855,1
1994 1430644,7 777910,5 652734,2 -125176,3
1995 1304856,5 667657,2 637199,3 -30457,9
1996 1591881,8 960636,3 631245,5 -329390,8
1997 1575652,9 794343,2 781309,7 -13033,5
1998 1682647,9 1076497,4 606150,5 -470346,9
1999 1965131,0 1035888,8 929242,2 -106646,6
2000 2917333,4 1172081,5 1745251,9 573170,4
2001 3745159,8 1430877,4 2314232,4 883405,0

4. Nəqliyyat və kommunikasiya


      1990-cı illərdə baş verən ciddi dəyişikliklər və iqtisadiyyatın bütün sahələrində olan inkişaf nəqliyyat sektoruna da təsir etdi. Keçmiş Sovet İttifaqının bir-biri ilə bağlı nəqliyyat sistemi alıcı tələbatı və əlaqələndirilmə kimi parçalandı. Onilliyin birinci yarısında Qafqaz regionunda vəziyyət siyasi hadisələr səbəbindən pisləşmişdi. 1990-cı il ilə müqayisədə 1995-ci ildə Azərbaycanda yük daşıma 6.6 dəfə azaldı. Bu problem dəmir yolu və yol nəqliyyatına daha kəskin şəkildə təsir göstərdi. 1990-cı ildə dəmir yolu vasitəsilə daşınan 80.3 mln. ton yük 1995-ci ildə 8.9 dəfə, yaxud da 9.0 mln. ton aşağı idi. 1990-cı ildə avtomobil vasitəsi ilə daşınan 153.1 mln. ton yük 1995-ci il üçün 10.9 dəfə, yaxud da 14.0 mln. ton aşağı enmişdi. 1996-cı ildə mənfi tendensiya dayandırıldı və sektor ilbəil inkişaf etməyə başladı. Bir səbəb Azərbaycanın Avrasiya regionunun bütün böyük təchizat layihələrində iştirak etməsi idi (məsələn, TRACECA). Bundan əlavə, bazar iqtisadiyyatına keçid və özəlləşdirmə proqramına uyğun olaraq sektorun təchizat və nəqliyyat sahələri üzrə ümumi artım qeydə alınmışdır. Daşınan yüklərin həcmi gəmi daşımaları, dəmir yolu və boru kəmərləri vasitəsilə böyük miqdarda neft və neft məhsullarının, və ümumiyyətlə nəqliyyat infrastrukturunun yaxşılaşması sayəsində artmışdır.
      2000-ci ilin göstəricilərinə əsasən, nəqliyyat müəssisələri və özəl nəqliyyat sahibləri 80.2 mln. ton yük və 871.5 mln. sərnişin daşımışlar. Bu isə 1996-cı ildən bəri müvafiq olaraq 90.9% və 20.8% artım deməkdir. 1999-cu ilin sonu üçün daşınan yükün 54.0% və daşınan sərnişinin 83.3% özəl sektorun payına düşürdü.
      1990-cı ilin sonunda ölkədə rabitənin inkişafı xüsusilə nəzərə çarpırdı. Azad rəqabət və yüksək tələbat həm dövlət, həm də özəl sektorun inkişafına təkan verdi. 1992-ci ildən beynəlxalq standartlara cavab verən rəqəmli telefon stansiyalarının quraşdırılması və 1995-ci ildən bəri mobil rabitə şəbəkələrinin inkişafı rabitə sahəsində yüksək səviyyəli xidmətlərin göstərilməsinə şərait yaratdı.
      1990-cı ildə 617,000 telefon abunəçisi olduğu halda, 2000-ci ildə bu rəqəm 869,000-ə çatdı ki, bunun da hər üç nəfərdən biri rəqəmli telefon stansiyalarının müştərisi idi. 2002-ci ilin əvvəllərində mobil telefon rabitə sektorunun 644,300 nəfər abunəçisi var idi.

      
2001-ci il üçün nəqliyyat rəqəmləri


  Yük % Sərnişin %
Dəmir yolu 19.5 0.5
Dəniz 10.8 0.00
Hava 0.05 0.1
Boru kəmərləri 20.0 -
Yol 49.6 85.5
Tramvay - 0.2
Trolleybus - 0.4
Metro - 13.3
pxl Home Top pxl
pxl