English Version
MFA MFA
MFA
HomeMail
Language
shar
MFA
pxl
pxl
Azərbaycan Respublikası
pixel
Diplomatik Xidmət
pixel
Xarici siyasət və beynəlxalq münasibətlər
pixel
Konsulluq xidməti
pixel
Normativ hüquqi əsaslar
pixel
Çıxışlar
pixel
XİN-bəyanatları
pixel
Diplomatiya Aləmi Jurnalı
pixel
Təlim-Tədris Mərkəzi
pixel
Xəbərlər
pixel
Linklər
pixel
İşə qəbul
pixel

pxl


 
Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarov Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin sədri senator Müşahid Hüsseyin Sayedin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
[ 8 iyul 2008-ci il ]






BMT Baş Assambleyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Qətnamənin qəbul olunmasında Pakistanın dəstək verdiyini bildirən qonaqlar, bunu Pakistan tərəfinin Azərbaycanla əməkdaşlığa verdiyi yüksək dəyərin bariz nümunəsi kimi dəyərləndirmiş, iki ölkə arasında bütün sahələrdə, xüsusilə iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün geniş imkanların mövcudluğunu vurğulamışlar.

daha ətraflı ...      
 
Xarici İşlər Naziri Elmar Məmmədyarov NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsla görüşmüşdür.
[ 27 iyun 2008-ci il ]

s




Cənab Simmons “Melange” və “Saloğlu” layihələrinin uğurla yerinə yetirilməsi haqqında məlumat vermiş, səfər zamanı keçirdiyi görüşlər haqqında danışmışdır. O, NATO ilə Azərbaycan arasında sıx əməkdaşlığı və FTƏP-in uğurla yerinə yetirilməsini vurğulamışdır.

daha ətraflı ...      
 
Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Devid Kremerı qəbul etmişdir.
[ 27 iyun 2008-ci il ]






Görüşdə siyasi islahatlar, KİV azadlığı, insan haqları, qanunun aliliyi kimi məsələlər müzakirə olunmuşdur.Tərəflər demokratiya məsələlərinə dair müsbət inkişafları vurğulayaraq bir sıra məsələlər üzrə birgə işin vacibliyini qeyd etmiş, habelə demokratiya sahəsində dialoqu davam etdirmək qərarına gəlmişlər.

daha ətraflı ...      
 
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Pakistan Senatının sədri Məhəmmədmyan Sumronu qəbul etmişdir.
[ 20 iyun 2008-ci il ]






Görüşün əvvəlində Pakistan rəsmisi Azərbaycanda Parlamentin yaradılmasının 90 illiyi münasibəti ilə Naziri təbrik etmiş və Bakıya səfərindən məmnunluğunu ifadə etmişdir. Qonaq həmçinin Pakistan və Azərbaycan arasında son illərdə əlaqələrin dinamik inkişafını və qarşılıqlı səfərlərin artmasını təqdirəlayiq hesab etmişdir.

daha ətraflı ...      
 
Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarov Estoniya parlamentinin vitse-spikeri Kristina Oyulandı qəbul etmişdir.
[ 20 iyun 2008-ci il ]






Ölkəmizdə parlamentin yaranmasının 90 illiyi münasibətilə keçirilən tədbirdə iştirakından məmnunluğunu ifadə edən xanım K.Oyuland, Azərbaycanda şahidi olduğu dinamik inkişafı, iqtisadi nailiyyətləri yüksək qiymətləndirmişdir. Qonaq həmçinin Azərbaycanın Avropa institutları, xüsusilə AŞ ilə əməkdaşlığı, demokratiya quruculuğu sahəsində birgə əməkdaşlığa hazır olduğunu qeyd etmişdir.

daha ətraflı ...      
 
Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarov Devid Smitin rəhbərliyi ilə Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunu qəbul etmişdir.
[ 18 iyun 2008-ci il ]






Nazir E.Məmmədyarov həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandıraraq Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti barədə ətraflı məlumat vermiş və bildirmişdir ki, dənizə çıxışı olmayan və regional layihələrdən özünü məhrum etmiş Ermənistan üçün təcavüz siyasətindən əl çəkmək və regional əməkdaşlığa qatılmaq onun öz milli maraqlarına cavab verir.

daha ətraflı ...      
 
Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarov Avstriya-Cənubi Qafqaz və Orta Asiya parlamentlərarası dostluq qrupunun sədri Karl Öllinqerin rəhbərliyi altında Avstriya parlamentarilərini qəbul etmişdir.
[ 18 iyun 2008-ci il ]






Nazir E.Məmmədyarov Ermənistanın yürütdüyü təcavüzkar siyasəti öz müqəddəratını təyinetmə hüququ ilə pərdələməsinin yolverilməzliyini, beynəlxalq hüquqa və Avropa dəyərlərinə zidd olduğunu bildirərək, yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra regionun davamlı sabit inkişafı üçün birgə əməkdaşlığın mümkünlüyünü diqqətə çatdırmışdır. Azərbaycanın etibarlı qonşuluq münasibətlərində maraqlı olduğunu bildirən E.Məmmədyarov beynəlxalq ictimaiyyətin, xüsusilə Avropa institutlarının münaqişənin həllində və Ermənistan tərəfini təcavüzkar siyasətdən əl çəkməyə inandırmaqda böyük rol oynaya biləcəyini qeyd etmişdir.

daha ətraflı ...      
  E l a n

Hər həftənin çərşənbə axşamı günü saat 10:00-dan -12:00-dək və cümə günü saat 15:00-dan - 17:00-dək Nazirlikdə vətəndaşların gəbulu həyata keçirilir.






  • Azərbaycan ərazilərinin hərbi işğalı: hüquqi qiymət
    [ 23 oktyabr 2007-ci il ]
  • İşğal edilmiş ərazilərdə davam edən yanğınlarla əlaqədar
    BMT Baş Assambleyasının 60-cı iclasında qətnamə qəbul edilmişdir.

    [ 7 sentyabr 2006-cı il ]
  • BMT Təhlükəsizlik Şurasının Qətnamələri



    Foto bölümü


    International Conference

    GUAM DEVELOPMENT STRATEGY

    [ Baku, 29-30 may 2008 ]

  • PROGRAM

  • REGISTRATION FORM






  • Azərbaycanın GUAM-da Sədrliyi

  • GUAM - Yaponiya görüşü (06 dekabr 2007-ci il)
  • GUAM-ın Vilnyus Sammitinin Bəyanatı (10 oktyabr 2007-ci il)
  • Diplomatik Nümayəndəliklər

    Məqalə və Müsahibələr
  • Xarici Işlər Naziri Elmar Məmmədyarovun The Journal of International Security Affairs jurnalında dərc edilmiş məqaləsi

    Azərbaycan, Bakı AZ 1009, Şıxəli Qurbanov küçəsi 4
    Tel: +994 (12) 596 90 00
    Faks: +994 (12) 498 84 80
    E-mail: secretariat@mfa.gov.az