Əhali, mədəniyyət və din
     1. Demoqrafiya

     1.1. Əhali (yanvar 2007-cı il):

 

8532,7 milyon

 

     1.2. Şəhər-Kənd (2007-ci il):

 

Şəhər 4397,6 50.7%
Kənd 4135,1 49.3%

 

 

     1.3. Cinsi nisbət (2007-ci il):

 

Kişi 4205,0 49.3%
Qadın 4327,7 50.7%

 

     1.4. Etnik tərkib (2007-ci il):

 

Azərbaycanlılar 7,205,500 90.8%
Ləzgilər 178,000 2.2%
Ruslar 141,700 1.8%
Ermənilər 120,700 1.5%
Talışlar 76,800 1.0%
Avarlar 50,900 0.6%
Türklər 43,400 0.5%
Tatarlar 30,000 0.4%
Ukraynalılar 29,000 0.4%
Tsaxurlar 15,900 0.2%
Gürcülər 14,900 0.2%
Tatlar 10,900 0.13%
Yəhudilər 8,900 0.1%
Udinlər 4,100 0.05%
Digərlər 9,600 0.12%


     1.5. Nikah göstəricisi (2007-ci il):

 

Hər 1,000 nəfərə 5,2 nikah


     1.6. Boşanma göstəricisi (2007-ci il):

 

Hər 1,000 nəfərə 0,7 boşanma


     1.7. Doğum göstəricisi (2007-ci il):

 

Hər 1,000 nəfərə 13,8 doğum


     1.8. Ölüm göstəricisi (2007-ci il):

 

Hər 1,000 nəfərə 5,7 ölüm


     1.9. Təbii artım (2007-ci il):

 

Hər 1,000 nəfərə 8,1 nəfər


     1.10. Doğulanda gözlənilən ömür uzunluğu (2007-ci il):

 

71,9
Kişi 68,6
Qadın 75,2


     1.11. Miqrasiya (2007-ci il):

 

İmmiqrasiya 2292 
Emiqrasiya 2644

 

      2. Xalq və ənənələr  

     Cənubi Qafqaz respublikaları arasında əhalinin sıxlığına görə Azərbaycan birincidir. Ölkədə 8 milyondan artıq əhali var ki, bunun da 330,000 nəfəri Naxçıvan Muxtar Respublikasında yaşayır. Azərbaycanlılar Cənubi Qafqaz irqinin Xəzər qoluna aiddirlər. Onların möhkəm bədən quruluşu, əsasən qarayanız, orta boyu və qismən dairəvi baş forması, ensiz sifəti və balaca burnu, və çox hallarda şabalıdı gözləri olur. Azərbaycan dili Türk dilləri ailəsinin cənub-qərb qrupuna aiddir.

 
     Digər nisbətən böyük etnik qrupu ruslar təşkil edir. Onlar Azərbaycana 19-cu əsrin əvvəllərində tsar hökumətinin Ukrayna və Rusiyanın uzaq bölgələrindən duxobor, molokan və digər sektantların deportasiyası nəticəsində gəlmişlər. 20-ci əsrin əvvəllərində onların Bakı və Yelizavetpolun (Gəncə) müxtəlif rayonlarında qəsəbələri var idi. Azərbaycanda yaşayan digər etnik qruplar arasında ləzgilər, avarlar, udinlər, saxurlar, tatlar, kürdlər, talışlar, tatarlar və gürcülər vardır. Bu etnik qrupların say göstəriciləri Cədvəl 1.4-də verilmişdir. 


     Əhalinin 80 faizi kənd təsərrüfatı üçün əlverişli olan, böyük sənaye mərkəzləri yerləşən və irriqasiya sistemləri inkişaf edən ovalıqlarda cəmləşmişdir. Bu zonaya Kür-Araz, Samur-Dəvəçi və Lənkəran ovalıqları, həmçinin Gəncə-Qazax, Arazyanı çökəkliyi və Abşeron yarımadası daxildir. 
     Abşeron yarımadası əhalinin çox sıx yaşadığı yerdir (1 km/kv 800 nəfər). Hətta ovalıqlarda yaşayış məntəqələri bərabər şəkildə bölünməmişdir. Orta hesabla, hər 100 km/kv 6 məntəqə düşür. Lakin, çay ovalıqları, irriqasiya kanalları, şose və dəmir yolu ətrafında onların sayı 20-25-ə çatır. Şoran və yarımsəhra ərazilərdə məntəqələrin sayı hər 100 km/kv 1,5 təşkil edir. 


     Əhalinin təxminən 20 faizi dağlıq ərazilərdə yaşayır. Bu yerlərdə, orta sıxlıq 1 km/kv 42 nəfər təşkil edir və yaşayış məntəqələrinin sayı çox azdır. 


     Əhalinin 7 faizə yaxın hissəsi daha yüksəkliklərdə, dəniz səviyyəsindən 1000-2000 m yuxarı yaşayırlar. Burada, əhalinin orta sıxlığı 1km/kv 22 nəfər təşkil edir. Dəniz səviyyəsindən 2000 metrdən yuxarı ərazilərdə orta sıxlıq 1km/kv 1 nəfərdən az təşkil edir. 


     Hazırkı Azərbaycan ərazisində şəhər tipli məntəqələrin əlamətləri lap qədim zamanlardan başlayır. Lakin, müasir şəhər həyatının formalaşması və inkişafı uzun surən feodal tarixi ilə bağlıdır. Eramızın 4-cü və 5-ci əsrlərində Bərdə, Şamaxı, Şəki və Gəncə kimi ilk yaranmış şəhərlər ya feodal dövlətlərinin mərkəzləri, ya da ki 5-ci əsrdəki Girdiman və Beyləqan kimi qala-şəhərlər idilər. Sonradan, bu yerlərdə inkişaf edən ticarət və sənətkarlıq, Azərbaycan ərazisindəki həmçinin ticarət yolları Quba və Şuşa kimi kiçik şəhərlərin yaranmasına təkan verdi. Müharibələr və Azərbaycanın kiçik dövlətlərə parçalanması bu şəhərlərin inkişafının qarşısını aldı. Lakin, 19-cu əsrin ortalarından ticarət əlaqələrinin inkişafı, xüsusən Bakı-Tiflis dəmir yolu və Azərbaycanı Mərkəzi Rusiya ilə birləşdirən magistral yol iqtisadiyyatın inkişafına müsbət təsir göstərdi. Bakı və Gəncə şəhərləri dəmir yolboyu və yaxın bölgələrə genişlənməyə başladılar. Mineral resursların çıxarılması, elektrik stansiyaların tikintisi, metallurgiya və kimya sənayesi və digər amillər Sumqayıt, Mingəçevir və Daşkəsən kimi şəhərlərin yaranmasına səbəb olmuşdur. Bir sıra şəhərlər əsas təchizat məntəqələrində, dəmir və magistral yolların kəsişməsində yaranmışlar. Bu qrupa Yevlax, Salyan, Culfa və digərləri aiddir. İstisu, Bilgəh, Mərdəkan Şuşa və Naftalan istirahət və kurort şəhərləri kimi inkişaf etmişlər. 


     Ümumilikdə, Azərbaycanda hər 10 km/kv 20 yaşayış məntəqəsi var. Hal-hazırda, şəhər əhalisi 54 faiz təşkil edir. Bakı aqlomerasiyası (2,5 milyon) ilə yanaşı böyük şəhərlər bunlardır: Gəncə (291 min), Sumqayıt (268 min), Mingəçevir (96 min), Naxçıvan (76 min), Əli-Bayramlı (65 min), Xankəndi (57 min), Şəki (56 min), Lənkəran, Yevlax, Şuşa, Quba, Kürdəmir. 


     Azərbaycan təbiətinin zənginliyi kənd təsərrüfatı və kənd yaşayış məntəqələrinin inkişafına qədim zamanlardan təkan vermişdir. Keçmişdə, bəylərin mülkləri və kəndli evlərindən ibarət kəndlər üstünlük təşkil edən tipik yaşayış məntəqələri idilər. Adətən, belə kəndlər çay sahilində və suvarma kanallarının yaxınlığında, dağ ətəyində və ya əsas yaşayış məskənlərinə aparan yollar ətrafı yerləşirdilər. Kür-Araz ovalığında irriqasiya kanallarının tikintisi əvvəlki yerlərdən daha az insan məskunlaşdığı yerlərə, xüsusən Muğan, Mil və Salyan düzlərinə iqtisadi və kənd təsərrüfatı fəaliyyətinin genişlənməsi ilə nəticələndi. 


     Kənd əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğuldur. Lakin, bir neçə kənd məntəqələri sənətkarlıq və dağ-mədən sənayesinin inkişafı nəticəsində yaranmışdır. Horadiz, Ramanı, Zəylik, Quşçu, Badamlı və digərləri. 


     Həmçinin, Hacıkənd, Azad, Çaykənd və Ağsu kimi istirahət mərkəzləri və Göy-göl və Çuxuryurd kimi kurort məntəqələri də mövcuddur. Bir sıra kəndlər isə (Ləki, Hacıqabul, Dalap və digərləri) dəmir yolu və neft kəmərlərinə xidmət üçün yaranmışlar. Bununla yanaşı, Daşbulaq, Basqal, Qimil, Jasal, Urva, Pirəbədil və Maşxan kimi məntəqələrdə kəndlilər kənd təsərrüfatı ilə bərabər xalçaçılıq və misgərliklə də məşğul olurlar. 


     Azərbaycan milli ənənələrini yaxşı qoruyub saxlamaqdadır. Dini bayramlar - Qurban və Ramazan bayramları həmişəki kimi qeyd olunurlar. Novruz bayramı ("novruz" tərcümədə yeni gün deməkdir) ən qədim və çox sevilən Yeni İl və Bahar bayramıdır. Bu yazda gecə və gündüzün bərabər olduğu gün - mart ayının 21-22 qeyd olunur. Novruz təbiətin oyanması və bolluq simvoludur. Orta Şərqin kəndliləri Novruz bayramını qədim zamanlardan bəri qeyd etməkdədirlər. bayrama hazırlıq çox-çox əvvəl başlayır. İnsanlar evlərini təmizləyir, ağac əkir, yeni paltar geyinir, yumurta boyayır, şəkərbura, paxlava və s. kimi milli şirniyyat növləri bişirirlər. Buğda kişmiş və ləpə ilə qovurulur (qovurğa). Həmçinin, hər bir evdə səməni olması vacibdir. Oda sitayişin ənənəsi olaraq, bayrama 4 həftə qalmış hər Çərşənbə günü uşaqlar tonqalların üzərindən tullanır və şamlar yandırılır. Bayram qabağı qohumların qəbirləri ziyarət edilərək sahmana salınır. 


     Novruz həmdə ailə bayramıdır. Bayram gününə açılan axşam bütün ailə şən və yeyib-içməklə dolu süfrədə əyləşərək Yeni İlin bərəkətli olmasına kömək edirlər. Bayram bir neçə gün davam edərək şən rəqslərlə və digər əyləncə və oyunlarla bitir. Kənd yerlərində məhsul bayramda qeyd olunur. 


     Azərbaycanda təbiətin zənginliyi və müxtəlifliyi sənətkarlıq və kustar istehsalın, dulusçuluq, misgərlik, yəhər düzəltmə, pambıq, yun, ipək istehsalı, xalçaçılıq, zərgərlik, taxta, daş və metal işləmənin inkişafını həvəsləndirmişdir. 


     Azərbaycanda xalçaçılıq ənənəvi ticarət növüdür. Bu, Quba, Şirvan, Qazax, Qarabağ, Bakının kəndləri və qoyunçuluğun ənənəvi yerlərində inkişaf etmişdir. Azərbaycan xalçaçıları əsərlərinin nümunələrini müasir həyat və Azərbaycanın klassik ədəbiyyatından götürürlər. Adətən evlərə dekorativ dizayn vermək üçün taxta və daş işləməsi də Azərbaycanda geniş yayılmışdır. "Şəbəkə" adlandırılan xüsusi bəzəklər pəncərələr üçün hazırlanır. Onlar ya taxtadan, ya da ki mismarsız və yapışqansız nazik taxta lövhələrdə hazırlanır. Daş işləməsi və tətbiqi incəsənətin digər növlərində, qurğuların geometrik ornamenti və üsullu yazısı üstünlük təşkil edir. Evin içərisi gipslə bəzədilir. 


     Azərbaycanın milli kostyumu 19-cu və 20-ci əsrlərdə çox dəyişmişdir. O vaxt ki kişi geyimləri dekorasiya və konturlarında bəzi fərqliliklər olmaqla Qafqaz xalqlarının geyimlərinə bənzəyirdi. Əldə toxunma parçadan geniş şalvar, kobud parçadan toxunmuş kitel formalı köynək, arxalıq adlanan sətin və ya pambıq parçadan kaftan kəndli geyiminin əsas elementlərini təşkil edirdi. Kostyum papaq, yun corab və əldə düzəldilmiş ayaqqabı ilə tamamlanırdı. Hamının qış geyimi olan çuxa və "kürk adlanan" dəri gödəkcə əldə etməyə imkanı çatmırdı. 


     19-cu əsrin sonu və 20-ci əsrdə şəhər sakinləri Avropa tipli şalvar geyinməyə öyrəşmələrdə, kostyumun qalan elementləri ənənəvi olaraq qaldı. 19-cu əsrdə şəhər sakinlərinin ayaqqabıları ya arxasız, burnu dik və iri dabanlı başmaq kimi qədim üslublu, ya da ki yerli dizayn elementləri ilə daha Avropa modalı idi. 


     Həmin dövrün Azərbaycan qadınlarının geyimi daha özünəməxsus olaraq sosial statusa və etnik qrupa görə fərqlənirdi. Qadın geyimlərinin rəng çalarında açıq rənglər üstünlük təşkil edirdi. Qadın geyimlərinin əsas elementləri uzun, geniş, qat-qat yubka ilə geyilən mitkal, pambıq, sətin və ya ipəkdən hazırlanmış kitel formalı (kəmər uzunu) köynəkdən ibarət idi. Saç düzümü kisə formasında kəsilərək ipək ləçəklə örtülürdü. Ayaqqabılar kişi başmaqları kimi kustar üsulla düzəldilmiş yun və ya ipək corabla geyilirdi. Qadın kostyumları baş, boyun, sinə və ələ taxılan daş-qaşla bəzədilirdi. Şəhərdə qadınlar küçədə çadrasız gəzməzdilər və adətən sifətlərini xüsusi örtük olan rübəndlə örtərdilər. Kəndlərdə isə qadınlar üzlərinin az hissəsini ləçəklə örtürdülər. Qadın kostyumunun vacib hissəsi xırda pul və gümüş toqqa ilə bəzədilmiş geniş dəri kəmər idi. 


     Kulinariya azərbaycanlıların həyatında çox ənənəvi bir şeydir. Kəndlərdə hələdə təndirdə bişmiş ağ buğda çörəyinə üstünlük verirlər. Çörək və nazik yayılmış lavaş yenə de bişirilməkdədir. Yağ, pendir, qatıq süddən hazırlanır. Yüzdən çox növü olan ənənəvi Azərbaycan yeməyi "aş"dır (düyü aşı). Bu düyüdən hazırlanır və fəsilə uyğun olaraq müxtəlif ət, balıq, tərəvəz və meyvə bişirilir. Ət yeməkləri şabalıd, qaysı, kişmiş və göyərti ilə hazırlanır. Şimal-qərb regionlarında ən çox sevilən yemək xəmirdən hazırlanan və ət, qızardılmış soğan və qurut (quru kənd pendiri) ilə yeyilən xingaldır. Dolmada geniş yayılmış yeməklərdəndir: düyü və müxtəlif ədviyyatlar qatılmış quzu əti üzüm yarpağına (bəzən kəlmədə) bükülür. Quzu əti badımcan, kartof, bibər, almanın içinə doldurularaq da bişirilir. 


     Bəzi bölgələrin kulinariyasının öz xüsusiyyətləri vardır. Lənkəranda toyuq qoz-fındıq, soğan və jele ilə doldurularaq bişirilir. Balıq da doldurularaq təndirdə bişirilir. Abşeron isə öz düşbərəsi ilə tanınır - kiçik ət parçaları və qutablar çox nazik xəmirə bükülür. Dadlı yeməklər arasında biti, yumru ət, noxud və kartoflu sup - küftə-bozbaş vardır. Xəmiraşı - əriştə supu, dovğa isə ayran və göyərtidən hazırlanan supdur. Bayram günləri və xüsusi tədbirlərdə müxtəlif şirniyyatlar hazırlanır, məsələn: xəmir, şəkər və qoz-fındıqdan hazırlanan şəkərbura, paxlava (qoz-fındıqlı, qat-qatlı romb formalı şirniyyat). Doşab üzüm və tutdan hazırlanan qatı şirədir. 
 

    3. Din

     3.1. Zərdüştlük

     Azərbaycanda ilk din Zərdüştlük olmuşdur. Manna xalqı təbii hadisələrə - Günəş və Aya inanırdı. Rəsmi din olan Zərdüştlük beş pərəstiş üzərində qurulmuşdur ki, onların da yayılması qeyri-iradi yanan dayaz neft yataqlarının və çıxan qazların köməyi ilə təbliğ olunurdu. Sitayiş yeri Ahura Məzda və ya Hörmüz idi. Ahura Məzda xeyirxahlıq, müqəddəs, ali varlıqdır və bütün mövcudatın yaradıcısıdır. Hörmüz xeyirxah, Əhriman isə şər qüvvə idi. Dinin yaradıcısı olan Zərdüşt haradasa Oksus çayı boyu (hazırkı İran ərazisi və Cənubi Azərbaycanın Təbriz şəhərinə yaxın) anadan olmuşdur. Azərbaycana gəldikdə, Zərdüştlüyün mərkəzi adlanan Atəşgah (Bakıdan kənarda, Suraxanıda da Atəşgah var) Midiyada Qazaka şəhərində yerləşirdi.

     3.2. Xristianlıq

     Qafqazda və Azərbaycanda Xristianlığın yayılması bizim eranın əvvəllərindən başlamışdır. Albaniyada Xristianlıq iki mərhələni əhatə etmişdir: Apostol (1-3 əsrlər) və Yunanpərəst (4-6 əsrlər). Bundan sonra Alban Kilsəsi Alban milli inkişafının dəstəkləməyə başlaması Alban yazı dilinin və ədəbiyyatının təşkilatlanması ilə nəticələndi. Müasir vaxtda, Alban Apostol Kilsəsinin Qafqazda ən qədim, Xristianlıqda isə ilkinlərdən biri olması heç şübhə doğurmur. Bu inkişaf yolu Erməni Kilsəsindən müəyyən qədər fərqlənir. Alban Kilsəsinin (eləcədə Gürcü Kilsəsi) birbaşa Qüds Kilsəsi və Qüds Patriarxatlığına bağlı olduğu halda, Erməni Kilsəsinin başlanğıcı Ellin Ospoendən və Kappadokiyadan gəlir. Albaniyada ilk Xristian icmasının başlanğıcı Apostollar Faddey, Bartolomey və Yelisey bağlıdır. Alban Katolikosu Erməni və Gürcü Katolikoslarından fərqli olaraq heç kimə tabe deyildir. Erməni Kilsəsinin təhriki ilə Rusiya hökumətinin Alban Patriarxallığını ləğv etməmişdən əvvəl - 1836-cı ilə kimi Qarabağın dağlıq hissəsində yaşayan albanlar öz Xristianlığını qoruyub saxlaya bilmişdilər.

     3.3. İslam

     Azərbaycana İslam 7-ci əsrdə burada hakimiyyətdə olan ərəblər tərəfindən gətirilmişdir. Hazırda 8 milyondan çox olan əhalinin 93 faizi müsəlmandır və bu çoxluqdan 65-75 faizi Şiə ənənələrinə bağlıdır. Azərbaycanlılar ölkədə ən böyük etnik qrupu təşkil etməklə İslamın 12 İmamı tanıyan Şiəlik təriqətinə aiddir (təxminən 75%). Bu yaxınlarda aparılmış sorğuya əsasən, əhalinin 4-6 faizi "aktiv" inananlar, yəni İslam qaydasına riayət edən insanlardır; 87-92 faizi isə özlərini müsəlman sayaraq dinin bəzi qayda və ənənələrinə riayət edirlər. yalnız 3 faiz özlərini ateist adlandırırlar. Əgər 1976-cı ildə ölkədə qeydiyyatda olan 16 məscid və bir mədrəsə var idisə, Sovet dövrünün sonuna bu rəqəm 200-dək qalxdı. Hal-hazırda, rəqəmlər dramatik sürətdə qalxaraq 1300-dən çox məscid, saysız-hesabsız İslam məktəbləri təşkil etmişdir. Bununla yanaşı fəaliyyətdə olan İslam Universiteti və Bakı Dövlət Universiteti nəzdində İlahiyyat Fakültəsi vardır. Dini oyanış paralel olaraq güclü milli dirçəlişlə müşayiət edilir.