Siyasət

  1. Hökumət 

1.1. Dövlət quruluşu: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Milli Məclis (Parlamenti) həyata keçirir; icra hakimiyyəti Prezidentinə mənsubdur; məhkəmə hakimiyyətini məhkəmələr həyata keçirir.

1.2. Qanunverici hakimiyyət: Tək palatadan ibarət olan Milli Məclis qanunvericilik hakimiyyətini həyata keçirir. 125 deputatdan ibarət olan Milli Məclisin çağırışının səlahiyyət müddəti 5 ildir.

1.3. İcra hakimiyyəti:
1.3.1. Dövlət başçısı: Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Prezident ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasında icra hakimiyyəti Prezidentinə mənsubdur.

1.3.2. Hökumət başçısı: Prezident Milli Məclisinin razılığı ilə Baş naziri vəzifəyə təyin edir; Prezidentin icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.

1.4. Məhkəmə hakimiyyəti: Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apelyasiya məhkəmələri, ümumi məhkəmələr və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər.

     2. Konstitusiya 
     1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində Azərbaycanın yeni konstitusiyası qəbul olunmuş və 1995-ci il dekabrın 5-də qüvvəyə minmişdir. Ölkənin ali qanunu beynəlxalq hüququn fundamental prinsipləri və normalarına uyğun olaraq tərtib edilmişdir. 


     Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

• Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; 
• Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; 
• vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; 
• xalqın iradəsinin ifadəsi olaraq qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; 
• ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək; 
• ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət
göstərmək.

     Konstitusiyanın 1-ci maddəsində göstərildiyi kimi, “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”. 


     Konstitusiyanın 2-ci maddəsinə uyğun olaraq “Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur”. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. 


     Konstitusiyanın 7-ci maddəsinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. 


     Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir və hakimiyyət qanunverici, icra və məhkəmə hakimiyyətinə bölünüb. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildir.

     3. Siyasi partiyalar 
     Azərbaycanda 42 siyasi partiya var:

     1. Yeni Azərbaycan Partiyası 
     2. Azərbaycan Milli İstiqlal Partiyası 
     3. Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası 
     4. Azərbaycan Xalq Demokratik Partiyası 
     5. “Ana vətən” Partiyası 
     6. Milli Demokratik İdrak Partiyası 
     7. Azərbaycan Kəndli Partiyası 
     8. Vətəndaş həmrəyliyi partiyası 
     9. Musavat Partiyası 
     10. “Birlik” Partiyası 
     11. Vahid Azərbaycan Milli Birlik Partiyası 
     12. Vahid Azərbaycan Partiyası 
     13. Demokratik Azərbaycan Dünyası Partiyası 
     14. Müstəqil Azərbaycan Partiyası 
     15. Milli Qurtuluş Partiyası 
     16. Azərbaycan Yurddaş Partiyası 
     17. Azərbaycan Ümid Partiyası 
     18. “Qorqud” Partiyası 
     19. Azərbaycan Milli Hərəkat Partiyası 
     20. Azərbaycan Kommunist Partiyası 
     21. Azərbaycan Milli Dövlətçilik Partiyası 
     22. Azərbaycan Vətənpərvərlər Partiyası 
     23. Azərbaycan Demokratik Sahibkarlar Partiyası 
     24. Azərbaycan Naminə Alyans Partiyası 
     25. Azərbaycan Demokratik Maarifçilik Partiyası 
     26. Azərbaycan Sosial Rifah Partiyası 
     27. Azərbaycan liberal Partiyası 
     28. Azərbaycan Sosial Demokrat Partiyası 
     29. Azərbaycan Xalq Cəbhəsi Partiyası 
     30. Azərbaycan Vahid Kommunist Partiyası 
     31. Sosial Ədalət Partiyası 
     32. Milli Konqres Partiyası 
     33. Vəhdət Partiyası 
     34. Azərbaycan Respublikaçılar Partiyası 
     35. Azərbaycan Xalq Partiyası 
     36. Azərbaycan Liberal Demokrat Partiyası 
     37. Azərbaycan Demokrat Partiyası 
     38. Azərbaycan Mübarizlər Partiyası 
     39. “Ədalət” Partiyası 
     40. “Milli Vəhdət” Partiyası 
     41. “Müasir Musavat” Partiyası 
     42. “Azərbaycan Azad Respublikaçılar” Partiyası

     4. Diplomatik əlaqələr 
     Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı:

     1. Türkiyə 14.01.92 
     2. İsveçrə 21.01.92 
     3. Lixtenşteyn 21.01.92 
     4. KXDR 30.01.92 
     5. Ukrayna 06.02.92 
     6. Meksika 10.02.92 
     7. İspaniya 11.02.92 
     8. Avstriya 20.02.92 
     9. Fransa 21.02.92 
     10. Polşa 21.02.92 
     11. Səudiyyə Ərəbistanı 24.02.92 
     12. Yəmən 25.02.92 
     13. Banqladeş 26.02.92 
     14. ABŞ 28.02.92 
     15. Hindistan 28.02.92 
     16. Böyük Britaniya 11.03.92 
     17. Qvineya 11.03.92 
     18. İran 12.03.92 
     19. Liviya 16.03.92 
     20. Almaniya 17.03.92 
     21. Koreya 23.03.92 
     22. Finlandiya 24.03.92 
     23. Misir 27.03.92 
     24. Kuba 27.03.92 
     25. Filippin 27.03.92 
     26. Suriya 28.03.92 
     27. İraq 30.03.92 
     28. Niderland 01.04.92 
     29. Çin 02.04.92 
     30. Yunanıstan 02.04.92 
     31. Danimarka 02.04.92 
     32. Rusiya 04.04.92 
     33. İsrail 07.04.92 
     34. Fələstin 15.04.92 
     35. Monqolustan 16.04.92 
     36. Estoniya 20.04.92 
     37. Macarıstan 27.04.92 
     38. Cənubi Afrika 29.04.92 
     39. İtaliya 08.05.92 
     40. İsveç 08.05.92 
     41. Moldova 18.05.92 
     42. Vatikan 24.05.92 
     43. Tacikistan 29.05.92 
     44. Lüksemburq 01.06.92 
     45. Bolqarıstan 05.06.92 
     46. Norveç 05.06.92 
     47. Türkmənistan 09.06.92 
     48. Pakistan 09.06.92 
     49. Rumıniya 16.06.92 
     50. Belçika 17.06.92 
     51. Avstraliya 19.06.92 
     52. Yeni Zelandiya 29.06.92 
     53. Tailand 07.07.92 
     54. Kanada 10.07.92 
     55. Oman 13.07.92 
     56. Sudan 25.07.92 
     57. Portuqaliya 04.08.92 
     58. Mərakeş 25.08.92 
     59. Qvineya Bisau 27.08.92 
     60. Qazaxıstan 30.08.92 
     61. Birləşmiş Ərəb Əmirlikləri 01.09.92 
     62. Yaponiya 07.09.92 
     63. Qana 11.09.92 
     64. Livan 18.09.92 
     65. Vyetnam 23.09.92 
     66. İndoneziya 24.09.92 
     67. Həbəşistan 02.11.92 
     68. Gürcüstan 18.11.92 
     69. Qırğızıstan 19.01.93 
     70. Çexiya 27.01.93 
     71. İordaniya 13.02.93 
     72. Malayziya 05.04.93 
     73. Madaqaskar 26.05.93 
     74. Belarus 11.06.93 
     75. Albaniya 23.09.93 
     76. Braziliya 21.10.93 
     77. Argentina 08.11.93 
     78. Zambiya 18.11.93 
     79. Slovakiya 23.11.93 
     80. Latviya 11.01.94 
     81. Əlcəzair 22.04.94 
     82. Sinqapur 15.08.94 
     83. Qəmər adaları 06.09.94 
     84. Qatar 14.09.94 
     85. Küveyt 07.10.94 
     86. Mavritaniya 29.10.94 
     87. Qvatemala 01.11.94 
     88. Seyşel adaları 02.11.94 
     89. Çili 03.11.94 
     90. Qambiya 11.11.94 
     91. Əfqanıstan 16.11.94 
     92. Nikaraqua 23.11.94 
     93. Anqola 01.12.94 
     94. Kolumbiya 13.12.94 
     95. Maldiv adaları 20.12.94 
     96. Honduras 22.12.94 
     97. Kamboca 28.12.94 
     98. Malta 09.01.95 
     99. Qayana 09.01.95 
     100. Uruqvay 11.01.95 
     101. Xorvatiya 26.01.95 
     102. Bosniya və Herseqovina 09.02.95 
     103. Kamerun 24.02.95 
     104. Nepal 28.02.95 
     105. Burundi 02.03.95 
     106. Syerra-Leone 13.03.95 
     107. Sent Kids və Nevis 22.03.95 
     108. Antiqua və Barbuda 05.04.95 
     109. Panama 06.04.95 
     110. Venesuela 12.05.95 
     111. Laos 22.05.95 
     112. Mozambik 20.06.95 
     113. Makedoniya 28.06.95 
     114. Uqanda 19.08.95 
     115. Özbəkistan 02.10.95 
     116. Niger 10.11.95 
     117. Yamayka 22.11.95 
     118. Bruney-Darussalam 24.11.95 
     119. Litva 27.11.95 
     120. Sloveniya 20.02.96 
     121. Seneqal 14.03.96 
     122. Andorra 30.04.96 
     123. Şri-Lanka 21.05.96 
     124. Liberiya 22.05.96 
     125. Peru 25.06.96 
     126. İrlandiya 01.07.96 
     127. Boliviya 08.07.96 
     128. Mavriki 19.07.96 
     129. Qabon 01.10.96 
     130. Cibuti 22.10.96 
     131. Bəhreyn 06.11.96 
     132. Kot d`İvuar 19.11.96 
     133. Mali 26.11.96 
     134. Kosta-Rika 15.01.97 
     135. Serbiya və Çernoqoriya 21.08.97 
     136. İslandiya 27.02.98 
     137. Tunis 01.07.98 
     138. El-Salvador 23.03.99 
     139. Myanma 03.08.99 
     140. Benin 14.10.99 
     141. Surinam 11.02.00 
     142. San Marino 19.04.02 
     143. Beliz 24.06.02 
     144. Haiti 09.05.03 
     145. Sent Vinsent 23.05.03 
     146. Ekvador 22.03.04 
     147. Somali 22.03.04 
     148. Kabo Verde 22.03.04 
     149. Çad 05.04.04 
     150. Şərqi-Timor 05.04.04 
     151. Paraqvay 20.04.04 
     152. Eritreya 20.04.04 
     153. Malavi 21.05.04 
     154. Burkino-Faso 28.05.04 
     155. Ruanda 28.05.04 
     156. Keniya 28.05.04 
     157. Ekvatorial Qvineya 11.11.04 
     158. Nauru 11.11.04